Yeriniz və dilinizi seçin.

Galaxy Z Fold4

AKSESSUARLAR

*Aksesuarlar ayrıca satılır. Model və rəng mövcudluğu ölkəyə və ya operatora görə dəyişə bilər.

*Şəkil illüstrativ məqsədlər üçün simulyasiya edilib.

Üst tərəfdən görüntülənən Galaxy Buds2 Pro-nun qutusu açıqdır, qulaqcıqlar öz yuvacıqlarına yerləşdirilib. Qrafik siferblatlı Galaxy Watch5. Qələm taxılmış bir Dik Qapaqlı Galaxy Z Fold4,  yanında isə S Pen Fold Edition və S Pen Pro. Qrafik siferblatlı Galaxy Watch5 pro.

S PEN

S Pen həmişə yanınızdadır1
  • Qələmli Dik Örtük

    Galaxy Z Fold4-ün ön və arxa tərəfdən qoruyarkən S Pen Fold Edition-ı əlinizin altında saxlayın.Bu örtük ekranınızı 55° rahat bucaqda saxlamaq üçün tənzimlənən dayaqlara malikdir.

  • S Pen Fold Edition

    Galaxy Z Fold4 üçün optimallaşdırılmış yeni S Pen Fold Edition geniş Əsas Ekranla məhsuldar qalmağı asanlaşdırır.1 O, yazarkən, eskiz çəkərkən və ya qeydlər apararkən təbii toxunuş duyğusunu hiss etdirmək üçün 1,5 mm-lik iti uca və aşağı gecikmə müddətinə malikdir.

  • S Pen Pro

    Təbii şəkildə yazı yazın və telefonunuzu asanlıqla idarə edin. S Pen Pro sevimli qələminizin bütün komfortuna malikdir, daxili Bluetooth rahatlığı ilə siz onu "remote" pult kimi də istifadə edə bilərsiniz.1

ƏSAS MƏLUMATLAR

Məhsuldarlığınızı artırın
  • Galaxy Watch5

    Sağlamlığı birbaşa biləyinizdən əldə edin. Dayanıqlı dizayn sağlamlıq məlumatlarınızı asanlıqla izləməyə dəstək verərək, gün ərzində sizin yardımçınız olacaq.2

    Galaxy Watch5-ə keçid edin

  • Galaxy Watch 5 Pro

    Məşqləri izləməkdən tutmuş performansı yoxlamağa qədər - bu saat hədəflərinizə çatmaqda sizə kömək edə bilər.2 O, açıq havada gərgin məşqlərə davam gətirmək üçün də yüksək dərəcədə dayanıqlıdır.

    Galaxy Watch5 Pro-ya keçid edin

  • Galaxy Buds2 Pro

    Pleylistlərinizi büllur kimi təmiz səs və hər mahnını qulaqlarınız üçün komfortlu bir şəkildə dinləməyinizi təmin edən bir dizaynla gücləndirin. Musiqini diqqət mərkəzində saxlamaq üçün ANC kənar səs-küyü aradan qaldırır.

    Galaxy Buds2 Pro-a keçid edin

  • Galaxy SmartTag

    İtirilmiş əşyaları sürətli bir şəkildə təqib edin. SmartThings Find tətbiqi vasitəsilə son bilinən yerini ayırd etmık üçün cüzdanınız kimi vacib əşyalara etiket əlavə edin.3

  • Klaviatura

    Flex rejimində telefonunuza daha çox çeviklik əlavə edin. Bu Bluetooth klaviaturası e-poçt və ya mətn yazmağı daha da asanlaşır.

YÜKLƏMƏ CİHAZLARI

Daha çox enerji verin

*Yükləmə cihazı/adapter və məlumat ötürmə kabeli ayrıca satıla bilər.

  • 15Vt gücə malik simsiz Duo enerji yükləmə cihazı

    İncə, lakin güclü olan bu cihaz bir tərəfdən telefonunuzu və ya Buds-ı yükləyərkən, digər tərəfdəki maqnit Galaxy Watch-u öz üzərində saxlayır. Daxilə quraşdırılmış soyutma sistemi Sürətli Simsiz Yükləməyə imkan verir.4

  • 25 Vt gücə malik qidalanma adapteri

    25 Vt-lıq bir güc telefonunuzun enerjisini tez bir zamanda 100%-ə qaytarmaq üçün Super Sürətli Yükləməyə imkan verir.5 USB Type-C portu digər cihazları da yükləməyə imkan verir.

ÖRTÜKLƏR

Rahatlıq və üslub bir yerdə

*Şəkil illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir.

  • Qələmli Dik Örtük

    Galaxy Z Fold4-ün ön və arxa tərəfdən qoruyarkən S Pen Fold Edition-ı əlinizin altında saxlayın.Bu örtük ekranınızı 55° rahat bucaqda saxlamaq üçün tənzimlənən dayaqlara malikdir.

  • Nazik Dik Örtük

    Telefonu istər əlinizdə saxlayın, istərsə də o, əllər-sərbəst rejimində olsun, mat səthli yumşaq örtük Galaxy Z Fold4-ə bir komfort və qoruma qatı əlavə edir. Korpusu qatlayın, arxanıza söykənin və Əsas Ekranı açın.

  • Qayışlı Silikon Örtük

    Təhlükəsiz şəkildə daşımaq üçün telefonunuzu arxasında kiçik qayışı olan yumşaq silikon örtüklə tutun. Siz hətta qayışı ovqatınıza uyğun olan variantla əvəzləyə bilərsiniz.6

  • Dəri Örtük

    Galaxy Z Fold4-ü premium stildə qoruyun. Bu korpus ön və arxa tərəfləri əhatə edərək incə profili saxlayır, yumşaq və komfortlu tutuş əlavə edir.

  • Şəffaf kənarlı örtük

    Telefonunuzun göz oxşayan çalarlarını sərgiləmək üçün şəffaf olan bu parlaq və möhkəm örtük cihazınızın ölçülərini zərif şəkildə tamamlayaraq optimal qoruma təmin edir.

  • Qoruyucu Ön Plyonka

    Ekranınız üçün nəzərdə tutulmuş bu şəffaf qalxanla həssaslığa qucaq açın. O, təmasın reallığını olduğu kimi saxlayaraq, ekranı gündəlik cızıqlardan və barmaq ləkələrindən qoruyur.

NİYƏ GALAXY

Sizin Galaxy. Sizin yolunuz

Galaxy cihazları bağlantı qurmaq üçün sizə daha çox imkan və təcrübənizi tam istədiyiniz kimi etmək azadlığı verir.

DAHA ÇOX KƏŞF EDİN