Samsung Galaxy-ni SmartThings vasitəsilə Samsung paltaryuyan maşınına necə qoşmaq olar
SmartThings — ağıllı texnikanı idarə etməyə imkan verən bir tətbiqdir. Siz məsafədən tətbiqdə qeydiyyatdan keçirilmiş smart cihazların, məişət texnikasının, televizorların, səsucaldanların və digər qurğuların vəziyyətini izləyə və idarə edə bilərsiniz. Bu, təkcə Samsung məhsullarını deyil, digər ağıllı cihazları da idarə edə bilən yeni nəsil platformadır.
Qoşulma üçün tələbləri yoxlayın
Smartfonu paltaryuyan maşına qoşmazdan əvvəl aşağıdakı tələblərin yerinə yetirildiyinə əmin olun:
|
Andoid |
iOS (iPhone) |
|
|---|---|---|
|
Əməliyyat sistemi |
Android 10.0 və yuxarı |
iOS 15.0 və yuxarı |
|
Cihaz növü |
Smartfon, planşet |
iPhone 6 və yuxarı, iPad mini 4 və yuxarı |
|
Operativ yaddaş |
2 GB və daha çox |
2 GB və daha çox |
- Smartfonda Parametrlər → Qoşulmalar → Wi-Fi bölməsinə daxil olun → Qoşulmaq üçün routeri seçin və şifrəni daxil edin.
- Uğurla qoşulduqda, mövcud şəbəkənin (routerin) altında Qoşuldu yazısı görünəcək.
Qeyd:
- Routerin adı (SSID) ingilis dilində hərflər və rəqəmlərdən istifadə edilərək təyin edilməlidir (xüsusi simvollar dəstəklənmir).
- Paltaryuyan maşını Wi-Fi şəbəkəsinə qoşarkən 2,4 GHz tezlikli bağlantı mövcud olmalıdır.
- Ekranın yuxarı sağ küncündə Wi-Fi şəbəkəsinin ən azı 3 qəbuledici antenası göstərilməlidir.
- Məişət texnikasını SmartThings vasitəsilə smartfona qoşarkən, hər iki cihazın eyni routerə qoşulduğundan əmin olun.
- SmartThings tətbiqini yükləyin və quraşdırın (bunu Google Play Store, Apple App Store və ya Samsung Galaxy Apps-dan edə bilərsiniz).
- Tətbiqi tapmaq üçün axtarış sətrinə SmartThings yazın.
- SmartThings tətbiqini istifadə etməzdən əvvəl Samsung hesabınıza daxil olun.
- Samsung hesabı qurmaq üçün SmartThings tətbiqinin təklif edəcəyi təlimatlara əməl edin.
- Samsung smartfonunda Samsung hesabını smartfon parametrlərində əlavə etmək olar. Bu halda hesaba giriş avtomatik olaraq həyata keçiriləcək.
Qeyd:
- Əgər qoşulma 99-100%-də dayanıbsa, bu müvəqqəti bir nasazlıq ola bilər. Ardıcıl olaraq 2-3 dəfə yenidən qoşulmağa cəhd edin. Əgər kömək etmirsə, başqa vaxt cəhd edin (yenə də ardıcıl 2-3 dəfə).
- Əgər qoşulma 45-49%-də dayanıbsa, səbəb çox güman ki, internetin keyfiyyətidir (aşağı sürət və s.). Bu halda, başqa bir telefonda giriş nöqtəsi (hotspot) yaradın, ona qoşulun və paltaryuyan maşına qoşulma prosedurunu yenidən həyata keçirin.
Samsung Galaxy-ni Modem və ya Wi-Fi Hotspot kimi necə istifadə etmək olar
Qeyd:
- SmartThings tətbiqinə aid olan bütün funksiyalar və addımların təsviri proqram təminatının versiyasından asılı olaraq fərqlənə bilər.
- Mobil məlumatlardan istifadə edərkən, yükləmələr və cihazlar arasında simsiz rabitədən asılı olaraq ödəniş tətbiq oluna bilər.
- Mövcud texnologiyalar və funksiyalar ölkədən, xidmət təminatçısından, şəbəkə mühitindən və ya məhsuldan asılı olaraq dəyişə bilər.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.