Bixby-nin Oyandırma özəlliyini necə quraşdırmaq və fərdiləşdirmək olar

Son yeniləmə tarixi : 15-05-2025

Bixby-nin səsli oyandırma özəlliyi virtual köməkçinizin sadə bir ifadə ilə həmişə kömək etməyə hazır olmasını təmin edir. Bu funksiya Bixby-i təmassız aktivləşdirməyə imkan verir, işlərinizi idarə etməyi və məlumatlara çıxışı asanlaşdırır. Bu özəlliyi aktivləşdirmək və Bixby-dən daha səmərəli istifadə etməyə başlamaq üçün aşağıdakı təlimatı izləyin.

Samsung Galaxy cihazında Bixby funksiyasından fəal şəkildə istifadə edən iki qadın.

Bixby-nin Oyandırma özəlliyini quraşdırma

Parametrlər əsas ekranı. Parametrlər əsas ekranı.

Addım 1. Parametrlər-i açın > Qabaqcıl funksiyalar-in üzərinə klikləyin.

Qabaqcıl funksiyalar parametrləri ekranı. Qabaqcıl funksiyalar parametrləri ekranı.

Addım 2. Bixby-nin üzərinə klikləyin.

Bixby parametrləri əsas ekranı. Bixby parametrləri əsas ekranı.

Addım 3. Səsin qeydiyyata alınması-nın üzərinə klikləyin.

Yazmaq üçün əmrləri göstərən Bixby səs qeyd səhifəsi. Yazmaq üçün əmrləri göstərən Bixby səs qeyd səhifəsi.

Addım 4. Səsinizi yazaraq Səsli oyandırma özəlliyini işə salın.

Oyandırma ifadəsi seçimlərini göstərən Bixby səs qeyd parametrləri səhifəsi. Oyandırma ifadəsi seçimlərini göstərən Bixby səs qeyd parametrləri səhifəsi.

Addım 5. Quraşdırmadan sonra istifadə etmək istədiyiniz oyandırma ifadəsini seçin.

* Əgər Bixby dilinizi dəstəkləmirsə, bəzi ekranlar ingilis dilində görsənəcək. Bixby tərəfindən gələcək yeniləmələrdə dəstəklənən dillər müvafiq dillərdə göstəriləcək.

Qeydlər:

  • Bixby-nin özəllikləri və məzmunu yaşadığınız ölkə, dil, cihaz modeli və əməliyyat sistemi versiyasına görə dəyişə bilər.
  • İstifadəçi interfeysi cihaz modelinə görə dəyişə bilər.

Şərhiniz üçün təşəkkür edirik!