Samsung Galaxy-də Bixby Vision-dan necə istifadə etməli?
Bixby Vision — Bixby virtual köməkçisinin əsas funksiyalarından biridir. Bixby Vision təsvirlərlə işləyir: o, mətni, əşyaları, səhnələri, rəngləri tanıya, bu məlumatları analiz edə və onlarla işləyə bilir.
Bixby Vision imkanları
Əsas:
- Tərcümə ─ mətnin tərcüməsi.
- Mətn ─ mətnin fiziki daşıyıcıdan rəqəmsal formata – telefona köçürülməsi.
- Kəşf et ─ Pinterest xidməti vasitəsilə kadrda olan obyekt haqqında məlumat axtarışı.
- Şərab ─ şərab etiketinin axtarışı.
Xüsusi:
- Səhnə təsviri ─ siz səhnənin şəklini çəkirsiniz, Bixby kamerası isə onu təsvir edir.
- Obyekt identifikatoru ─ Bixby kamera obyektivində hansı əşyanın olduğunu müəyyən edir.
- Mətn oxuyucusu ─ Bixby kameranı yönəltdiyiniz mətni ucadan oxuyur.
- Rəng detektoru ─ Bixby kameradakı rəngi müəyyən edir.
Əlçatanlıq imkanlarını Bixby Vision tənzimləmələrində aktivləşdirmək olar.
Bixby Vision funksionallığı Kamera, Qalereya və Samsung Internet brauzerinə inteqrasiya edilib. Bixby Vision-u ayrıca tətbiq kimi də işə salmaq mümkündür. Köməkçidən harada istifadə etməyinizdən asılı olaraq, daha çox və ya daha az fəaliyyət əlçatan ola bilər.
Siz "Ana ekran"da qısayol yarada və Bixby Vision-u müstəqil tətbiq kimi işə sala bilərsiniz.
Bixby Vision mətni tanımaq, tərcümə etmək, əşyaları axtarmaq və görüntüləri real vaxt rejimində analiz etmək üçün Samsung Galaxy smartfonunuzun kamerasından maksimum səmərəli istifadə etməyə kömək edir.
Bu funksiyadan istifadəyə başlamaq üçün kameranı işə salın və "Daha çox" menyusunda "Bixby Vision" seçimini edin, yaxud şəkli qalereyada açın və sağ yuxarı küncdəki Bixby Vision işarəsinə toxunun. Siz həmçinin mətnin tərcüməsindən və şərab etiketlərinin axtarışından tutmuş rənglərin təyini və mətnin səsləndirilməsinə qədər bütün imkanlara sürətli keçid üçün "Ana ekran"da qısayol yarada bilərsiniz.
Tövsiyələr Samsung şirkəti tərəfindən təqdim olunub və yoxlanılıb.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.