Samsung Pass OTP-dən necə istifadə etməli

Son yeniləmə tarixi : 07-11-2025

Galaxy istifadəçiləri ayrıca tətbiq quraşdırmadan bankçılıq, onlayn alış-veriş, sosial media və s. kimi xidmətlərdə təhlükəsiz 2 addımlı doğrulama üçün Samsung Pass OTP (Birdəfəlik Parol) istifadə edə bilərlər. Bu xüsusiyyət əlavə təhlükəsizlik qatını təmin edən tətbiqlər və ya veb-saytlarda doğrulamanı asanlıqla yerinə yetirməyə imkan verir.

Samsung Pass-da OTP-ni qeydiyyatdan keçirməyin qaydası

Siz tətbiq və ya veb-sayt tərəfindən verilmiş OTP açar kodunu Samsung Pass-da qeydiyyatdan keçirə bilərsiniz. Qeydiyyatı tamamlamaq və daxil olarkən OTP-dən avtomatik şəkildə və ya əl ilə istifadə etmək üçün nümunə olaraq Samsung.com istifadə edilməklə aşağıdakı addım-addım təlimatlara əməl edin.

Qeyd: ikiaddimli doğrulama üzrə OTP açar kodunun verilməsi prosesi tətbiqdən və ya veb-saytdan asılı olaraq dəyişə bilər.

Hesab ikonasına basmaq Hesab ikonasına basmaq

Addım 1. Veb-sayta keçin və Hesab ikonuna (məsələn, samsung.com) basın.

Hesab ID-nizlə Daxil ol düyməsinə basmaq Hesab ID-nizlə Daxil ol düyməsinə basmaq

Addım 2. Hesab ID-si ilə daxil ol düyməsinə basın.

Veb-sayta daxil olmaq Veb-sayta daxil olmaq

Addım 3. Hesabınızla daxil olun.

Təhlükəsizlik parametrlərinə toxunmaq Təhlükəsizlik parametrlərinə toxunmaq

Addım 4. Təhlükəsizlik parametrlərinə basın. Parolunuzu yenidən doğrulamalı ola bilərsiniz.

İkiaddımlı doğrulamanı seçmək İkiaddımlı doğrulamanı seçmək

Addım 5. İki addımlı doğrulama seçimini edin.

Doğrulama metodu kimi Authenticator tətbiqini seçmək Doğrulama metodu kimi Authenticator tətbiqini seçmək

Addım 6. Authenticator tətbiqini doğrulama metodu olaraq seçin.

Göstərilən açar kodunu kopiyalamaq Göstərilən açar kodunu kopiyalamaq

Addım 7. Göstərilən OTP açar kodunu kopiyalayın və ya QR kodu mövcuddursa, onu QR kodundan istifadə edərək qeydiyyatdan keçirin.

Giriş məlumatlarını seçmək Giriş məlumatlarını seçmək

Addım 8. Galaxy cihazınızda Samsung Pass tətbiqinə basın, və Giriş məlumatı seçimini edin.

Xidməti seçmək Xidməti seçmək

Addım 9. OTP-ni qeydiyyatdan keçirmək istədiyiniz xidməti seçin.

Qur düyməsinə toxunmaq Qur düyməsinə toxunmaq

Addım 10. Qur düyməsinə basın.

OTP açar kodunu daxil etmək və OK seçmək OTP açar kodunu daxil etmək və OK seçmək

Addım 11. OTP açar kodunu daxil edin və ya tətbiqdən, yaxud veb-saytdan kopiyaladığınız kodu əlavə edin və OK üzərinə basın.

OTP Samsung Pass ilə əlaqələndirilir OTP Samsung Pass ilə əlaqələndirilir

Addım 12. Doğrulamadan sonra OTP-nin Samsung Pass-da qeydiyyatdan keçirildiyini yoxlaya bilərsiniz.

Qeyd: bəzi xidmətlər yalnız QR kodu və ya yalnız açar kodu daxil etmə seçimini təmin edə bilər.

Samsung Pass-dan OTP-ni əl ilə necə daxil etmək olar

OTP açar kodu tətbiqdə və ya veb-saytda avtomatik doldurulmadıqda Samsung Pass-dan OTP-ni əl ilə daxil edə bilərsiniz.

Giriş məlumatlarını seçmək Giriş məlumatlarını seçmək

Addım 1. Galaxy cihazınızda Samsung Pass tətbiqinə basın və Giriş məlumatı seçimini edin.

Qeydiyyatdan keçmiş xidməti seçmək Qeydiyyatdan keçmiş xidməti seçmək

Addım 2. Qeydiyyatdan keçmiş xidməti seçin.

OTP kodunu kopiyalamaq OTP kodunu kopiyalamaq

Addım 3. Cari etibarlı OTP kodunu kopiyalayın.

OTP kodunu daxil etmək və Doğrulama düyməsinə basmaq OTP kodunu daxil etmək və Doğrulama düyməsinə basmaq

Addım 4. OTP-ni tətbiqin və ya veb-saytın giriş səhifəsinə daxil edin və ya əlavə edin və Doğrula düyməsini basın.

Qeyd: OTP kodlarının müddəti, adətən, 30–60 saniyə ərzində bitir. Kodun müddəti bitərsə, yeni kod əldə etmək üçün Samsung Pass-ı açın və yenidən cəhd edin.

Yeni cihazda Samsung Pass ilə OTP-dən necə istifadə etmək olar

Tətbiqləriniz və ya veb-saytlarınızda Samsung Pass üzrə 2 addımlı doğrulama qeydiyyatdan keçirilbsə, giriş və doğrulama məlumatlarınız Samsung Cloud vasitəsilə sinxronlaşdırılır.

Cihazı dəyişdirərkən yeni Galaxy cihazınızda Samsung Pass-ı açın, əvvəlki cihazınızda istifadə etdiyiniz eyni Samsung hesabı ilə daxil olun və mövcud OTP məlumatı daxil olmaqla, məlumatlarınız avtomatik sinxronlaşdırılacaq. Bərpadan sonra OTP-nin hər bir xidmət üçün düzgün işlədiyini yoxlayın.

Qeyd:

  • Samsung Pass-ın bərpası eyni Samsung hesabı ilə daxil olmağı tələb edir.
  • Bəzi xidmətlər sizdən yeni cihazınızda OTP-ni yenidən qeydiyyatdan keçirməyi tələb edə bilər.

Şərhiniz üçün təşəkkür edirik!