Bixby və onu necə aktivləşdirmək barədə daha çox məlumat əldə edin

Son yeniləmə tarixi : 15-05-2025

Bixby Samsung mobil cihazlarınız və ağıllı saatlarınıza inteqrasiya edilmiş Samsung-un Süni İntellekt köməkçisidir. Bixby vasitəsilə səsinizi, mətni və ya toxunma jestlərini istifadə edərək müxtəlif tapşırıqları idarə edə bilərsiniz. Xatırladıcılar qurmaq, mesajlar göndərmək və ya cihazlarınızı idarə etməkdən tutmuş Bixby həyatınızı daha sadə edir. Galaxy cihazınızda Bixby qurmaq və istifadə etmək üçün aşağıdakı təlimatı izləyin.

Samsung Galaxy cihazında Bixby funksiyasından fəal şəkildə istifadə edən iki qadın.

Qeydlər:

  • Bixby-nin özəllikləri və məzmunu yaşadığınız ölkə, dil, cihaz modeli və əməliyyat sistemi versiyasına görə dəyişə bilər.
  • İstifadəçi interfeysi cihaz modelinə görə dəyişə bilər.

Bixby və onun özəlliklərindən istifadə etmək üçün siz Samsung hesabınıza daxil olmalısınız.

Qeyd: Bixby-yə gedən yol cihaz modellərindən və proqram təminatının versiyalarından asılı olaraq fərqlənə bilər.

Parametrlər əsas ekranı. Parametrlər əsas ekranı.

Addım 1. Parametrlər-i açın > Qabaqcıl funksiyalar-in üzərinə klikləyin.

Qabaqcıl funksiyalar parametrləri ekranı. Qabaqcıl funksiyalar parametrləri ekranı.

Addım 2. Bixby-nin üzərinə klikləyin.

Bixby parametrləri əsas ekranı. Bixby parametrləri əsas ekranı.

Addım 3. Səsin qeydiyyata alınması-nın üzərinə klikləyin.

Səsin qeydiyyata alınması başlanğıc ekranı. Səsin qeydiyyata alınması başlanğıc ekranı.

Addım 4. ‘Bixby-ni səslə oyatmaq’ özəlliyini aktivləşdirmək üçün səsinizi yazın.

* Samsung hesabınıza daxil olduqdan və səs tanımanı quraşdırdıqdan sonra "Salam, Bixby" ilə Bixby-ni işə sala bilərsiniz.

* Əgər Bixby dilinizi dəstəkləmirsə, bəzi ekranlar ingilis dilində görsənəcək. Bixby tərəfindən gələcək yeniləmələrdə dəstəklənən dillər müvafiq dillərdə göstəriləcək.

Bixby və onun özəlliklərindən yararlanmağın bir çox yolu var. Həyatınızı sadələşdirmək üçün Bixby-dən istifadə etməyin bəzi yolları bunlardır:

  • Cihazlarınızı idarə edin
    - “Mətbəx işıqlarını yandır”
    - ""Ekran görüntüsü çək""

  • Cədvəllərinizi yoxlayın və zəngli saat siqnallarınızı qurun
    - “Mənə bu günün cədvəlini de”
    - “Sabah səhər saat 7 üçün zəngli saat qur.”

  • Sevdiyiniz musiqi və medianı çalın
    - “Növbəti mahnını səsləndir”
    - “(Sənətçi adı) mahnılarını səsləndir”

  • Sürətli axtarışlara başlayın
    - “Çimərlikdə çəkilmiş şəkilləri aç”
    - ""Ən son alınan mesajımı göstər""

Şərhiniz üçün təşəkkür edirik!