Samsung soyuducusunda xoşagəlməz qoxunu necə aradan qaldırmaq olar

Son yeniləmə tarixi : 19-09-2025

Problem nədir

Dondurucu və ya soyuducu kamerada xarab olmuş məhsulların qoxusu hiss olunur. Həmçinin digər məhsulların qoxuları da hiss edilə bilər.

Mətbəxdə qoxu olan soyuducu.

Səbəblər

  • Məhsulların saxlama şərtlərinin pozulması. Məhsullar hermetik (hava keçirməyən) şəkildə qablaşdırılmayıb.
  • Xarab olmuş məhsulların saxlanması. Məsələn, evdə elektrik enerjisi kəsilib və soyuducu bir müddət işləməyib.
  • Məhsulun soyuducunun içinə dağılması və ya tökülməsi. Məhsul kameranın arxa divarındakı dəliklərdən soyuducunun daxili hissələrinə düşə bilər.

Soyuducuda qoxunun yaranması texnikanın zavod qüsuru ilə bağlı deyil. Soyuducunun daxili örtüyü plastikdən hazırlandığı üçün plastik qoxuları tez bir zamanda özünə çəkir.

Nə etməli

1 Soyuducunun buzunu tamamilə əridin. Ən yaxşısı, onu bir neçə gün bu vəziyyətdə saxlamaqdır.
2 Soyuducu kameralarını neytral yuyucu vasitələrlə (isti sabunlu su ilə başlamağı məsləhət görürük) yaxşıca yuyun.
3 Soyuducu üçün xüsusi ətirləndiricilərdən istifadə etməyə çalışın.
  1. Soyuducunu elektrik şəbəkəsindən ayırın, içindəki bütün məhsulları çıxarın və bütün kameraların qapılarını açın.

  2. Soyuducunu bu vəziyyətdə minimum 24 saat saxlayın.
    Soyuducunu daha az müddətə söndürməyin mənası yoxdur, çünki bu müddət ərzində buz tam əriməyəcək.

  3. Soyuducunun bütün kameralarını yuyun.
    Bunun üçün isti sabunlu su məhlulundan istifadə edə bilərsiniz.

  4. Bütün kameraların qapılarını bağlayın və soyuducunu birbaşa elektrik yuvasına qoşun (uzadıcı və adapterlərdən istifadə etmədən).

  5. Soyuducuda temperaturun aşağı düşməsini gözləyin. Orta hesabla bu, 5-6 saat çəkir (quraşdırılmış temperaturdan asılı olaraq).
    Əvvəlcə temperatur dondurucu kamerada stabilləşəcək (bu zaman soyuducu kamerası isti qala bilər).
    Dondurucu kamerada temperatur tam nizamlandıqdan sonra soyuducu kamerasının soyuması başlayacaq.

  6. Məhsulları yerləşdirin.

Əgər tövsiyələrə əməl etdikdən sonra qoxu qalarsa, qoxunun aradan qaldırılması üçün rəsmi servis mərkəzinə müraciət edin.

* Bu hal zəmanətə daxil olmadığı üçün xidmət ödənişli olacaq.

Şərhiniz üçün təşəkkür edirik!