Samsung Galaxy smartfon və planşetlərinin nəmə qarşı qorunması haqqında məlumat

Son yeniləmə tarixi : 05-08-2025

Galaxy smartfonları sudan yüksək səviyyədə qorunur və su ilə təmasdan qorxmur. Əsas odur ki, təklif olunan qorunma səviyyəsinə və cihazı su ilə təmas zamanı və sonra necə istifadə edəcəyinizə diqqət yetirəsiniz.

Yağışda Galaxy smartfonundan istifadə

Mənim Galaxy cihazımın nəmə qarşı qorunma dərəcəsini necə müəyyən etmək olar?

Qorunma standartının işarələnməsi IPXX şəklindədir, burada XX — qorunma dərəcəsinin rəqəmsal indeksidir. Rəqəm nə qədər böyükdürsə, qorunma da o qədər yüksəkdir.

  • Birinci rəqəm (1-dən 6-dək) cihazın bərk hissəciklərin (qum və toz) daxil olmasına davamlılığını göstərir.
  • İkinci (1-dən 9-dək) - sudan qorunma dərəcəsini göstərir.

Adətən, Galaxy telefonları IPx7 və ya IPx8 nəmə qarşı qorunma sinfini dəstəkləyir. Bu qorunma səviyyəsi, cihazın müxtəlif məişət vəziyyətlərində su ilə təmasda olduğu hallar üçün kifayətdir.

  • IPx7 sinifi - 1 metr dərinlikdə 30 dəqiqə ərzində suyun daxil olmasına qarşı qorunmanı təmin edir,
  • IPx8 sinifi - 1,5 metr dərinlikdə 30 dəqiqə ərzində qorunma təmin edir.

Smartfonları bu səviyyələri aşan dərinliklərdə və su təzyiqinin yüksək olduğu yerlərdə, dərinlik göstərilən hədlər daxilində olsa belə (1 metr və ya 1,5 metr), istifadə etmək tövsiyə edilmir. Belə şəraitdə 30 dəqiqəlik istifadədən sonra nəmə qarşı qorunma xüsusiyyətlərinin qorunacağına zəmanət verilmir.

Galaxy modellərinin nəmə qarşı qorunma dərəcəsinin müqayisəsi

Model seriyası

Sinif

Model

Galaxy S seriyası

IP68

Galaxy S6 Active, Galaxy S7, S7 Edge, S7 Active, Galaxy S8, S8+, и S8 Active, Galaxy S9, S9+, и S9 Active, Galaxy S10 series, Galaxy S20 series, Galaxy S21 series, Galaxy S22 series, Galaxy S23 series, Galaxy S24 series, Galaxy S25 series

Qatlanan cihazlar seriyası

IPX8

Galaxy Fold3, Galaxy Flip3, Galaxy Fold4, Galaxy Flip4, Galaxy Fold5, Galaxy Flip5

IP48

Z Fold6, Z Flip6, Z Fold7, Z Flip7

Galaxy A seriyası

IP54

Galaxy A16, Galaxy A16 5G

IP67

Galaxy A26 5G, Galaxy A33 5G, Galaxy A34 5G, Galaxy A35 5G, Galaxy A36 5G, Galaxy A52 5G, Galaxy A53 5G, Galaxy A54 5G, Galaxy A55 5G, Galaxy A56 5G, Galaxy A73 5G

IP68

Galaxy A5 2017, Galaxy A7 2017, Galaxy A8 2018

Galaxy Note seriyası

IP68

Galaxy Note8, Galaxy Note9, Galaxy Note10, Galaxy Note20

Galaxy Tab seriyası

IP68

Tab S9, S9 FE, S9+, S9 FE+, и S9 Ultra, Galaxy Tab S10+ и S10 Ultra

Qeyd:

  • Əgər cihazınız yuxarıdakı siyahıda yoxdursa, onun istismar təlimatına müraciət edin, çünki nəmə qarşı qorunma səviyyəsi və sinfi cihazdan asılı olaraq fərqlənə bilər. Təlimatı Təlimatlar & yükləmələr bölməsindən yükləyə bilərsiniz.
  • IPX8 nəmə qarşı qorunma sinfi o deməkdir ki, məhsul 1,5 metr dərinlikdə şirin suda hərəkətsiz vəziyyətdə 30 dəqiqəlik sınaqdan keçirilmişdir — bu tələblər IEC 60529 sertifikatına uyğundur.
  • Mövcud modellər regiondan asılı olaraq fərqlənə bilər.

Galaxy telefonundan suda və ya suyun yanında istifadə edərkən nələrə xüsusi diqqət yetirilməlidir

Galaxy telefonlarının nəmə qarşı qorunma xüsusiyyəti daimi deyil və zamanla təbii səbəblərdən və ya köhnəlmə nəticəsində pisləşə bilər.

Nəmə qarşı qorunması olan məhsulları istifadə edərkən ilkin qorunma səviyyəsini daha uzun müddət saxlamaq üçün aşağıdakı məqamları nəzərə alın:

  • Cihazı 30 dəqiqədən artıq suya batırmaq olmaz: IPx7 sinifli telefonlar üçün — 1 metrdən dərin olmayaraq və IPx8 sinfi üçün — 1,5 metrdən dərin olmayaraq.

  • Cihaz suda istifadə edildikdə sensor ekran və digər funksiyalar düzgün işləməyə bilər.

  • Smartfonu tərkibində qatqılar olan su və mayelərlə təmas etdirmək olmaz: duzlu su, sabunlu su, yağlar, ətriyyat, günəşdən qoruyucu krem, əl üçün dezinfeksiyaedici vasitə və kosmetik vasitələr, spirt tərkibli mayelər kimi məişət kimyası və s.

  • Smartfonu dənizdə və ya hovuzda istifadə etmək üçün cihazı xüsusi suya davamlı qaba yerləşdirməyi tövsiyə edirik.

  • Smartfonu yüksək təzyiqli suya məruz qoymaq olmaz.

  • Smartfonu həddindən artıq temperatur şəraitində və ya yüksək rütubətli yerlərdə (hamamda, saunada və ya duşda) istifadə etmək olmaz.

  • Smartfonu yerə salmaq və mexaniki təsirlərə məruz qoymaq olmaz, çünki cihazın hermetikliyi pozula bilər.

  • Smartfonu fen kimi qızdırıcı elektrik cihazları ilə qurutmaq olmaz.

  • Smartfonu sabun, yuyucu vasitələr, aşındırıcı maddələr, digər kimyəvi maddələr, sıxılmış hava ilə təmizləmək və ya bu məqsədlə ultrasəs cihazlarından və ya xarici istilik mənbələrindən istifadə etmək olmaz.

  • SIM kart yuvasini çıxarmaq üçün cihazla birlikdə təqdim olunan sancaqdan istifadə etmək lazımdır. SIM kart yuvasini yerləşdirdikdən sonra onu tam oturanadək içəri itələmək lazımdır. Çıxararkən yuvasinin içinə və onun dəliyinə kənar əşyaların düşməməsinə diqqət etmək vacibdir.

Bu ehtiyat tədbirlərinə əməl edilməməsi məhsulun zədələnməsinə səbəb ola bilər.

Cihaz suya düşərsə nə etməli

Əgər nəmə qarşı qorunma xüsusiyyətlərinə malik cihaz su, maye və ya kənar maddələrlə təmasda olubsa, aşağıdakı təlimatlara əməl edin.

  • Smartfonu yumşaq təmiz parça ilə qurulayın.

  • Əgər cihaz tərkibində qatqılar olan mayeyə (dəniz və ya xlorlu su, çay, şirə, yağlar, kosmetik vasitələr, məişət kimyası və s.) məruz qalıbsa, smartfonu təmiz şirin (duzsuz) suda yumaq və qurutmaq lazımdır.

  • Smartfon tam quruyana qədər onu enerji doldurma cihazına və ya digər naqilli aksesuarlara qoşmayın. Tam qurumamış xarici kontakt bağlayıcısı ilə qoşulma qısaqapanmaya, konnektorların korroziyasına və məhsulun nasazlığına səbəb ola bilər.

  • Əgər mikrofon, dinamik və ya qəbuledici tam qurumayıbsa, bu, səsli zənglərin və səsin keyfiyyətinə təsir edə bilər.

Əgər nəmə qarşı qorunma xüsusiyyətləri olmayan cihaz su, maye və ya kənar maddələrlə təmasda olubsa, aşağıdakı təlimatlara əməl edin.

  • Dərhal smartfondan SIM-kartı, yaddaş kartını və s. çıxarın.. 

  • Onu dəsmal ilə qurulayın və Samsung Electronics servis mərkəzinəmüraciət edin.

  • Təcili servis mərkəzinə müraciət etməkdə çətinlik çəkirsinizsə, cihazı yaxşı havalandırılan, işıqdan qorunan, sərin hava axını olan bir yerdə qurudun.

  • Quruduqdan sonra belə, smartfonun içində nəm qala bilər, ona görə də onu ilk fürsətdə servis mərkəzində yoxlatdırmadan işə salmaq olmaz.

Şərhiniz üçün təşəkkür edirik!