Samsung Galaxy-də TalkBack funksiyasını necə aktivləşdirmək olar?
Voice Assistant (və ya TalkBack) — görmə məhdudiyyəti olan istifadəçilər üçün nəzərdə tutulmuş xüsusi Samsung Galaxy rejimidir. Voice Assistant/TalkBack aktiv olduqda, cihazın idarə edilməsi standart interfeysdən əhəmiyyətli dərəcədə fərqlənir.
TalkBack-i necə aktivləşdirmək olar?
TalkBack-in sürətli işə salınmasını necə aktivləşdirmək olar?
TalkBack funksiyasını tənzimləmələri açmadan da işə salmaq olar. Bunun üçün aşağıdakı təlimata əsasən sürətli işə salmanı aktivləşdirin.
TalkBack-i necə idarə etmək olar?
Voice Assistant/TalkBack rejimində idarəetmənin əsas xüsusiyyətləri:
Qeyd.
TalkBack işləyərkən adətən bir barmaqla edilən demək olar ki, bütün hərəkətlər iki barmaqla edilməlidir. Məsələn, TalkBack aktiv olduqda ekranı sürüşdürmək üçün bir barmaq əvəzinə iki barmaqdan istifadə etmək lazımdır.
Ekran üzrə naviqasiya
|
Fəaliyyət |
Bir barmaqla jest |
Bir neçə barmaqla jest |
|---|---|---|
|
Ekranda növbəti obyektə keçmək |
Sağa sürüşdürün |
— |
|
Ekranda əvvəlki obyektə keçmək |
Sola sürüşdürün |
— |
|
Toxunuşla öyrənmə: toxunduğunuz elementi səsləndirmək |
Barmağınızı ekranda hərəkət etdirin |
— |
|
Obyekti seçmək |
Ona toxunun |
— |
|
Növbəti oxuma idarəetmə elementinə keçmək |
Yuxarı, sonra isə aşağı sürüşdürün |
Üç barmaqla aşağı sürüşdürün |
|
Əvvəlki oxuma idarəetmə elementinə keçmək |
Aşağı, sonra isə yuxarı sürüşdürün |
Üç barmaqla yuxarı sürüşdürün |
|
Seçilmiş oxuma idarəetmə parametrinin dəyərini dəyişmək |
Yuxarı və ya aşağı sürüşdürün |
— |
|
Növbəti obyektə keçmək
|
Aşağı sürüşdürün |
— |
|
Əvvəlki obyektə keçmək
|
Yuxarı sürüşdürün |
— |
|
Növbəti obyektdən etibarən səsləndirmək |
— |
İki barmaqla üç dəfə basın |
|
Ekran üzrə axtarışı aktivləşdirmək |
Sola, sonra isə aşağı sürüşdürün |
— |
|
Böyütməni fərdiləşdirmək |
Üç dəfə basın |
— |
Ekranın sürüşdürülməsi
|
Fəaliyyət |
Jest |
Bir neçə barmaqla jest |
|---|---|---|
|
Yuxarı və ya aşağı sürüşdürmək |
İki barmaqla yuxarı və ya aşağı sürüşdürün |
— |
|
Sağa və ya sola vərəqləmək |
İki barmaqla sola və ya sağa sürüşdürün |
— |
Seçilmiş elementlərlə fəaliyyətlər
|
Fəaliyyət |
Jest |
|---|---|
|
Aktivləşdirmək |
İki dəfə basın |
|
Elementin üzərində uzun müddət basıb saxlamaq |
İki dəfə basın və saxlayın |
|
Sürüşdürücünü yuxarı hərəkət etdirmək
|
Yuxarı, və ya əvvəlcə sağa, sonra isə sola sürüşdürün |
|
Sürüşdürücünü aşağı hərəkət etdirmək
|
Aşağı, və ya əvvəlcə sola, sonra isə sağa sürüşdürün |
Android sistem jestləri
|
Fəaliyyət |
Jest |
Bir neçə barmaqla jest |
|---|---|---|
|
Əsas ekrana keçmək |
Yuxarı, sonra isə sola sürüşdürün |
Əgər jestlərlə naviqasiya aktivdirsə, iki barmaqla ekranı aşağıdan yuxarıya sürüşdürün |
|
Geriyə qayıtmaq |
Aşağı, sonra isə sola sürüşdürün |
Əgər jestlərlə naviqasiya aktivdirsə, ekranın sol və ya sağ kənarından mərəzə doğru sürüşdürün |
|
Tətbiqlər arası keçid panelini açmaq |
Sola, sonra isə yuxarı sürüşdürün |
Əgər jestlərlə naviqasiya aktivdirsə, iki barmaqla ekranın aşağı kənarından yuxarıya sürüşdürün və onları saxlayın |
|
Bildirişləri göstərmək |
Sağa, sonra isə aşağı sürüşdürün
|
İki barmaqla ekranın yuxarı kənarından aşağı sürüşdürün |
|
Sürətli tənzimləmələri göstərmək |
Bildirişlər paneli açıq olduqda, iki barmaqla ekranı aşağı sürüşdürün |
— |
|
Bildirişləri bağlamaq |
Aşağı, sonra isə sola sürüşdürün |
İki barmaqla ekranı aşağıdan yuxarıya sürüşdürün |
|
"Tətbiqlər" bölməsini açmaq |
Əsas ekranda iki barmaqla yuxarı sürüşdürün |
— |
TalkBack-in idarə edilməsi
|
Fəaliyyət |
Jest |
Bir neçə barmaqla jest |
|---|---|---|
|
Səsləndirməni dayandırmaq və ya davam etdirmək |
— |
İki barmaqla basın |
|
İki barmaqla basın |
— |
İki barmaqla iki dəfə basın |
|
Zəngə cavab vermək və ya onu bitirmək |
— |
İki barmaqla iki dəfə basın |
|
TalkBack menyusunu açmaq |
Aşağı, sonra isə sağa sürüşdürün |
Üç barmaqla basın |
|
Jestlərin istifadəsini məşq etmək |
— |
Dörd barmaqla basın |
|
TalkBack yardımını açmaq |
— |
Dörd barmaqla iki dəfə basın |
|
Əgər aktivdirsə, əlçatanlıq menyusunu göstərmək və ya gizlətmək |
Əgər jestlərlə naviqasiya aktivdirsə, iki barmaqla ekranı aşağıdan yuxarıya sürüşdürün |
Əgər jestlərlə naviqasiya aktivdirsə, üç barmaqla ekranı aşağıdan yuxarıya sürüşdürün |
|
İlkin jestdən istifadə etmək
|
— |
Dörd barmaqla ekrana iki dəfə basın və saxlayın |
|
Seçilmiş mətni kopyalamaq |
— |
Üç barmaqla iki dəfə basın |
Mətni necə dəyişmək və ya seçmək olar
|
Fəaliyyət |
Jest |
Bir neçə barmaqla jest |
|---|---|---|
|
Mətn seçimi rejimini aktivləşdirmək və ya söndürmək |
— |
İki barmaqla ekrana iki dəfə basın və saxlayın |
|
Seçilmiş mətni kopyalamaq |
— |
Üç barmaqla iki dəfə basın |
|
Seçilmiş fraqmenti kəsmək |
— |
Üç barmaqla ekrana iki dəfə basın və saxlayın |
|
Yapışdırmaq |
— |
Üç barmaqla ekrana üç dəfə basın |
TalkBack jestlərini necə fərdiləşdirmək olar?
Əksər TalkBack jestləri üçün fəaliyyətlər təyin edə bilərsiniz.
Qeyd.
İki barmaqla yerinə yetirilən vərəqləmə jestlərinin fəaliyyətini dəyişmək mümkün deyil.
TalkBack — görmə qabiliyyəti zəif olan istifadəçilərə kömək etmək üçün ekrandakı mətn və elementləri səsləndirən Samsung Galaxy cihazlarında əlçatanlıq funksiyasıdır. Siz onu tənzimləmələr vasitəsilə asanlıqla aktivləşdirə, eləcə də cihazdan tam istifadə etmək üçün sizə uyğun idarəetmə jestlərini fərdiləşdirə bilərsiniz.
Tövsiyələr Samsung şirkəti tərəfindən təqdim edilmiş və yoxlanılmışdır.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.