Samsung Galaxy Watch cihazını jestlərlə necə idarə etmək olar?
Əgər Galaxy Watch-un sensor ekranını idarə etməkdə çətinlik çəkirsinizsə, "Universal jestlər" funksiyasından istifadə edin. Bu funksiya sayəsində ağıllı qadcetinizin ekranına toxunmadan onu yalnız jestlərlə idarə edə biləcəksiniz. Bu funksiyanı necə aktivləşdirmək və onun hansı əlavə tənzimləmələrə malik olduğunu öyrənmək üçün məqaləmizi oxuyun.
Qeyd:
- "Universal jestlər"in tam funksionallığına yalnız Samsung Galaxy smartfonlarında zəmanət verilir. Digər istehsalçıların cihazlarına qoşulduqda isə tənzimləmələrin bir hissəsi əlçatmaz ola bilər.
- Təəssüf ki, "Universal jestlər" funksiyası ilə Galaxy Watch ekranındakı məlumatların səsli oxunmasını aktivləşdirmək mümkün deyil.
- Təəssüf ki, "Universal jestlər" funksiyasını TalkBack seçimi ilə birlikdə istifadə etmək mümkün deyil.
Samsung Galaxy-də "Universal jestlər" funksiyasını necə aktivləşdirmək olar?
Qeyd:
"Universal jestlər" funksiyasının işləməsi üçün Galaxy Watch cihazını Samsung Wearable tətbiqi vasitəsilə smartfona qoşmaq lazımdır.
Galaxy Watch-da "Universal jestlər" funksiyasından necə istifadə etmək olar?
"Universal jestlər" seçimi Galaxy Watch-u jestlərlə idarə etməyə imkan verir.
- "İki dəfə yumruq tutun" jesti funksiyanı aktivləşdirmək üçün nəzərdə tutulub. Bundan sonra Galaxy Watch ekranında sarı çərçivə yaranacaq. Bu, "Universal jestlər"in istifadəyə hazır olduğunu bildirir.
- "İki barmağınızı yaxınlaşdırın" və "İki barmağınızı iki dəfə yaxınlaşdırın" jestləri ilə Galaxy Watch ekranında irəli və ya geri hərəkət etmək mümkündür. Seçilmiş obyektlər sarı çərçivə ilə vurğulanacaq.
- "Yumruq tutun" jestindən istifadə edərək Galaxy Watch-da seçilmiş obyektlərə toxunmaq və onları açmaq mümkündür.
- Təkrar "İki dəfə yumruq tutn" jesti vasitəsilə əlavə komandaların olduğu fəaliyyətlər menyusu açılır. Məsələn, ekranda sağa və ya sola sürüşdürmək, səhifəni aşağı və ya yuxarı çevirmək olar.
Samsung Galaxy-də "Universal jestlər" funksiyasını necə tənzimləmək olar?
"Universal jestlər" funksiyasını ilk dəfə işə saldıqda Galaxy Watch-un idarəetməsi standart olaraq tənzimlənmiş olur. Siz jestləri, vurğulayıcı çərçivəni, reaksiya vaxtını və ekranda hərəkət sürətini fərdi olaraq tənzimləyə bilərsiniz.
Qeyd:
Əgər "Universal jestlər" funksiyası smartfonun tənzimləmələrində söndürülübsə, onu tənzimləmək və jestlə aktivləşdirmək mümkün olmayacaq.
- "Jestlər" bölməsində onların funksiyasını dəyişə və idarəetməni sizin üçün rahat olacaq şəkildə tənzimləyə bilərsiniz.
- "Aktivləşdirmə metodu" bölməsində funksiyanı yandırmaq üçün jesti dəyişə bilərsiniz. Bunun üçün üzərinə toxunun və fəaliyyəti seçin.
- "Avtomatik aktivləşdirmə" sizə zəng gəldiyini və ya zəngli saatı söndürmək lazım olduğunu müəyyən edir və "Universal jestlər" funksiyasını dərhal istifadə edə bilməyiniz üçün onu avtomatik aktivləşdirir. Onu işə salmaq üçün sürüşdürücü düyməyə toxunun.
- Funksiyanın aktivləşdiyini Galaxy Watch ekranında vizual olaraq göstərən çərçivənin rəngini dəyişmək istəyirsinizsə, "Fokus göstərici rəngi" parametrindən istifadə edin. Bölməni açın və istədiyiniz rəngi seçin.
- "Avtomatik skanlama" – əlavə jestlərdən istifadə etmədən Galaxy Watch ekranındakı obyektləri vurğulamağa kömək edən bir seçimdir. Məsələn, Galaxy Watch-da tənzimləmələri aça bilərsiniz və avtomatik skanlama rejimində siz "toxunmaq" jesti ilə onu dayandırana qədər hər bir menyu bəndi yuxarıdan aşağıya doğru növbə ilə seçiləcək. Bu seçimi tənzimləmək üçün aşağıdakı təlimata baxın.
- "Kursor ilə skanlama" bölməsində "Universal jestlər" funksiyası aktiv olduqda obyektləri vurğulayan çərçivənin işini tənzimləyə bilərsiniz:
"Kursorun sürəti" — çərçivənin Galaxy Watch ekranında nə qədər sürətlə hərəkət edəcəyi;
"Əməliyyat öncəsi ləngimə vaxtı" — fəaliyyət yerinə yetirilməzdən əvvəl fasilə;
"Kursor rəngi" — çərçivənin rəngini seçmək.
Hər bir seçimi necə tənzimləmək barədə aşağıdakı təlimata baxın.
- "Əməliyyat menyusunda sevimli seçimlər" bölməsində jestlə fəaliyyət menyusunu çağırdığınız zaman Galaxy Watch ekranında görünəcək komandaları əlavə edə bilərsiniz.
"Universal jestlər" funksiyası Galaxy Watch-un istifadəsini daha da rahat etməyə kömək edir. Sadələşdirilmiş naviqasiya üsulu sizə Galaxy Watch-u cihazın taxıldığı qolunuzla idarə etməyə imkan verəcək.
Əgər bu funksiya sizi maraqlandırmırsa, onu istənilən vaxt smartfonunuzun tənzimləmələrində söndürə bilərsiniz.
Tövsiyələr Samsung şirkəti tərəfindən təqdim edilib və yoxlanılıb.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.