Samsung Galaxy S26 seriyasında Cəld giriş panelini necə fərdiləşdirmək olar
One UI 8.5 Cəld giriş panelinin fərdiləşdirilməsi təcrübəsini təkmilləşdirir. İstifadəçilər tez-tez istifadə etdikləri parametrlərə və fərdi istifadə vərdişlərinə əsasən düzülüşü təşkil edərək daha səmərəli Cəld giriş paneli qura bilərlər. İstifadəçilər Cəld giriş paneli üzrə nəzarət vasitələrini köçürə, əlavə edə və ya silə, həmçinin şəxsi seçimlərinə daha yaxşı uyğun olması üçün səs səviyyəsi diyircəyi və parlaqlıq diyircəyi kimi vasitələri tənzimləyə bilərlər.
Cəld giriş panelini redaktə edin
One UI 8.5-də Cəld giriş panelinin nəzarət vasitələri qruplar halında deyil, ayrı-ayrılıqda redaktə edilə bilər. Onları istədiyiniz düzülüşdə yerləşdirmək üçün Cəld giriş panelindəki redaktə funksiyasından istifadə edə bilərsiniz. Əlavə sürüşdürməyə ehtiyac olmadan daha tez daxil olmaq üçün tez-tez istifadə etdiyiniz nəzarət vasitələrini yuxarıda yerləşdirin. Bu, ümumi istifadə rahatlığını və ekranın oxunaqlılığını yaxşılaşdırır.
Cəld giriş paneli üzrə nəzarət vasitələrini silməyin, yerini dəyişməyin və ya ölçüsünü dəyişməyin qaydası
Qeyd: nəzarət vasitəsinin ölçüsünü dəyişdirmə və istiqamət seçimləri nəzarət vasitəsindən asılı olaraq fərqlənə bilər.
Cəld giriş panelinə nəzarət vasitəsi necə əlavə olunur
Yuxarıda cəld. param. red. etməyin qaydası
Qeyd: menyu adları, yollar və ekran tərtibatları cihaz modelinizə, proqram təminatı versiyasına və ya tətbiq versiyasına görə dəyişə bilər.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.