Samsung Galaxy-də ekrandan şifrə, pin kod və ya qrafik açar deaktiv olunmur

Son yeniləmə tarixi : 03-04-2024

Əgər siz ekranın kilidini deaktiv etməyə çalışır, lakin menyuda yalnız pin kodu, şifrəni və ya qrafik açarı seçə bilirsinizsə, bu məqalədə siz, pin kodu, şifrəni və ya qrafik açarı xatırlamadığınız halda kilidin deaktiv edilməsi üçün nə etməli olduğunuzu öyrənəcəksiniz.

Kilid niyə deaktiv olunmur

Androiddə ekranın kilidinin deaktiv edilməsinə imkan verməyən bir neçə funksiya var. Tənzimləmələrdən başqa kilidin deaktiv edilməsinə quraşdırılmış tətbiqlər maneçilik törədə bilər.

Kilidi necə deaktiv etmək olar

Sizin qarşılaşdığınız halda kilidi deaktiv etməyə maneçilik törədən şeyin nə olduğu məlum deyil. Buna görə, kilid deaktiv olunana qədər, sıra ilə aşağıdakı tövsiyələri yerinə yetirin.

1 VPN-i silin

Sadə dildə desək, VPN, adi qoşulma ilə müqayisədə, daha çox qorunan internet qoşulmasıdır.

Cihaza VPN əlavə etmək üçün ekranın pin kodla, şifrə ilə və ya qrafik açarla kilidlənməsini aktiv etmək lazımdır. Buna görə, VPN cihazda ikən, displeyin kilidini deaktiv etmək mümkün olmayacaq.

Kilidi deaktiv etmək üçün, istifadə etdiyiniz VPN proqramını və ya əllə tənzimləmələrdə daxil etdiyiniz VPN-i silin. 

Əllə daxil edilmiş VPN-i deaktiv etmək üçün, aşağıdakıları açın: 
Tənzimləmələr > Qoşulmalar > Digər tənzimləmələr > VPN > VPN-in adının yanındakı dişli çarx işarəsinə basın, sonra isə, Sil düyməsinə basın.

2 Administrator hüquqlarını deaktiv edin.

Bəzi tətbiqlər standart icazələrlə məhdudlaşa bilməz. Normal fəaliyyət üçün onlara daha geniş hüquqlar, yəni administrator hüquqları lazımdır.

Həmin tətbiqlərin administrator hüquqları ekranın kilidinin deaktiv olunmasına maneçilik törədə bilər. Kilidi deaktiv etmək üçün, administrator hüquqlarını deaktiv etmək lazım olacaq.

Administrator hüquqlarına malik tətbiqlərin sayı çoxdursa, onları, kilidi deaktiv edə bilənə qədər, bir-bir deaktiv edin.

Administrator hüquqlarına malik tətbiq yoxdursa və ya onların hamısı deaktivdirsə, kilidi isə, yenə də deaktiv etmək alınmırsa, aşağıdakı tövsiyəni sınaqdan keçirin.

3 Kənar sertifikatları silin.

Bəzi tətbiqlər, adətən, korporativ tətbiqlər, yalnız təhlükəsizlik sertifikatları ilə işləyir.

Sertifikat əhəmiyyətli verilənlərin əlavə müdafiəsi üçün nəzərdə tutulan xüsusi fayldır. Sertifikatlar təyin olunarkən, ekranı pin kodla, şifrə ilə və ya qrafik açarla kilidə salmaq tələb olunur. Cihazın yaddaşında belə bir sertifikat olduğu müddətdə kilidi deaktiv etmək olmaz. Kilidi deaktiv etmək üçün sertifikatları silin.

Qeyd: 

Tətbiqlərdən başqa sertifikatlar VPN və Wi-Fi şəbəkələrinə qoşulmaq, habelə, elektron poçtu yoxlamaq üçün istifadə olunur.

1-ci addım. Tənzimləmələri açın və Təhlükəsizlik və məxfilik və ya Təhlükəsizlik bəndini/ əlavəsini seçin. Belə bənd yoxdursa, Kilid ekranı və müdafiə bəndini seçin.

2-ci addım. Digər təhlükəsizlik parametrləri bəndini seçin.

3-ci addım. Hesab məlumatlarını sil düyməsinə basın.

4-ci addım. Məlumatların silinməsini təsdiqləyin.

İndi kilidi deaktiv etməyə cəhd göstərin.

Cihazda sertifikat yoxdursa («Hesab məlumatlarını sil» düyməsinə basmaq mümkün deyilsə), yaxud məlumatlar silindikdən sonra, kilid deaktiv edilmədisə, aşağıdakı tövsiyəni sınaqdan keçirin.

4 Kilidi təhlükəsiz rejimdə deaktiv etməyə cəhd göstərin.

Play Marketdən endirilmiş tətbiq də kilidin deaktiv edilməsinə maneçilik törədə bilər.

Cihazın yaddaşında belə bir tətbiqin olub- olmadığını müəyyən etmək üçün, onu təhlükəsiz rejimdə işə salın. Belə rejimdə endirilmiş bütün tətbiqlər deaktiv edilir və yalnız zavodda quraşdırılmış tətbiqlər işləyir.

İndi kilidi deaktiv etməyə cəhd göstərin.

Kilid deaktiv edilirsə, deməli təqsirkar endirilmiş hər hansı bir tətbiqdir. Təəssüflər olsun ki, təhlükəsiz rejimdə məhz hansı tətbiqin kilidi deaktiv etməyə imkan vermədiyi bilinmir. Buna görə tətbiqləri, son quraşdırdıqlarınızdan başlayaraq bir-bir silin və cihazı adi rejimdə yoxlayın. Kilidin deaktiv edilmə bilməməsinin səbəbkarı, silindikdən sonra kilidin deaktiv edilməsinin mümkün olmadığı tətbiqdir.

Təhlükəsiz rejimdə kilid yenə də deaktiv edilmirsə, aşağıdakı tövsiyəyə keçin.

5 Verilənləri sıfırlayın.

Yuxarıdakı bütün tövsiyələri sınaqdan keçirdikdən sonra kilidi yenə də deaktiv etmək alınmırsa, deməli cihazda nasazlıq var. Proqram xətası baş verib. Nasazlığı aradan qaldırmaq üçün verilənləri sıfırlayın. Sıfırlamadan öncə əhəmiyyətli verilənləri yaddaşda saxlayın.

Suallar var və kilidi deaktiv etmək alınmır

İstənilən rahat üsulla pulsuz Samsung dəstək xidmətinə müraciət edin.

Şərhiniz üçün təşəkkür edirik!