Samsung Electronics-in bütün istehsal müəssisələri ekoloji sertifikatlıdır və ekoloji idarəetmə prinsiplərinə əməl edir. Bununla belə, ətraf mühitin qorunması istiqamətində səylərimiz təkcə istehsalla məhdudlaşmır. Biz hər bir sahədə ekoloji problemləri müəyyən edir və həll yollarını təklif edirik. Problemin ilkin səbəbini tapmaq və kompleks profilaktik tədbirlər görməklə həll yollarının müntəzəmliyini təmin edirik. Bundan əlavə, biz ekosistemi qorumaq üçün yerli ictimaiyyətin biomüxtəliflik fəaliyyətlərində fəal iştirak edirik.
Bütün istehsal müəssisələrində ekoloji idarəetmə sistemi tətbiq edilmişdir
Ekomenecmentin prinsiplərinə riayət etmək üçün Samsung Electronics bununla bağlı tətbiq olunan beynəlxalq standartları rəhbər tutur.
Ekoloji istehsalın göstəriciləri
Ekoloji menecment üzrə sertifikasiya faizi
100%
2019-cu ilə qədər* Dünya üzrə 36 ISO 14001 və OHSAS 18001 sertifikatlı istehsal sahələri
Biz daim istixana qazı emissiyalarını azaltmağa çalışırıq
İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün şirkət səviyyəsində görülə biləcək bir sıra tədbirlər var. Bu tədbirlərdən biri də - aktual göstəricilərin obyektiv və qərəzsiz ölçülməsi və təkmilləşdirmə potensialının müəyyən edilməsidir. Bu məqsədlə Samsung Electronics hər il xarici ekspertlərdən istifadə etməklə öz istixana qazı emissiyalarının həcmini müəyyən edir. Bundan əlavə, daxili qiymətləndirmənin nəticələrinə əsasən, biz emissiyaların azaldılması yollarını müəyyənləşdiririk və optimallaşdırma tədbirləri görürük. İstixana qazı emissiyalarının azaldılmasının əsas istiqamətlərindən biri qlobal istiləşməyə böyük töhfə verən ftorlu qazların emissiyalarının azaldılmasıdır. Bu sahədə, xüsusən də yarımkeçiricilərin istehsalı sahəsində əhəmiyyətli irəliləyişlər əldə etmişik.
Samsung-un Koreyadakı istehsal obyektlərində ftorlu
qaz emissiyalarının məcmu azaldılması
(Vahid: 10.000 ton CO2 ekvivalenti)
2019-cu ildə istixana qazı emissiyalarının azaldılması
36% Bərpa olunan enerjidən istifadənin genişləndirilməsi
35% Ftorlu qazların işlənməsi
12% Enerji effektivli bina və tikililərin istismara verilməsi
9% İstehsal proseslərinin səmərəliliyinin artırılması
7% Bina və tikililərin səmərəliliyinin artırılması
0,4% Digər
0,1% işıqlandırmanın yaxşılaşdırılması
Yerli qanunvericiliyə və daxili qaydalara uyğun olaraq kimyəvi maddələrin ciddi şəkildə tənzimlənməsi
Kimyəvi maddələrlə işləyərkən baş verə biləcək potensial hadisələrin qarşısını almaq üçün biz onların satın alınmasından utilizasiyasına qədər hər mərhələdə istifadəsini sistematik şəkildə tənzimləyirik. Kimyəvi maddələrlə işləyən işçilərdən kimyəvi maddələri satın almadan əvvəl onları əvvəlcədən yoxlamaları tələb olunur. Yalnız bu qiymətləndirmədən sonra kimyəvi maddələrin istifadəsinə icazə verilir,
bundan sonra kimyəvi tullantılar xüsusi prosedurlara uyğun olaraq utilizasiya olunur.
Kimyəvi maddələrin ilkin qiymətləndirilmə sistemi
- 01 Kimyəvi maddələrin ilkin qiymətləndirilməsi
- Müvafiq şöbədən sorğu
- İlkin ekspert yoxlaması¹⁾
- Yoxlanış haqda ətraflı hesabat
- İstifadəyə qadağa
- Bəyanat
- İstifadə
- 02 Satınalma
İnventarlaşdırma sistemi
- 03 Anbarda qeydiyyat (istifadə yeri)
- 04 İstifadə (inventarın idarə edilməsi)
- 05 Utilizasiya
Ətraf mühit, sağlamlıq və təhlükəsizlik (EHS) təhlükəsi və təhdid təhlili vasitəsilə optimal tənzimləmə prosesinin araşdırılması
Biz planeti sağlam saxlamaq üçün biomüxtəliflik təşəbbüslərini dəstəkləyirik
Samsung Electronics rəhbərliyi və işçiləri ekosistemin dəstəklənməsi üzrə tədbirlərdə iştirak edirlər. Şirkət biomüxtəlifliyin mühafizəsi fəaliyyətlərinin əsasını təşkil edən prinsipləri dəstəkləyir, müvafiq maarifləndirici-informasiya kampaniyaları həyata keçirir və rəhbərlik və işçilərin bu cür fəaliyyətlərdə iştirakını dəstəkləyir.
Samsung Electronics-in biomüxtəlifliyin qorunması prinsipləri
Fəlsəfə
Samsung Electronics ekosistemin və biomüxtəlifliyin faydalarını və vacibliyini dərk edir.
Biomüxtəlifliyə zərərli təsirləri minimuma endirmək üçün biz ekosistemi qorumaq təşəbbüslərində fəal iştirak edirik.
Fəaliyyət planı
Bütün işçilər
biomüxtəlifliyin qorunmasının
eko-menecmentin əsas
dəyərlərindən biri olduğunu
başa düşürlər.Neqativ effektləri minimuma
endirmək üçün məhsulun
ekosistemə və
biomüxtəlifliyə təsiri,
onun bütün həyat
tsikli ərzində dəyərləndirilir
və təhlil
edilir.Koreyada və onun
hüdudlarından kənarda həyata
keçirilən bütün istehsallarda üstünlük
biomüxtəlifliyin yüksək səviyyədə
olduğu regionlara verilir,
biomüxtəlifliyin təmin olunması
tədbirləri isə yerli tələblərə
uyğunlaşdırılır.Biomüxtəlifliyin qorunması
üzrə işçilər, yerli ictimaiyyət,
qeyri-hökumət təşkilatları
və digər maraqlı tərəflərlə daim
qarşılıqlı əlaqə və yerli
ictimaiyyətin tədbirlərində
iştirak.
Nəsli kəsilməkdə olan flora və fauna növlərinin təbii yaşayış mühitinin mühafizəsi
Fəaliyyət göstərdiyimiz bölgələrdə nəsli kəsilməkdə olan flora və fauna növlərinin mövcudluğunu müəyyən etdik və müvafiq təşkilatlar, o cümlədən yerli icmalar, hökumət və akademik qurumlarla birlikdə biomüxtəlifliyin qorunması üçün kampaniyalar aparırıq.
Koreyada istehsal müəssisələrinin yaxınlığında nəsli kəsilməkdə olan flora və fauna növləri
-
Suwon
-
Amfibiyalar
1
-
-
Yongin
-
Amfibiyalar
2
-
Balıqlar
1
-
-
Hvasonq
-
Quşlar
12
-
Amfibiyalar
2
-
Cücülər
1
-
Bitkilər
2
-
-
Asan
-
Quşlar
5
-
Amfibiyalar
2
-
Digərlər
1
-
-
Gwangju şəhəri
-
Məməlilər
2
-
Quşlar
1
-
Balıqlar
1
-
Cücülər
1
-
Bitkilər
2
-
-
Qumi
-
Məməlilər
1
-
Quşlar
1
-
Balıqlar
1
-
Cücülər
1
-
Bitkilər
2
-
Bitkilər
1
-
Daur durnasının populyasiyasının qorunması və Jaepyeongun bərpası (Jaedurumi + Haepyeong bataqlıqları)
2013-cü ildə Samsung Electronics-in Kyonsan-Punkto əyalətinin Qumi şəhərindəki zavodu Koreyada mərkəzi və yerli hökumətlər və universitetlərlə biomüxtəliflik üzrə tərəfdaşlıq müqaviləsi imzalayan ilk şirkət oldu. O vaxtdan bəri biz Niderlanddan gətirilmiş iki cüt nəsli kəsilməkdə olan Ağbaş durnaların (Koreya Milli Abidəsi №203) süni mayalanmasına dəstək vermişik. 2016-cı ilin aprelində Ekologiya Elmi-Tədqiqat İnstitutunun quşların yetişdirilməsi cəhdi uğurlu alınıb. Bu, köçəri quşlar üçün təbii yaşayış yeri olan Haepyeong Bataqlıqlar ekosistemini bərpa etməyə kömək edəcək və biomüxtəlifliyin qorunmasına mühüm töhfə olacaq.
Sahilyanı qum təpələrinin mühafizəsi
Çxunçxon-namdo əyalətinin Onyanq şəhərindəki zavod nəsli kəsilməkdə olan iki növ: sarıdimdik leylək və monqol kərtənkələsinə ev sahibliyi edən sahilyanı qum təpələrini qorumaq üçün 2008-ci ildən Kımqan Çay Hövzəsinin Ətraf Mühit İdarəsi ilə əməkdaşlıq edir. Bu gün Poryonda biz okeanın təmizlənməsi, invaziv bitki növlərinin çıxarılması və Sohvanq qum təpələrinin qorunması kimi fəaliyyətləri dəstəkləyirik, Asanda isə miskantus üçün təbii yaşayış mühitinin yaradılmasına kömək edirik.
Yadnövlü balıq və bitkilərin məhv edilməsi
Kyonqido əyalətininin Kixınqu və Xvason zavodlarında Osan və Vonçxon-ri çaylarının ekosistemini qorumaq üçün yad növlərin məhv edilməsi, vəhşi heyvanların qidalanması və ətraf mühitin qorunması kampaniyaları kimi illik fəaliyyətlər həyata keçirir.