Galaxy Tab A11 (LTE)

SM-X135FZAECAU

{{priceAnchor.priceWrapper.info.noLineOrignal}}

{{priceAnchor.priceWrapper.info.totalPrice}}
{{priceAnchor.priceWrapper.info.totalPriceMonthly}}

{{priceAnchor.priceWrapper.info.ceExchangePrice}}

{{priceAnchor.priceWrapper.info.orignalPriceAddText}}
{{priceAnchor.priceWrapper.info.lowestWasPricetext}}
{{priceAnchor.priceWrapper.info.orignalPrice}}
{{priceAnchor.priceWrapper.info.savePrice}}
{{priceAnchor.priceWrapper.info.disclaimer}}

Müasir, zərif və incə

Əfsanəvi Galaxy S Series-dən ilham alan yeni Galaxy Tab A11 müasir, zərif və incə görünüşə malikdir. Onun qüsursuz forması və zərif görüntüsü, Galaxy üslubuna uyğun premium dizaynı mükəmməl şəkildə tamamlayır. Klassik Boz və Gümüş rənglərdə təqdim olunan Galaxy Tab A11 gündəlik üslubunuzla mükəmməl şəkildə uzlaşır.1

Parlaq, aydın ekran və səlis hərəkət

Galaxy Tab A11-ın qüsursuz və parlaq ekranının təqdim etdiyi əyləncə təcrübəsindən zövq alın. 90 Hs yüksək yenilənmə sürəti videolar izləyərkən, oyun oynayarkən və sosial medianı nəzərdən keçirərkən təbii və səlis hərəkət təmin edir. Ekran birbaşa günəş işığı altında belə parlaq və aydın qalır, hər zaman və hər yerdə mükəmməl görüntü təmin edir.2

Sevdiyiniz şeyləri daha çox saxlayın

Galaxy Tab A11 kifayət qədər yaddaş və saxlama imkanları təqdim edir. 8 GB operativ yaddaş ilə sürətli və fasiləsiz çoxtapşırıq icrasını təmin edir, 128 GB daxili yaddaş isə böyük fayllar üçün kifayət qədər yer təqdim edir. Üstəlik, lazım olduqda, microSD kart vasitəsilə saxlama sahəsini 2 TB-a qədər artırmaq mümkündür.3

Üz-üzə görüşləriniz üçün daha aydın təcrübə

Sizin üçün önəmli olan hər kəslə üzbəüz yaxın əlaqədə qalın. Galaxy Tab A11 daha kəskin və aydın video zənglər üçün 5 MP ön kameraya malikdir. İstər ailənizlə əlaqə saxlayın, istər komandada işləyin, təkmilləşdirilmiş aydınlıq texnologiyası hər bir gülüşü və ifadəni real detallarla görməyə imkan verir.4

Zəngin səs keyfiyyəti ilə əhatə olunun

Galaxy Tab A11 Dolby tərəfindən hazırlanmış Dördlü Dinamiklərə malikdir və zəngin, çoxölçülü səs təcrübəsi təqdim edir. Sevdiyiniz musiqilərdən son çıxan filmlərə qədər immersiv 3D səs sizi aydın, təmiz və dərin cəlbedici səs dünyasına aparır. Galaxy Tab A11 həmçinin 3,5 mm-lik audio jack ilə təchiz olunub, buna görə istədiyinizi kabelli qulaqlıqlarla rahatlıqla dinləyə bilərsiniz.5

Tez-tez verilən suallar

Galaxy Tab A11 əyləncə və internetdə gəzmək üçün ideal seçimdir. 90 Hs ekran vebdə gəzdiyiniz zaman qüsursuz bir sürüşmə təmin edir. Yaxınlarınızdan nə qədər uzaqda olursanız olun, təkmilləşdirilmiş ön kamera ilə üzbəüz video zənglərdə daha aydın əlaqə saxlayın. Dolby texnologiyalı səs ilə izlədiyiniz film və ya sevdiyiniz musiqi daha real və immersiv səslənir.

Galaxy Tab A11 1340 x 800 görüntü keyfiyyətli ekrana malikdir. 90 Hs yenilənmə sürəti ilə birləşdirildikdə, ekran səhnələr arasında səlis keçid təmin edir və sosial media axınlarında rahat sürüşdürməyə imkan yaradır.

Yeni Galaxy Tab A11-ınızı qutudan çıxardıqda, tənzimləmələrlə bağlı giriş təlimatlar, enerjidoldurma və qoşulma üçün SIM/microSD kart yeri üçün sancaq və USB Type-C kabeli tapa bilərsiniz. 6

Galaxy Tab A11 iki yaddaş variantı ilə təqdim olunur: 4 GB operativ yaddaş və 64 GB daxili yaddaş və ya 8 GB operativ yaddaş və 128 GB daxili yaddaş. Əgər daha çox saxlama sahəsinə ehtiyacınız varsa, microSD kart (ayrıca satılır) vasitəsilə onu 2 TB-a qədər artırmaq mümkündür. Daha çox saxlayın, daha az silin. 7

Galaxy Tab A11 5,100 mAs batareya ilə işləyir və oyun oynamaq, sosial mediada gəzmək və ya serial izləmək kimi sevdiyiniz fəaliyyətlər üçün uzun müddət enerji təmin edir. 8

Bəli, siz, Smart Switch-dən istifadə edərək, sürətlə və asanlıqla iOS verilənlərinizi Galaxy Tab A11 cihazına köçürə bilərsiniz.Smart Switch verilənlərin bir cihazdan digərinə köçürülməsini asanlaşdıran, bununla da kontaktlarınızı, fotoşəkillərinizi, videolarınızı, qeydlərinizi, təqvim tədbirlərinizi və s. asanlıqla köçürməyə imkan verən alətdir. Siz, Smart Switch tətbiqindən istifadə edərək, yeni Galaxy Tab A11 cihazınızı kabelin köməyi ilə və ya simsiz texnologiyalarla köhnə cihazınıza qoşa bilərsiniz. 9

Galaxy Tab A11 iki zərif rəngdə təqdim olunur: Boz və Gümüş. 10

Galaxy Tab A11 Galaxy S Series-in imza dizaynını əks etdirir və dinamik dəliyi, kamera bəzəyi və yan düymələr daxil olmaqla hər detalda zəriflik nümayiş etdirir.

Əgər siz müasir və çoxistiqamətli bir həyat tərzinizə uyğun yoldaş axtarırsınızsa, Galaxy Tab A11 ideal seçimdir. 90 Hs yenilənmə sürəti səhnələr arasında keçidi səlis edir və sosial mediada sürüşdürmə hərəkətini daha qüsursuz və çevik edir. 5 MP ön kamera video zənglərdə üzbəüz anlarınızı daha aydın göstərir. Planşet həmçinin müasir və zərif Galaxy S Series-in imza dizaynını əks etdirir.

Xüsusiyyətlər

  • Prosessor

    2.2 GHs, 2 GHs

  • Arxa Kamera - İcazə

    8.0 MP

  • Çəki (q)

    337

  • Prosessorun Sürəti

    2.2 GHs, 2 GHs

  • Prosessorun Növü

    Səkkiz Nüvəli

  • Ekran Ölçüsü

    220.5 mm (8.7")

  • Ekranın İcazəsi

    1340 x 800 (WXGA+)

  • Ekranın Növü

    TFT

  • Ekranın Rəng Dərinliyi

    16 milyon

  • Arxa Kamera - İcazə

    8.0 MP

  • Arxa Kamera - Avtofokus

    Var

  • Ön Kamera - İcazə

    5.0 MP

  • Arxa Kamera - Fləş

    Yoxdur

  • Yaddaş_(GB)

    8

  • Yaddaş yeri (GB)

    128

  • Mövcud Yaddaş yeri (GB)

    108.0

  • External Storage Support

    MikroSD (2 TB-a qədər)

  • SİM kart sayı

    Tək SİM kart

  • SİM yuva növü

    SİM 1 + MikroSD

  • 2G GSM

    GSM850, GSM900, DCS1800, PCS1900

  • 3G UMTS

    B1 (2100), B2 (1900), B4 (AWS), B5 (850), B8 (900)

  • 4G FDD LTE

    B1 (2100), B2 (1900), B3 (1800), B4 (AWS), B5 (850), B7 (2600), B8 (900), B12 (700), B17 (700), B20 (800), B26 (850), B28 (700), B66 (AWS-3)

  • 4G TDD LTE

    B38 (2600), B40 (2300), B41 (2500)

  • USB Versiyası

    USB 2.0

  • Naviqasiya Sistemi

    GPS, Glonass, Beidou, Galileo, QZSS

  • Qulaqlıq Girişi

    3.5 mm Stereo

  • MHL

    Yoxdur

  • Wi-Fi

    802.11a/b/g/n/ac 2.4GHs+5GHs, VHT80

  • Wi-Fi Birbaşa

    Var

  • Bluetooth Versiyası

    Bluetooth v5.3

  • NFC

    Yoxdur

  • Bluetooth Profilləri

    A2DP, AVRCP, DI, HFP, HID, HOGP, HSP, MAP, OPP, PAN, PBAP

  • PC ilə sinxronizasiya

    Smart Switch (PC versiyası)

  • Android

  • Form Faktor

    Planşet

  • Akselerometr, Geomaqnit Sensoru, İşıq Sensoru, Yaxınlaşma Sensoru

  • Ölçülər (HxExD, mm)

    211.0 x 124.7 x 8.0

  • Çəki (q)

    337

  • Batareya Həcmi (mA/s, Tipik)

    5100

  • Çıxarılan Batareya

    Yoxdur

  • Video Formatı

    MP4, M4V, 3GP, 3G2, AVI, FLV, MKV, WEBM

  • Video İcazəsi

    FHD (1920 x 1080) @60 kadr/san.

  • Audio Formatı

    MP3, M4A, 3GA, AAC, OGG, OGA, WAV, AMR, AWB, FLAC, MID, MIDI, XMF, MXMF, IMY, RTTTL, RTX, OTA

  • Gear Dəstəyi

    Galaxy Buds Core, Galaxy Buds3 Pro, Galaxy Buds2 Pro, Galaxy Buds Pro, Galaxy Buds Live, Galaxy Buds+, Galaxy Buds3, Galaxy Buds2, Galaxy Buds, Galaxy Buds FE

  • Mobil TV

    Yoxdur

  • SmartThings Dəstək

    Bəli

  • Təhlükəsizlik Yeniləmə Müddəti (tarixədək etibarlıdır)

    30 Sentyabr 2032

  • *Təsvir simulyasiya edilmişdir. *Rəng və model seçimləri ölkədən, regiondan və ya operatordan asılı olaraq dəyişir.
  • 1. *Rəng və model seçimləri ölkədən, regiondan və ya operatordan asılı olaraq dəyişir. Go to feature
  • 2. *Təsvir illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. *Diaqonal şəkildə ölçüldükdə Galaxy Tab A11 cihazının ekran ölçüsü tam düzbucaqlı üzrə 8.7”-dir; *Faktiki görünən sahə isə dairəvi künclər və kamera dəliyi səbəbilə daha kiçikdir. Go to feature
  • 3. *Təsvir illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. *Yaddaş variantları və mövcud olan modellər, ölkədən, regiondan və ya operatordan asılı olaraq, dəyişə bilər. *Faktiki mövcud olan yaddaş, əvvəlcədən quraşdırılmış proqram təminatından asılı olaraq, dəyişə bilər. *İki yaddaş və saxlanc yaddaşı variantı mövcuddur: 4 GB operativ yaddaş və 64 GB daxili yaddaş, 8 GB operativ yaddaş və 128 GB daxili yaddaş. *MicroSD kartı ayrıca satılır. Bütün modellərdə 2 TB-dək yaddaşla microSD kartları dəstəklənir. Xarici yaddaş multimedia məlumatlarını (fotoşəkillər, videolar və musiqi faylları) saxlamaq üçün istifadə edilə bilər, lakin tətbiqləri deyil. Xidmətin mövcudluğu ölkədən və istehsalçıdan asılıdır. Go to feature
  • 4. *Təsvir illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. Faktiki UI (İsifadəçi İnterfeysi) fərqli ola bilər. Go to feature
  • 5. *Təsvir illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir. *Galaxy Tab A11 Dördlü Dinamiklərə (1,0 Vt) malikdir. Go to feature
  • 6. *Qutuda təqdim olunan elementlər, ölkədən, regiondan və ya xidmət provayderindən asılı olaraq, dəyişə bilər. *Kabel yalnız ağ rəngdə təqdim olunur. *Səfər Adapteri qutuya daxil DEYİL. Go to feature
  • 7. *Saxlama variantları və mövcudluğu ölkə, region və ya operatora görə fərqlənə bilər. *Faktiki mövcud saxlama sahəsi əvvəlcədən quraşdırılmış proqram təminatından asılı olaraq dəyişə bilər. *İki yaddaş və saxlama variantı mövcuddur: 4 GB operativ yaddaş və 64 GB daxili yaddaş, 8 GB operativ yaddaş və 128 GB daxili yaddaş. *MicroSD kart ayrıca satılır. Bütün modellərdə 2 TB-dək yaddaşla microSD kartları dəstəklənir. Xarici yaddaş multimedia məlumatlarını (fotoşəkillər, videolar və musiqi faylları) saxlamaq üçün istifadə edilə bilər, lakin tətbiqləri deyil. Xidmətin mövcudluğu ölkədən və istehsalçıdan asılıdır. Go to feature
  • 8. *Standart dəyər kənar laboratoriya şəraitində sınaqdan keçirilib. Minimum dəyəri IEC 61960 standartı altında sınaqdan keçirilmiş batareya nümunələri arasında batareya tutumunda yayınma hallar nəzərə alınmaqla təxmin edilən orta dəyərdir. Galaxy Tab A11 üçün akkumulyatorun standart tutumu 5,100 mA/s təşkil edir. *Akkumulyatorun ömür göstəriciləri Samsung tərəfindən standart istifadə üzrə şablon ssenarilərə uyğun aparılmış laboratoriya sınaqları nəticəsində əldə olunmuşdur. Həqiqi batareyanın ömrü şəbəkəyə, istifadə rejiminə və digər amillərə görə dəyişə bilər. *Sürətli şarj rejiminin sürəti şarj şərtlərinə və digər amillərə görə dəyişə bilər. *Orijinal Samsung məlumat kabelindən istifadə etmək tövsiyə olunur. Go to feature
  • 9. *İOS - dan simli köçürmələr qəbuledici cihazda Android™5.0 və ya bir sonrakı, ötürücü cihazda isə iOS 5 və ya bir sonrakı versiyanın quraşdırılmasını tələb edir. Köçürmələr, kabelsiz əlaqə və ya iCloud vasitəsilə tamamlana bilər. Simsiz əlaqə üçün qəbuledici cihazda Android™ 5.0 və ya bir sonrakı, ötürücü cihazda isə iOS 12 və ya bir sonrakı versiya quraşdırılmalıdır. Məlumatların iCloud vasitəsilə ötürülməsi qəbuledici cihazda Android™5.0 və ya bir sonrakı, ötürücü cihazda isə iOS 5 və ya bir sonrakı veriyanın quraşdırılmasını tələb edir. Qəbuledici Galaxy cihazınızın "Tənzimləmələr" bölməsində Smart Switch Mobile proqramını açın və ya Smart Switch Mobile proqramını Galaxy Store-dan endirin. Simsiz məlumat ötürülməsini həyata keçirmək üçün iPhone və ya iPad-də App Store-dan iOS üçün Smart Switch yükləyin. Transfer üçün mövcud olan məlumatlar, məzmun və tətbiqlər ötürmə üsulundan asılı olaraq dəyişə bilər. Kontaktlar, qalareya, videolar, təqvimlər və xatırlatmalar iOS cihazından simsiz formada ötürülə bilər. Go to feature
  • 10. *Rəng mövcudluğu ölkə, region və ya daşıyıcıdan asılı olaraq dəyişə bilər. Go to feature

Əsas funksiya əsas xarakteristikadan fərqlənə bilər.

Bütün təsvirlər yalnız misallarla izah etmək üçündür, bütün aksessuarlar ayrıca satılır.

Cihazın bütün xüsusiyyətləri və texniki göstəriciləri satışa başlandığı zamana aiddir, lakin gələcəkdə əvvəlcədən xəbərdarlıq edilmədən dəyişə bilər.

İstifadəçinin istifadə edə biləcəyi daxili yaddaşın həcmi cihazın ümumi yaddaşından azdır, belə ki, yaddaşın bir hissəsi əməliyyat sistemi və cihazın işləməsini təmin edən tətbiqetmələr tərəfindən tutulur. Faktiki istifadəçi yaddaşının həcmi rabitə operatorundan və daxili Proqram Təminatının yenilənməsindən sonra asılı ola bilər.

Şəbəkə: Ddəstəklənən tezlik diapazonları regiondan və şəbəkə provayderindən asılı olaraq dəyişə bilər.