"Əgər siz 8K televizor axtarırsınızsa, Samsung QN900D ilə eyni performansı təklif edən başqa bir televizor tapmaqda çətinlik çəkəcəksiniz". "Bu Aİ dəstəkli güc mərkəzi yerli rezolyusiyadan asılı olmayaraq inanılmaz dərəcədə detalları ön plana çıxarır və 8K-dan aşağı olan bütün təsvirləri qüsursuz bir şəkildə yüksəldir və bununla da, təsvirləri sıxmadan incə olaraq işlənmiş şəkillər təqdim edir"
"Onun təsvir keyfiyyəti öncəki sələfləri ilə müqayisədə bir çox mənada olduqca inkişaf etmişdir və upscaling texnologiyası üzrə kitabı yenidən yazaraq, 8K Televizorlarının heçdə hər zaman 8K məzmundan bəslənməli olmadığını bizə xatırlamışdır.
“Onun təsvir keyfiyyəti inanılmaz dərəcədə möhtəşəmdir". “Upscaling texnologiyasının 4K təsvirlərə əlavə edə biləcəyi detalların həcmi inanılmazdır; 4K həqiqətən gözünüzün qabağında 8K-a çevrilir.""8K texnologiyasına qarşı çıxanlara inanmayın -Samsung-un yeni 75 düymlük flaqman 8K televizoru, hələdə 8K TV dünyasında müxtəlif həyatların qaldığını sübut edir."
Samsung AI TV-nin Yeni Dövrü
Hər anınızı Vau təcrübəsi yaşayaraq daha da möhtəşəm edin
Samsung-un ən qabaqcıl AI dəstəkli 8K prosessoru Samsung un indiyə kimi olan ən yaxşı ümumi 8K təcrübəsini yaradır. 512 AI neyron şəbəkələri ilə təchiz olunmuş 8K AI Upscaling Pro texnologiyamız məzmunu 8K təsvir ölçüsünə qədər yüksəldir. Bizim NQ8 AI Gen3 prosessorumuz sizin OTT xidmətlərini yayımlamağınızdan, sevimli video oyunlarınızı oynamağınızdan və yaxud canlı idman proqramı izləməyinizdən asılı olmayaraq 8K təcrübəsi təqdim etmək üçün həm təsvirləri, həm də səsləri optimallaşdırır.
2024 Neo QLED 4K (NQ4 AI Gen2) ilə müqayisədə
* Baxış təcrübəsi məzmundan və formatın növündən asılı olaraq dəyişə bilər. * 8K upscaling texnologiyası PC bağlantısı və Oyun Rejimi üçün tətbiq edilmir.
8K AI Upscaling Pro
512 AI neyron şəbəkələri ilə məzmunu 8K rezolyusiyasına yüksəldin
Samsung un 512 AI neyron şəbəkələri ilə təchiz edilmiş 8K AI Upscaling Pro texnologiyası məzmunu 8K təsvir ölçüsünə qədər yüksəldir. Samsung un Ən qabaqcıl NQ8 AI Gen3 prosessoru istənilən Samsung televizorunda ən kəskin və axıcı təsvir keyfiyyətini təmin edir.
* ABŞ və Koreyada keçirilmiş istehlakçı sorğusuna əsasən. Iştirakçılardan, "təsvirin aydınlığı və detalları" nəzərə alınmaqla Neo QLED 4K/8K TV -də yüksəldilmiş məzmunu SD, HD, FHD, 4K və 8K-da təqdim olunan istinad ilə müqayisə edərək anladıqları fərqi kəmiyyətcə müəyyən etmək tələb edilmişdir. İştirakçılar fərqi müşahidə etsin deyə kiçik hərəkətlərdən ibarət məzmunlardan istifadə edilmişdir. *Neo QLED 4K TV-də böyüdülmüş məzmunun qəbul edilən orta şaquli pikselləri ilə Neo QLED 8K TV-də böyüdülmüş eyni məzmun arasındakı fərq "1,6 dəfədir".* İstinad kimi qəbul edilmiş yerli 8K məzmunu ilə müqayisə edildikdə orta hesabla qavranılan təsvir aydınlığı və tədqiqatda iştirak etmiş şəxslərin faizi "84%" olmuşdur * Baxış təcrübəsi məzmun növlərinə və formatına görə dəyişə bilər.* 8K upsclaing PC bağlantısı və Oyun Rejimində aktiv deyil.
Infinity Air dizaynı
Sərhədsiz təcrübə
Infinity Air stendimiz və ultra incə İnfinity ekranımız ilə baxış təcrübənizi ən pik həddə çatdırın. Stend ilə birgə havada uçan ekrandan zövq alın. Tünd kənarlar minimuma endirilir və ultra incə profil daha təsirli baxış təcrübəsi yaşatmaq üçün istifadəçinin diqqətini yayındıran amilləri aradan qaldırır.
* Bütün təsvirlərdə və videolarda göstərilən məhsullar simulyasiya edilib və yalnız illüstrasiya məqsədləri üçün nəzərdə tutulub.
Samsung Tizen OS
Samsung Tizen OS ilə əyləncə səviyyəsini yüksəldin
Samsung Tizen OS-da olan ən son tətbiqlər və xidmətlərdən istifadə edərək televizorunuzdan daha çox yararlanın. Samsung TV Plus ilə pulsuz və canlı TV kanallarından və minlərlə filmlərdən, həmçinin Gaming Hub ilə axıcı bulud oyunlarından həzz alın. Daily+ ilə Siz hətta gündəlik fəaliyyətlərinizi idarə edə və SmartThings ilə smart cihazlarınızı televizorunuzdan idarə edə bilərsiniz.
* Məzmun və xidmətlər hər bir bölgəyə görə fərqlidir və xəbərdarlıq etmədən dəyişdirilə bilər. * İstifadə etməzdən öncə Smart Hub Qaydaları və Şərtləri və Məxfilik Siyasətini qəbul etmək tələb olunur.* Bəzi məzmun və xidmətlər qeydiyyat və abunəlik tələb edir.*(Çin, Türkiyə, İsrail istisna olmaqla) Smart TV funksiyaları və tətbiqləri də daxil olmaqla, Samsung Tizen OS funksiyalarından tam şəkildə faydalanmaq üçün Samsung hesabı tələb olunur. Daxil olmamağı seçdiyiniz təqdirdə, siz yalnız yerüstü Televiziya yayımına (yalnız tunerləri olan cihazlara aiddir) və HDMI kimi xarici cihazlara qoşula biləcəksiniz. Samsung hesabı yaratmaq üçün sizə ayrıca bir cihaz (məsələn, kompüter və ya telefon) lazım ola bilər.
Təsvir Keyfiyyəti
Mağaranın içərisindən görünən gözəl meşə ekranı, işığı dəqiq idarə edən arxa tərəfdəki Quantum Mini LED-lər vasitəsilə çox aydın şəkildə göstərilir.
Quantum Matrix Texnologiyası Pro
8K-da olan ultra incə kontrast hər bir gizli detalı üzə çıxardır
Neo QLED 8K-nin güclü təkamülü adi Quantum Matrix Texnologiyasından x1,5 daha çox işıqlandırma zonasına sahib olaraq həm ən tünd qara rənglərdə, həm də ən saf ağ rənglərdə ifadə edilən bənzərsiz detalları ortaya qoyur.
AI Motion Enhancer Pro
NQ8, AI Gen3 prosessoru ilə obyektlərin və mətnlərin hərəkətini kəskinləşdirir və axıcı edir
NQ8 AI Gen3 (NQ8 3-cü Nəsil AI) prosessoru obyektlərin və mətnin hərəkətini aydın nümayiş etdirmək üçün süni intellektdən istifadə edir. Canlı idman yarışlarının izlənilməsi təcrübəsi yeni səviyyəyədək yüksəlir.
* Baxış təcrübəsi məzmun və formatın növündən asılı olaraq fərqli ola bilər.* AI Motion Enhancer Pro PC bağlantısı və Oyun Rejiminə tətbiq edilmir.
Qoyunlar Neo QLED TV-dən çıxır. Rəng və parlaqlıq baxımından SDR və HDR 10+ keyfiyyəti arasında müqayisə var.
Neo Quantum HDR 8K Pro
Canlı rənglər və kontrast ilə qeyri-adi 8K görüntü
8K rezolyusiya, canlı rənglər və ultra dəqiq kontrastın sehrli qarışığı ilə baxış təcrübənizi növbəti səviyyəyə yüksəldin. Hər biri Neo Quantum HDR 8K Pro ilə təchiz edilmiş daha açıq olan açıq rənglər, daha tünd olan tünd rənglər və qeyri-adi rənglər ilə mükəmməl təsvir keyfiyyətindən həzz alın.
* QN900D 65 düym üçün: Neo Quantum HDR 8K+* Quantum HDR parlaqlıq diapazonu daxili sınaq standartlarına əsaslanır və baxış şərtlərinə və ya spesifikasiyalara əsasən dəyişdirilə bilər.
Anti-refleksiya
Diqqəti yayındıran amilləri azaltmaq üçün parıltını minimuma endirir
Bizim tənqidçilər tərəfindən alqışlanan Anti Reflection texnologiyamız əks olunan işığın yaratdığı parıltını minimuma endirir və bununla da, sizə imkan verir ki, istənilən bucaqdan baxdıqda kristal kimi təmiz olan təsvir keyfiyyətindən zövq alasınız.
* Şəkil illüstrativ məqsədlər üçün simulyasiya edilmişdir.
Real Depth Enhancer Pro
İnsan gözündən ilhamlanan real 3D-şəkilli şəkillər
Real Depth Enhancer Pro insanın diqqətinin adətən yönəldiyi sahələri aşkarlayır və buna müvafiq olaraq dərinliyi artırır. Çox sayda mini LED bloklarını dəqiq şəkildə optimallaşdırır və ön plan kontrastını artırır, beləliklə, evinizdə 3D görüntüdən həzz ala bilərsiniz.
* İzləmə təcrübəsi məzmun və format növlərinə görə dəyişir.
Avtomatik HDR yeniləmə
Hətta SDR məzmunu ilə HDR kimi təsvir keyfiyyəti
İndi SDR məzmununa HDR keyfiyyətdə izləyə bilərsiniz. Daha parlaq işıqlandırmalar, daha canlı rənglər və daha aydın detallar ilə dərin öyrənmə alqoritmləri SDR məzmununu HDR -a bənzər keyfiyyətə çevirərək məzmununuzu yenidən hazırlamaq üçün istifadə edilir.
* İzləmə təcrübəsi orijinal məzmuna uyğun olaraq dəyişə bilər.
Ekspert tənzimləmə
Mütəxəssislər tərəfindən yaradılmış peşəkar rəng kalibrlənməsi
Orijinal məzmuna uyğun olan dəqiq rəng reproduksiyasından zövq alın. Ekspert səviyyəsində Kalibrləmə sayəsində siz rəng çalarlarının ən incə dəyişikliklərinə belə asanlıqla uyğunlaşan yüksək dəqiqlikli rənglər əldə edirsiniz.
Oyun Təcrübəsi
Motion Xcelerator 240Hs
Sevdiyiniz oyun məzmunu üçün 4K 240Hs-ə qədər hərəkət aydınlığına sahib olun
Motion Xcelerator 240Hs bənzərsiz hərəkət performansını təmin edir, parlaq vizual görüntülər yaradır. 4K 240Hs-də olan pik hərəkət təkmilləşdirmələri ilə siz kristal kimi təmiz ekran görüntüsündə oyun oynaya və oyun zamanı əvvəlkindən daha sürətli reaksiyalar verə bilərsiniz.
* 4K 240Hs yalnız bu cür spesifikasiyaları dəstəkləyən kömputerlərə qoşulmuş oyunlarda mövcuddur (PC qrafik kartı tələb edilir). Performans fərqli ola bilər.
Bir əsas səhnənin önü və mərkəzi olan oyunlardan çoxlu səpələnmiş səhnələr. \"RPG\" onun janrı olaraq aşkar edilir, çünki daha sonra Samsung-un AI texnologiyası ilə optimal parametrlərə skan edilir. Sonra əsas səhnə dəyişir və \"Yarış\" \"Kart Rider Drift\" janrı kimi aşkar edilir, çünki o, həmçinin optimal rejimdə skan edilir.
AI Avtomatik Oyun rejimi
Aİ ilə dəstəklənən avtomatik parametrlərin optimallaşdırılması yolu ilə bənzərsiz oyun təcrübəsi
Hər bir oyun növü üçün oyun parametrlərini müvafiq olaraq qurmaqla televizorunuzun oynadığınız oyun növünü avtomatik olaraq müəyyən etməsinə imkan verin. Özünüzü oyun yaratmaq və oynamaq zəhmətindən azad edin.
* AI Avtomatik Oyun Rejimi yalnız müəyyən oyun konsolları üçün əlçatandır.* Bu rejim oyun məzmununa və formatına uyğun olaraq dəyişə bilər.
Hərəkətdə olan eyni 2 avtomobilin müqayisəsi nümayiş etdirilir. Sol tərəfdə çox kəkələmə var, sağ tərəf isə rəvan işləyir. AMD FreeSync Premium Pro loqosu yuxarı sağ tərəfdə yerləşir.
FreeSync Premium Pro
HDR rejimində oyunlarınız sürətli və keyfiyyətli olacaqdır
AMD FreeSync™ əsas texnologiyası üzərində qurulmuş FreeSync Premium fasilələri azaltmaq və ekrandaki təsvir keyfiyyətini artırmaq üçün əsl HDR oyun təcrübəsini təqdim edir.
* Baxış təcrübəsi məzmundan və qrafik emal vahidinin növlərindən, eyni zamanda buludda oyun oynayarkən şəbəkə bağlantısının sürətindən və ping səviyyələrindən asılı olaraq dəyişə bilər.
Ekranda hərəkət oyunu oynayır, ekranın altındakı Oyun paneli. Oyunçu Oyun Janrını, Virtual Hədəf Nöqtəsini, Ekran Nisbətini, sonra Minimap Zoom seçir. Birinci Nəsil oyun loqosu yuxarıdadır.
Oyun paneli
Oyun təcrübənizi optimallaşdırın
21:9 və 32:9 nisbətində olan daha böyük və daha geniş TV ekranları sizə geniş görüntü ilə güclü oyun təcrübəsi yaşamaq imkanı verir. Müxtəlif oyun parametrlərinə asan şəkildə daxil olmaq üçün Game Bar ilə oyun təcrübənizi daha da optimallaşdırın.
* Super Ultrawide GameView (21:9, 32:9) ultra geniş ekranları dəstəkləyən konkret PC və oyun konsollarında mövcuddur. Xarici cihazdan ekran rezolyusiyasının dəyişdirilməsi tələb oluna bilər.* Bəzi oyun başlıqları bu funksiyanı dəstəkləməyə bilər.* Oyun Panelinin Böyütmə rejimi bir sıra yeniləmə dərəcələrində dəstəklənmir.* Game Bar İstifadəçi İnterfeysi öncədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
Hue Sync tətbiqi
Baxış və oyun təcrübələriniz ilə eyni anda uyğunlaşan immersiv işıqlandırmadan zövq alın
Ekranda olan istənilən məzmununuz ilə avtomatik olaraq sinxronlaşan ağıllı işıqlar ilə yaradılmış dinamik şəkildə uyğunlaşdırılan mühitlərə özünüzü qərq edin.
* Smart işıq ayrıca olaraq satılır.* Yalnız bəzi ölkələrdə.* Samsung hesabı tələb edilir. Philips Hue Sync proqramının əlavə olaraq quraşdırılması və bunun üçün abunə haqqının ödənilməsi tələb olunur.
Səs
Samsung televizoru təbilçiyə diqqət yetirməklə qrupun ifa etdiyi səhnəni oynayır. Televizor müxtəlif ölçülü səs halqaları yayır, onlar enerjili impuls verir və boşluğu doldurmaq üçün bütün istiqamətlərdə hərəkət edir, bu Dolby Atmos funksiyasından istifadəni göstərir.
Dolby Atmos®
Üst Kanal dinamikləri ilə ən müasir Dolby Atmos
Samsung-un üst kanal dinamikləri ən müasir ətraf mühit səs təcrübəsi təqdim edir. Dolby Atmos ilə birgə, ən əsas kanal dinamikləri sizi hərəkətin dərinliyinə qərq edən çoxölçülü audio təklif edir.
Q-Symphony söndürüldükdə yalnız Soundbar-dan gələn səs aktivləşdirildi, lakin Q-Symphony işə salındıqda həm TV, həm də Soundbar-dan gələn səs aktiv edildi.
Q-Symphony
Televizor və Səs paneli mükəmməl harmoniyada qurulmuşdur
Televizorunuzdan və harmoniya ilə qurulmuş Soundbardan gələn səs ilə özünüzü əhatə edin. Q-Symphony texnologiyası, TV və soundbar səsgücləndiricilərinin eyni vaxtda işləməsinə imkan verərək, TV səsgücləndiricilərini səssiz etmədən daha yaxşı əhatəli səs effektinə nail olmağa imkan verir.
* Soundbar məhsulunun spesifikasiyalarında Q-Symphony uyğunluğunu yoxlayın.* Soundbar ayrıca olaraq satılır.
Motosiklet sürən şəxs ekranda dairələr yaradır. OTS Pro motosikletin hərəkətini izləyir.
OTS Pro
Hər bir küncdən hərəkəti izləyən dinamik və real səs
90W 6.2.4.ch dinamikləri ilə Televizorun mərkəzi də daxil olmaqla bütün künclərindən gələn AI dəstəkli hərəkət izləmə səsi ilə dinləmə təcrübənizi daha dərindən yaşayın.
Active Voice Amplifier Pro
Süni intellekt ilə işləyən səs təkmilləşdirməsi sizə imkan verir
Süni intellekt ilə işləyən səs təkmilləşdirmə texnologiyası dialoqdaki səsləri digər səslərdən ayırmaq üçün fon səslərini, səs aydınlığını və arxa fon səslərini təhlil edərək dialoqu tam səlis olaraq aydınlaşdırır.
* Bu funksiya TV Menyu > Ağıllı Rejim > Aktiv Səs Gücləndirici Pro-da aktivləşdirilə bilər. Active Voice Amplifier Pro-nun standart parametri Sönlüdür.
Televiziya səsi dialoqa, orkestrə və nümayiş olunan futbol oyununa uyğunlaşdıqca televizorun altındakı səs dalğaları öz formasını dəyişir.
Adaptive Sound Pro
Sənətçinin hədəflədiyi orijinal səs Aİ səs emalı ilə yenidən yaradılmışdır
Adaptive Sound Pro otağın və audio məzmunun xüsusiyyətlərini nəzərə alaraq səsi optimallaşdırır. Sİ əsasında səsin emalı audio maddələrini seçir və emal edir, bununla da tərtibatçıların nəzərdə tutduğu daha aydın səs keyfiyyəti təmin edilir.
* Bu funksiya aşağıdakı qaydada aktivləşdirilə bilər: TV Menyu > Intelligent Mode ("Ağıllı" Rejim) > Adaptive Sound Pro. Adaptive Sound Pro standart tənzimləməyə uyğun olaraq deaktivdir.
SmartThings
SmartThings-dən istifadə edərək, Samsung TV-də quraşdırılmış mərkəzin simvolu qonaq otağında kondisioner, işıqlar, soba, robot tozsoran və hava təmizləyicisi kimi müxtəlif qoşulmuş ev cihazlarının digər nişanlarına qoşulur.
Daxili SmartThings Hub
Ağıllı cihazlarınızı televizora qoşun
Televizorunuzda quraşdırdığınız SmartThings ilə siz heç bir əlavə cihaza ehtiyac hiss etmədən Matter və HCA standartlarına uyğun gələn smart cihazlarınızı problemsiz bir şəkildə əlaqələndirə və idarə edə bilərsiniz.
360 Audio rejimi
Galaxy Buds (qulaqcıqlar) ilə spatial 3D sound (Əhatəli audio) təcrübəsi
Galaxy Buds ilə əlaqələndirilən 360 Səs rejimi televizorunuzdan gələn səsləri qulaqlıqlardan gələn səslər ilə müqayisədə daha real hiss etdirir. Çoxkanallı Birbaşa İzləmə və təkmilləşdirilmiş baş ilə izləmə funksiyaları hətta imkan verir.
Televizorunuz evinizin və IoT cihazlarınızın idarəetmə mərkəzi kimi
Evinizin 3D xəritəsi ilə məişət cihazlarınızı və IoT cihazlarınızı intuitiv şəkildə izləməklə və nəzarət etməklə evinizi daha yaxşı idarə edin. Televizorunuzun ekranında smart cihazlarınızın statusuna asanlıqla baxın və bununla bağlı bildirişlər alın.
* Şəkillər yalnız göstəriş məqsədləri üçün simulyasiya edilmişdir. * İstifadəçi interfeysi bildiriş verilmədən dəyişdirilə bilər.
Çoxgörünüşlü
Bir ekranda eyni zamanda 4-ə qədər məzmuna baxın
Televizorda və mobil telefonunuzda eyni vaxtda eyni ekranda olanlara baxın. İdman üçün canlı statistikanı izləməyinizdən, və ya oyunlar üçün öyrədici videolara baxmağınızdan asılı olmayaraq, sadəcə telefonunuzu və multi-ekranı heç vaxt olmadığı kimi əlaqələndirin.
*Mövcud baxışların və dəstəklənən proqramların/mənbələrin sayı TV modelindən asılıdır və xəbərdarlıq edilmədən yenilənə bilər. Samsung hesabı tələb edir.* Q70D↑ modellərində Android ƏS və iOS əsaslı smartfonları dəstəkləyir.* Mobil cihaz üçün Multi View funksiyası Android 4.2 və ya daha yüksək versiyalarda mövcuddur. iOS cihazları üçün AirPlay iOS 12.3 və ya daha yeni versiyalarda dəstəklənir.* Həqiqi İstifadəçi İnterfeysi göstərilən təsvirdən fərqli ola bilər.
Samsung Daily+
Samsung Daily+
Samsung Tizen OS vasitəsilə gündəlik fəaliyyətlərinizi, həyat tərzinizi daha asan şəkildə idarə edin
Daily+ televizorunuzda rahatlığı təmin edərək gündəlik fəaliyyətinizi və həyat tərzinizi asanlıqla idarə etməyə imkan verir və bunu Samsung Tizen OS-un açıq proqram ekosistemi vasitəsilə edir. Daily+ SmartThings və Workspace kimi tətbiq və xidmətlərdə mövcuddur.
* Samsung hər hansı üçüncü tərəf xidmətlərinə görə öhdəlik daşımır və hər hansı üçüncü tərəf xidmətlərinin səbəb olduğu zərər və ya itkilərə görə məsuliyyət daşımır.* Cari xidmət və İstifadəçi İnterfeysi xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
SmartThings
SmartThings tətbiq edin!
Ev cihazlarınızı ehtiyaclarınıza uyğunlaşdırılmış ağıllı həyat tərzi üçün optimallaşdırın. Daxili SmartThings hub-la təkmilləşdirilmiş, gündəlik işinizi asanlaşdıran müxtəlif SmartThings-ə uyğun cihazlarla fərdiləşdirilmiş ağıllı evdən həzz ala bilərsiniz.
*Mövcud texnologiya, funksiyalar və xüsusiyyətlər ölkəyə, xidmət təminatçısına, şəbəkə mühitinə və ya məhsula görə dəyişə bilər və xəbərdarlıq edilmədən dəyişdirilə bilər. * Wi-Fi, Bluetooth və ya digər simsiz şəbəkə bağlantısı və Samsung hesabına daxil olmaq tələb olunur. * Qoşulmuş cihazlar ayrıca satılır. * Sakit texnologiyanın istifadəsi həm SmartThings, həm də avtomatik olaraq qeydiyyata alınmış cihazın məxfilik qaydalarına razılıq verməyi tələb edir. * İstifadəçi interfeysi əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
Dizayn
Bir Connect qutusu televizor dayağının arxasına yapışdırılır. Qoşulma qutusunun yaxın planında oyun simvolu və eARC seçimi olan 4 HDMI portu göstərilir.
Taxıla bilən One Connect
Televizorunuza qoşulmuş səliqəli kabel
Quraşdırma mühitinizdən asılı olmayaraq, quraşdırılabilən One Connect sizə kabel tıxanmasını minimuma endirməyə kömək edir.
Təhlükəsizlik və Dayanıqlılıq
Samsung Knox Təhlükəsizliyi
Şəxsi məlumatlarınız qorunur
Sizin şəxsi məlumatlarınız Samsung TV-lərdə qorunur. PİN kodlar və ya parollar kimi həssas məlumatlarınız çoxsaylı proqram və aparat təminatları ilə qorunur.
* Secured by Knox” 2015-ci ildən bugünədək istehsal edilmiş Tizen® ilə gücləndirilmiş Samsung televizorlarına aiddir.* Təhlükəsizlik üzrə proqram təminatının yenilənməsinə məhsulun istifadə edilməyə başlamasından sonra ən azı üç il müddətinə zəmanət verilir.* Ən son proqram yeniləməsi tələb olunur.
AI Enerji Rejimi söndürüldükdə, televizorun ətrafı parlaq görünür. AI Enerji Rejimini göstərən smartfon ekranı açılır və o, Off-dan Aktiv vəziyyətinə keçir. Adaptiv parlaqlıq və AI Enerji Rejimi aktivləşdirildikdə, enerji səviyyəsi əhəmiyyətli dərəcədə azalır və miqyas gündüzdən gecəyə dəyişir.
AI Energy Mode
İntellektual təhlillə enerjiyə qənaət edin
SmartThings ilə enerjiyə qənaət etmək daha asandır. AI Enerjiyə qənaət rejimi aktiv olduqda televizor ətrafdakı işıq səviyyələrini avtomatik aşkarlayır və parlaqlığı tənzimləyir, bu isə ümumi enerji istehlakını azaltmağa kömək edir.
* Enerjiyə qənaət səviyyəsi regionlara, modellərə, ölçülərə, baxış şərtlərinə və yaxud məzmun növlərinə görə dəyişə bilər. * Eko rejimdə göndərilən məhsullarda standart olaraq bəzi AI Enerji Rejimi funksiyaları aktivləşdirilmişdir və beləliklə, AI Enerji Rejimini aktivləşdirdikdə enerjiyə qənaət səviyyələri Standart Rejimlə müqayisədə daha aşağı görünə bilər.* AI Enerji Rejimi Oyun Rejimində aktiv olmur.* Enerjiyə qənaət daxili test nəticələrinə əsasən və göstərilən məzmundan və ətrafdakı parlaqlıq səviyyələrindən asılı olaraq dəyişə bilər.
Relumino rejimi
Əyləncə artıq əlçatandır
Relumino Rejimi ekran elementlərinin kənarlarını dinamik şəkildə vurğulayan, kontrast və rəngi daha da yaxşılaşdıran vizual yardımdır. Bu, görmə məhdudiyyətli insanlar üçün məzmunu daha da aydın və əlçatan edir.
* Relumino rejimi yalnız DTV və HDMI vasitəsilə təqdim edilən mənbələrdə işləyir. Bu, digər mənbələrdə, məsələn, OTT-lərdə işləmir.* Yalnız göstəriş üçün simulyasiya edilmiş təsvir.
SolarCell Uzaqdan İdarəetmə pultu
Təkrar emal edilmiş materiallardan hazırlanmış, günəş işığı, daxili işıqlandırma ilə şarj olan pult
Arxa tərəfində olan günəş panelindən şarj etmək üçün istifadə edə bilərsiniz. SolarCell Remote üçün birdəfəlik batareyalardan istifadə etməyə ehtiyac yoxdur çünki onlar ətraf mühitə zərərlidir.
* Pultu günəş enerjisi ilə doldurmaq üçün onu günəş paneli yuxarı istiqamətdə olmaqla yerləşdirin. Otaqda işıqlar yanan zaman onu qonaq otağınıza və ya təbii günəş işığını özünə çəkməsi üçün pəncərənin yanına qoyun* Pultun batareyası tükəndiyində, onu USB-C kabelindən istifadə edərək doldura bilərsiniz. Pultun qalan batareya həcmini yoxlamaq üçün TV Menyusuna baxın (Parametrlər > Ümumi və Məxfilik > Enerji və Enerjiyə Qənaət > Cari Uzaqdan Batareya).* SolarCell pultunun dizaynı və düymələrinin düzümü regiondan asılı olaraq dəyişə bilər. * 2024 TV modellərində SolarCell Remote-un minimum 24%-i təkrar emal olunmuş plastikdən ibarətdir (ümumi plastik kütləsinə əsasən).
Vau Səs birlikdə
Premium Q-seriyası Soundbar
Vau teatr təcrübəsi
Ultra İncə Soundbar
Hədsiz incə, lakin güclü
Vacib B-seriyası Soundbar
TV təcrübənizi artıran gücləndirilmiş səs
Birbaşa alın. Daha çoxunu əldə edin.
Xüsusiyyətlər
NeoQLED
Ekran ölçüləri
75"
Yenilənmə Dərəcəsi
100Hs (4K 240Hs-dək)
Görüntü imkanı
8K (7,680 x 4,320)
Anti Reflection
Var
Prosessor
NQ8 Sİ Nəsil3 prosessoru
Geniş dinamik diapazon (High Dynamic Range)
Neo Quantum HDR 8K Pro
HDR 10+
Var (ADAPTİV/QEYMİNQ)
İntellektual görüntü imkanının ölçülməsi (AI Upscale)
8K AI miqyaslama texnologiyası PRO (8K AI Upscaling Pro)
Kontrast
Quantum Matrix Texnologiyası Pro
Baxış bucağı
Ultra görünüş bucağı
Yerli işıqlandırma texnologiyası: Micro Dimming (ən qaranlıq və işıqlı səhnələrdə detalların ötürülməsi üçün)
TV-Mobil, Mobil-TV, TV əksetmənin başladılması, səs əksi, simsiz TV qoşulması, bir toxunuşla izləmə (Tap View)
Multi-View
4 video
İnteryer rejimi
Ətraf rejim+
Apple AirPlay
Var
Daily+
Var
Oyun rejimini avtomatik aktivləşdirmə (ALLM):
Var
Game Motion Plus funksiyası
Var
Dynamic Black EQ
Var
VRR
Var
Ətraf səs
Var
Oyun rejimində ultra geniş görünüş sahəsi (Super Ultra Wide Game View)
Var
Mini Map Zoom
Var
FreeSync
FreeSync Premium Pro
HGiG
Var
Rəqəmsal teleyayım (Digital Broadcasting)
DVB-T2CS2
Analoji tuner
Var
CI kart yuvası (Common Interface)
CI+(1.4)
Məlumatın ötürülməsi (Data Broadcasting)
HbbTV 2.0.3 (RU)
TV Key tətbiqinin dəstəyi
Var
HDMI portu
4
USB
2 x USB-A, 1 x USB-C
HDMI (High Frame Rate)
8K 60Hs, 4K 240Hs (HDMI 1/2/3/4 üçün)
Ethernet (LAN) dəstəyi
1
Rəqəmsal səs çıxışı (optik)
1
Antena girişi (Yerüstü/Kabel TV)
1/1(Common Use for Terrestrial)/1
CI yuvası
1
Wi-Fi
Var (Wi-Fi 6)
Bluetooth
Var (BT5.3)
Anynet+ (HDMI-CEC) texnologiyası
Var
HDMI Audio Return Channel
eARC
One Connect Box genişləndirmə bloku
Bir bağlantı (Y24 8K)
Dizayn
Infinity Air dizaynı
Çərçivə növü
Dayaqsız
Çərçivənin qalınlığı
Çox nazik
Ön panel rəngi
QARA QRAFİT
Altlıq növü
INFINITY AIR STAND
Altlığın rəngi
SPACE QRAFİT
Knox Vault
Var
POP poçt protokol dəstəyi
Var
Elektron telebələdçi
Var
Geniş PVR funksiyası dəstəyi (TV proqramlarını qeyd etmək üçün)
Var
IP ünvanının idarə olunması
Var
Dil seçimi
32 dil
Giriş imkanı - Səs bələdçisi
BK ingilis dili, fin, Fransa fransız dili, alman, yunan, macar, italyan, Norveç, polyak, Portuqaliya portuqal dili, rumın, rus, İspaniya ispan dili, İsveç, slovak, çex, Danimarka, holland, Koreya
Low Vision Support
Relumino rejimi, böyütmə, audio təsvir, Zoom menyusu və mətn, yüksək kontrast, SeeColors tətbiqi, rəng inversiyası, Grayscale rejimi, şəkilin söndürülməsi funksiyası
Hearing Impaired Support
Qapalı altyazı, çoxçıxışlı audio, işarə dili Zoom
Motor Impaired Support
Slow Button Repeat (yavaşıtma) funksiyası, hamı üçün uzaqdan idarəetmə tətbiqi
Enerji təchizatı mənbəyi
AC100-240V~ 50/60
Enerji istehlakı (maks.)
430 Vt
Gözləmə rejimində enerji istehlakı
0.50 Vt
Enerji İstehlakı (tipik)
278 Vt
İllik enerji istehlakı (AB standartı)
406 kVt/s
Avtomatik sönmə
Var
Auto Power Saving
Var
Paket ölçüləri (ExHxD)
1814.0 x 1124.0 x 191.0 mm
Altlıqlı ölçülər (ExHxD
1655.2 x 1018.5 x 283.8 mm
Altlıqsız ölçü (ExHxD)
1655.2 x 940.8 x 13.1 mm
Altlıq (Əsas) (ExD)
370.0 x 283.8 mm
VESA xüsusiyyətləri
400 x 300 mm
Qablaşdırmalı çəki
53.6 kq
Altlıqlı çəki
40.4 kq
Altlıqsız çəki
30.8 kq
Uzaqdan idarəetmə pultunun növü
TM2360G, TM2360F(RU, AZ, AM, BY ,GE)
Slim Fit Wall-Mount üçün divar kronoşteyni dəstəyi
Var
İstifadəçi təlimatı
Var
Full Motion Slim Wall Mount (Y22)
Var
Webcam Support
Var
Zigbee / Thread Module
Daxilə quraşdırılmış
Şəbəkə kabeli
Var
Əsas funksiya əsas xüsusiyyətdən fərqlənə bilər.
Mövcudluğu barədə məlumat almaq istəyirəm
E-poçt ünvanınızı qeyd edin və məhsul satışa çıxdığı zaman biz sizi məlumatlandıraq
Please double check your email address.
We will email you when inventory is added.
Təşəkkür edirik