SmartThings ilə Ağıllı Ev
Məişət əşyalarınızı qoşun və daha ağıllı həyat tərzindən faydalanın
SmartThings
Daxili SmartThings1 Hub ilə sizin TV ağıllı cihazlara (hətta Matter və HCA-ya uyğunluq tələb edənlərə) qoşula və onları idarə edə bilər. Ağıllı eviniz haqqında məlumatı birbaşa ekrandan əldə edə bilərsiniz, o cümlədən bütün ağıllı ev sisteminizi bir baxışda göstərən 3D Xəritə Görünüşü2 funksiyası var.
İntellektual təhlillə enerjiyə qənaət edin
AI Energy Mode
SmartThings ilə enerjiyə qənaət etmək daha asandır. AI Energy rejimi 6 aktivləşdirilməklə, işıq səviyyəsinin avtomatik şəkildə müəyyən edilməsi və, parlaqlığın tənzimlənməsi üçün, istifadə rejimlərinin analiz edilməsi mümkün olur. Eyni zamanda, kontentin səhnə-səhnə analiz edilməsi və, enerji sərfiyyatının tənzimlənməsi üçün, imkan daxilində, parlaqlığın daha dəqiq tənzimlənməsi mümkündür.
Gününüzü həyat təcrübəsindən alınmış təəssüratların köməyi ilə təkmilləşdirin
İdman Təqibçisi
Məzmun izləyərkən inkişafınızı effektiv şəkildə izləyin. Galaxy Watch-u televizora qoşduqda, real vaxtda ürək döyüntüsü və yandırılan kalori kimi məlumatlar ekranda göstərilir.7
Hətta televizorunuz sönülü olduqda belə, faydalı məlumatlar əldə edin
Daily Board
Bütün gün ərzində televizorunuzda faydalı vidcetlərdən istifadə edin. Hətta ekranınız sönülü olduqda belə, TV-niz istifadəçilərin yaxınlıqda olduğunu müəyyən edə bilər və aktivləşərək Daily Board-u göstərə bilər8. Siz Hava proqnozu, Memo, Musiqi və s. vidcetlərlə cihazınızı fərdiləşdirə bilərsiniz. Eyni zamanda, Daily Board-u, təmassız şəkildə, səs komandası ilə aktivləşdirmək mümkündür.
AI Energy Rejimini SmartThings tətbiqi ilə necə istifadə etmək olar
AI Energy Rejimini idarə etmək üçün SmartThings tətbiqindən istifadə edin. Onu aktiv və deaktiv edə, öz aylıq hədəflərinizi təyin edə, hansı cihazları idarə edəcəyinizi seçə və daha çoxunu edə bilərsiniz.
Smart Televizorlarını Kəşf Edin
-
İcmal
-
Ekran ölçüsü
Tez-Tez Verilən Suallar:
Samsung Ağıllı Ev haqqında hər şey
-
Samsung Ağıllı Ev nədir?Samsung Ağıllı Ev, TV-lər, soyuducular, paltaryuyan maşınlar, işıqlar, ağıllı kilidlər və daha çox cihazı birləşdirərək gündəlik həyatı daha sadə və rahat hala gətirən Samsung-un hərtərəfli ağıllı həyat platformasıdır.
Bu cihazları SmartThings tətbiqi vasitəsilə idarə və nəzarət edə bilərsiniz; bu mərkəzləşdirilmiş hub ağıllı evinizi asanlıqla qoşmağa, izləməyə və idarə etməyə imkan verir. Əksər Samsung televizorlarda SmartThings daxili olaraq mövcuddur, beləliklə əlavə proqram təminatına ehtiyac olmadan TV-nizi ağıllı ev idarəedicisi kimi istifadə edə bilərsiniz.
Ev heyvanlarına qayğı, Universal Jestlər, Storage Share, 3D Xəritə Görünüşü və səs köməkçiləri ilə əldən istifadə etmədən idarəetmə kimi xüsusiyyətlərlə Samsung Ağıllı Ev ilə əlavə üstünlüklər təqdim edir — TV idarəsi, ağıllı cihaz bağlantısı, ev cihazlarının idarəsi və ailə qayğısını təmin edir. -
Samsung TV-mi telefonumla necə qoşum?Samsung TV-nizi telefonunuzla qoşmağın iki əsas yolu var: Tap View və ya SmartThings tətbiqindən istifadə etmək.
Tap View funksiyasından istifadə etmək üçün aşağıdakı sadə addımları izləyin.
1) Smartfonunuzda SmartThings tətbiqini açın.
2) "Menu" düyməsinə toxunun, sonra Parametrləri seçin.
3) Tap View və Tap Sound-u aktiv edin, təsdiqləmək üçün OK düyməsinə toxunun.
4) Telefonunuzun arxa hissəsini TV-nin çərçivəsinə yumşaqca toxundurun, künclərdən və ekrana toxunmayın.
5) Telefonunuzda "Start Now" düyməsinə toxunun.
6) TV-də sorğu göründükdə, qoşulmanı tamamlamak üçün "Allow" seçimini edin.
SmartThings tətbiqindən istifadə etmək üçün aşağıdakı sadə addımları izləyin.
1) Telefonunuzun və TV-nizin eyni Wi-Fi şəbəkəsinə qoşulduğundan əmin olun.
2) Telefonunuza SmartThings tətbiqini yükləyin.
3) Quraşdırıldıqdan sonra tətbiqi açın və "Add Device" düyməsinə toxunun.
4) QR kodunu skan edərək, yaxın cihazları aşkar edərək və ya mövcud cihazlar siyahısından TV-nizi seçin.
5) TV-nizi seçdikdən sonra, TV ekranında bir PIN kod görünəcək. Telefonunuzdakı SmartThings tətbiqində PIN kodunu daxil edin.
Qoşulma tamamlandıqdan sonra mobil məzmunu böyük ekrana paylaşmaq asandır. Tətbiqdə sadəcə "Menu" düyməsinə toxunun, sonra Ekran paylaşımı (Smart View rejimi) seçimini edin.
Samsung Smart TV haqqında daha çox şey kəşf edin
- Təsvir illüstrativ məqsədlə modelləşdirilmişdir. İstifadəçi interfeysi, görünüş və dizayn xüsusiyyətlərində əvvəlcədən heç bir xəbərdarlıq olmadan dəyişikliklər edilə bilər. İstifadəçi interfeysi bölgəyə görə dəyişə bilər.
- Ətraflı xüsusiyyətlər modelə görə fərqlənə bilər, daha çox məlumat üçün məhsul detalları səhifəsinə baxın.
- SmartThings: Mövcud texnologiya, funksiyalar və xüsusiyyətlər ölkəyə, xidmət təminatçısına, şəbəkə mühitinə və ya məhsula görə dəyişir və bildiriş verilmədən dəyişdirilə bilər. Wi Fi, Bluetooth və ya digər simsiz şəbəkə bağlantısı və Samsung hesabına giriş tələb olunur. Qoşulmuş cihazlar ayrıca satılır. * İstifadəçi interfeysi bildiriş verilmədən dəyişdirilə bilər.
- 3D Xəritə Görünüşü: Bu funksiya cihazdan asılı olaraq mövcud olmaya bilər. 3D Xəritə Görünüşü funksiyasından istifadə etmək üçün televizor və mobil cihaz SmartThings-ə qoşulmalıdır. Dəstəklənən cihazların ətraflı siyahısı üçünhttps://partners.smartthings.com/supported-devices olun.
- Ev heyvanlarına qayğı: Bildirişləri almaq üçün TV və mobil cihaz eyni Samsung hesabına qeydiyyatdan keçmiş olmalıdır. Səs sensoru yalnız Q8F və yuxarı modellərdə mövcuddur. Səs sensoru TV-də və ya mobil cihazda SmartThings tətbiqi vasitəsilə aktiv edilməlidir. TV yalnız söndürüldükdə hürmə səsləri aşkar edə bilər. Bu funksiyadan istifadə etmək üçün televizor enerji mənbəyinə qoşulmalıdır.
- Universal Jestlər: Mövcud tətbiqlər və xidmətlər fərqlənə bilər və xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Yalnız Galaxy Watch4 və sonrakı modellərdə, Wear ƏS 5 və daha yüksək versiyalarda dəstəklənir.
- Storage Share: Hər bir cihaz Storage Share parametrləri aktiv, Wi-Fi açıq və Bluetooth açıq olan tək Samsung hesabına qeydiyyatdan keçmiş olmalıdır. Storage Share yalnız 2023 və ya daha sonra çıxmış, One UI 7.0 və daha yuxarı versiyaya sahib seçilmiş Galaxy telefon və planşetlərdə dəstəklənir.
- AI Energy Rejimi: Enerji qənaəti göstəricisi regiona, modelə, ölçüyə, izləmə şəraitinə və məzmunun növünə görə dəyişə bilər. Məhsullar Eco Rejimi ilə göndərildikdə bəzi AI Energy Rejimi funksiyaları əvvəlcədən aktiv olur. Buna görə də AI Energy Rejimi aktiv edildikdə enerji qənaəti səviyyələri Standard Rejim ilə müqayisədə daha aşağı görünə bilər. AI Energy Rejimi Oyun rejimində tətbiq edilmir. Enerjiyə qənaət daxili sınaq nəticələrinə əsaslanır və nümayiş etdirilən məzmun və ətrafdakı parlaqlıq səviyyəsindən asılı olaraq dəyişir.
- İdman Təqibçisi: Dəstəklənən cihazlar Galaxy Watch4 və sonrakı modellər, Galaxy Mobile (One UI 4.1.1 və daha yuxarı) və ən son proqram təminatı versiyasına sahib cihazlardır. Cihazlar eyni Samsung hesabına qoşulmalıdır. Workout Tracker-dən (Məşq izləyicisi) istifadə etmək üçün saatınızı və mobil cihazınızı ekranın yanında saxlayın.
- Daily Board: Dəstəklənən vidcetlər, regiondan asılı olaraq, dəyişə və bildiriş göndərilmədən, dəyişdirilə bilər.