Eco Bubble ilə Paltaryuyan maşın WW5100R, 8 kq

Eco Bubble ilə Paltaryuyan maşın WW5100R, 8 kq

WW80R52LCFSDLP

  • Aktiv köpük Eco Bubble generatoru
  • Buxarla Gigiyenik yuma
  • Aqua Protect sızmalardan müdafiə

rəng seçin

Rəng :

Tutum seçin

Çirkin effektiv şəkildə təmizlənməsi

EcoBubble™ qabarcıq generatoru

EcoBubble texnologiyası geyimlərinizin yeni kimi görünməsini təmin edir. Yuma başlamazdan əvvəl xüsusi generator yuyucu vasitəni suda həll edib köpüyə çevirərək hava qabarcıqları əmələ gətirir. İdeal ağappaq köpük parçaya sürətlə nüfuz edərək, çirkin effektiv və zərif şəkildə təmizlənməsini təmin edir. EcoBubble texnologiyası yuyucu tozun parçaya mexaniki təsirini əhəmiyyətli dərəcədə azaldır, bu isə sevdiyiniz geyimlərin ilkin görünüşünü saxlamağa imkan verir.

1. Sınaqlar IEC 60456-2010 standartına uyğun olaraq soyuq suda (WF80F5E5U4W maşınında) “Super Eco” yuma rejimində 4 kq yüklənmə üzrə həyata keçirilmişdir və nəticələr “Eco Bubble” texnologiyası ilə işləməyən maşında (WF0702WKU) “Pambıq” rejimində, 40 °C temperaturda yumanın nəticələri ilə müqayisə edilmişdir. Ayrı-ayrı hallarda nəticələr fərqli ola bilər.
2. Məlumatlar Springboard Engineering şirkəti tərəfindən aparılan, adi yuyucu vasitə və mexaniki təsir olmadan “qabarcıq” texnologiyası istifadə olunmaqla yuma effektivliyinin müqayisə olunması ilə EMPA nümunələrinin yuyulmasının laborator sınaqlarının nəticələrinə əsaslanıb.
3 EcoBubble - EkoBabl.

Sızıntıların dərhal aradan qaldırılması

AquaProtect su sızması sensoru

Su sızıntılarının təkmilləşdirilmiş sensoru sayəsində döşəmənizi və evinizi təsadüfi zədələrdən qoruyun. Paltaryuyan maşının aşağı hissəsində yerləşən bu sensor sızıntını minimal miqdarda suya görə müəyyən edir. Bu halda dövrə dərhal dayanır, maşın suyu boşaldır və displeydə bildiriş əks görünür.

Yuyucu vasitələr üçün təmiz bölmə

Daima təmiz bölmə

Bölmənin xüsusi konstruksiyası və suyun bölməyə ötürülməsi üçün xüsusi alqoritm sayəsində yuyucu vasitə qalıq saxlamadan tam yuyulub aparılır. Beləliklə, yuyucu vasitə sərfiyyatı maksimal dərəcədə effektivdir və bölmə gigiyenik cəhətdən təmiz qalır.

Parçanın buxarla dərindən təmizlənməsi

Buxarla təmizləmə

Əsl dərin təmizləmə! Buxarla yuma ilkin emal olmadan geyimin keyfiyyətini yaxşılaşdırır. Buxar barabana aşağıdan ötürülür və bunun sayəsində geyim tamamilə hopdurulur. Buxar çirk hissəciklərini və bakteriyaların 99,9%-ni təmizləyir və allergenləri deaktiv edir*.

* Nəticələr şirkətin laboratoriyasında sınaqlara əsaslanır və Intertek şirkəti tərəfindən yoxlanılıb. Nəticələr ayrı-ayrı hallarda fərqlənə bilər.

Daha sakit və qənaətli

İnverter mühərriki

Daha az enerji istehlakı, daha az işləmə səsi səviyyəsi və daha böyük iş ehtiyatı. Rəqəmsal inverter mühərrikində güclü maqnitlər istifadə olunur, ənənəvi fırçalar yoxdur, bunun sayəsində səssiz işləmə təmin olunur, yuma effektivliyi artır və universal mühərriklə müqayisədə enerji istehlakı azalır. Bu elektrik mühərriki uzun istismar müddəti ilə fərqlənir*, buna görə də zəmanət müddəti 10 il təşkil edir.

* Verband Deutscher Elektrotechniker (VDE) alman assosiasiyası bu elektrik mühərrikini 23 illik istismar müddəti üçün sertifikasiya edib.

Yuyucu vasitələrin effektiv şəkildə təmizlənməsi

Super Rinse+ rejimi

Yuyulduqdan sonra geyimlərin təkmilləşdirilmiş yaxalanma prosesini qiymətləndirin. Super Rinse+ funksiyası əlavə miqdarda su və barabanın sürətləndirilmiş fırlanmasından istifadə edir, bunun sayəsində yuyucu vasitə geyimlərinizdən daha intensiv şəkildə təmizlənir. Nəticədə geyim daha təmiz olur və həssas dərini qıcıqlandırmır.

Gigiyenik təmizlik

Barabanın eko-təmizləmə funksiyası

Maşınınızın gigiyenik təmizliyini qoruyun. Eco Drum Clean funksiyası barabanın divarlarında əmələ gələn bakteriyaların səbəb olduğu çirki və qoxuları aradan qaldırır. Barabanı təmizləmək üçün bahalı yuyucu vasitələrə ehtiyac yoxdur, çünki maşın islanma, şırnaq və barabanın sürətlə fırlanması vasitəsilə təmizlənir. Paltaryuyan maşın displeydə barabanın təmizlənməli olduğu barədə xəbərdarlığı əks etdirir.

Ləkələrin effektiv şəkildə təmizlənməsi

İntensiv islatma

Hətta ən çirki geyimlər belə təmizlənir. Qabarcıqlarla islatma funksiyası qan, çay, şərab və ot kimi ən müxtəlif ləkələri təmizləməyə kömək edir. Aktiv köpük qabarcıqları paltara yaxşıca hopur, bunun sayəsində bütün növ çirk və ləkələr həll olunur və daha effektiv şəkildə təmizlənir*.

* Sınaqlar Bubble Soak Wash (WW90J6410CW) rejimində IEC 60456 5th edition standartı / Cotton Cold/40/60°C rejimi (9-kq yüklənmə), Synthetic 40 °C (4 kq yüklənmə) üzrə aparılmış və Bubble Soak Wash opsiyası (WW90J6410CW) olmayan yuma rejimi ilə müqayisə olunmuşdur.

* Sınaqlar Bubble Soak Wash (WW90J6410CW) rejimində IEC 60456 5th edition standartı / Cotton Cold/40/60°C rejimi (9-kq yüklənmə), Synthetic 40 °C (4 kq yüklənmə) üzrə aparılmış və Bubble Soak Wash opsiyası (WW90J6410CW) olmayan yuma rejimi ilə müqayisə olunmuşdur.

Ağıllı diaqnostika

Smart Check funksiyası

Maşındakı nasazlıqla əlaqəli əlavə xərclər və narahatlıqları barədə unudun. Smart Check ağıllı diaqnostika funksiyası smartfonda xüsusi proqram vasitəsilə istifadə olunan maşının vəziyyətinə avtomatik nəzarət sistemidir*. Funksiya nasazlıqları erkən mərhələdə qeydə alır və onların aradan qaldırılması üçün həll təklif edərək sürətli diaqnostikanı təmin edir. Bu vaxta və təmir xərclərinə qənaət etməyə imkan verir**.

* iOS və Android smartfonlarında mövcuddur.
** Servis xidmətinin mütəxəssisin çağırılması tələb oluna bilər.

Davamlı məhsuldarlıq

Keramika Qızdırıcısı+

Keramika Qızdırıcısı+ ilə paltaryuyan maşınınızı daha uzun müddət istifadə edin. Qızdırıcının patentli dizaynı* bənzərsiz anti-yapışqan materialdan və mikrostrukturdan hazırlanmış örtüyə malikdir. Dizaynı sayəsində avadanlıq istilikkeçirmənin qarşısı alaraq ərpin yaranmasını azaldır. Buna görə qızdrıcı performansını daha uzun müddət saxlaya bilir.

* Patentin müraciət nömrəsi: 10-2012-0029920, Koreya, Çin, Avropa, ABŞ-da. **Sərt suda kütləvi dəyişikliyin müstəqil testinə əsaslanan Samsung-un orijinal WF60F4E0N0W/ET konvektor qızdırıcısı ilə Keramika Qızdırıcısı+ üzərində sınaqdan keçirilmişdir.

Gərginlik dəyişikliklərindən mühafizə

Volt Control funksiyası

Volt Control funksiyası maşını enerji gərginliyi dəyişikliklərindən qoruyur. O enerji gərginliyində əhəmiyyətli artımı qeydə alır və maşını avtomatik şəkildə söndürür. Bu, paltaryuyan maşının zədələnməsinin qarşısını alır.

Xüsusiyyətlər

  • Yükləmə 8 kq
  • Ölçülər (ExHxD) 600 x 850 x 450 mm

{{family.currentModel.displayName}}

{{family.currentModel.modelCode}}

Rəng : {{chip.displayName}}
{{model.prices.currentPriceDisplay}}
Aylıq {{model.prices.monthlyPrice}} - dan . Aya {{model.prices.months}}
və ya {{model.prices.currentPriceDisplay}}
Price without VAT: {{model.prices.vatFreePriceFormatted}}

Price with discount: {{model.prices.currentPriceDisplay}}

Price before: {{model.prices.priceDisplay}}

{{model.prices.priceDisplay}} {{model.prices.savePrice}}
  • {{summary.title}}

    {{summary.value}}{{summary.unit}}

  • {{summary.title}}

Modelləri müqayisə et

Oxşar məhsullarla müqayisə et

SON BAXILANLAR

Əsas xüsusiyyət əsas xüsusiyyətdən fərqlənə bilər.

*Bu vebsayt və onun məzmunu yalnız məlumat məqsədi daşıyır və heç bir halda ictimai təklif deyil. Bu məhsulların mövcudluğu və qiyməti ilə bağlı ətraflı məlumat almaq üçün rəsmi tərəfdaş Samsung mağazaları ilə əlaqə saxlaya bilərsiniz.