Samsung Galaxy proqram təminatını necə yeniləmək olar
Proqram təminatının yenilənməsi üçün iki üsul
Qeyd:
- Yeniləmədən sonra mikroproqramın köhnə versiyasına geri qayıtmaq mümkün deyil.
- Yeniləmədən əvvəl vacib olan məlumatları digər smartfon və ya kompüterdə yadda saxlayın.
Smartfon parametrləri vasitəsilə proqram təminatını necə yeniləmək olar
Qeyd:
- Yeniləmədən əvvəl batareyanın enerjisini əvvəlcədən ən azı 80% doldurun.
- Cihazı ən azı 5 Mbit/s sürətlə Wi-Fi-a qoşun.
Yeni proqram təminatı mövcuddursa, Yüklə (Yenilə) düyməsinə basın. Android-in bəzi versiyalarında açılan pəncərədə endirməyə icazə verilməlidir.
Faylın ölçüsü əməliyyat sisteminin versiyasından və cihaz modelindən asılı olaraq dəyişir.
Proqram təminatını (Firmware) quraşdırarkən cihazı söndürməyin — cihaz xarab ola bilər.
- Yeniləmədən sonra məlumatlarınızı sıfırlaya bilərsiniz Sıfırlanmadan sonra bütün şəxsi məlumatlar silinir.
- Onları yadda saxlamaq üçün Smart Switch proqramında "Ehtiyat nüsxənin yaradılması" opsiyasından istifadə edin.
- Məlumatları sıfırlamasanız, cihaz düzgün işləməyə bilər.
Cihaz rooting prosesindən keçibsə və ya proqram təminatı dəyişdirilibsə, “Cihaz dəyişdirilib” mesajı görünəcək. Belə bir cihazda proqram təminatını yeniləmək üçün Samsung xidmət mərkəzinə müraciət edin.
Smart Switch vasitəsilə proqram təminatını necə yeniləmək olar
Yeni proqram təminatı yoxdursa, belə bir bildiriş görünməyəcək.
Qeyd:
Proqram təminatını (Firmware) quraşdırarkən cihazı və ya kompüteri söndürməyin və ya cihazı kompüterdən ayırmayın - cihazlar xarab ola bilər.
Proqram təminatının (Firmware) yeniləməsindən sonra problemlər yaranarsa və onlar məlumatların sıfırlanması vasitəsilə aradan qaldırılmazsa, xidmət mərkəzi ilə əlaqə saxlayın, onlar mühəndislik metodundan istifadə etməklə proqram təminatını yenidən quraşdıracaqlar.
Proqram təminatına (Firmware) dair bildirişi əks olunmazsa
Əgər bildiriş yoxdursa, onda:
- proqram təminatı hələ buraxılmayıb;
- cihazda nasazlıq var: cari proqram təminatı səhv quraşdırılıb və ya dəyişdirilib, cihaz ölkənizdə satılmaq üçün nəzərdə tutulmayıb.
Birinci halda gözləyin, ikinci halda isə xidmət mərkəzinə müraciət edin.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.