Samsung Galaxy-ni itirsəniz və ya oğurlasalar nə etməli?
Samsung cihazınızı itirmisinizsə və tapa bilmirsinizsə, tələsməyin. Samsung-un xidmətləri vasitəsilə smartfonunuzu tapmağa çalışın.
Diqqət!
Smartfon oğurlanıbsa, dərhal hüquq-mühafizə orqanlarına müraciət etməyinizi tövsiyə edirik. Yalnız onların əmlakı axtarmaq və qaytarmaq səlahiyyəti var.
Aşağıdakı tövsiyələr cihazın kənar şəxslər tərəfindən istifadə edilməsinin qarşısını almağa və onu geri qaytarma ehtimalını artırmağa kömək edəcək.
SmartThings Find saytı vasitəsilə cihazı xəritədə necə tapmaq olar?
- Zəng (Ring)
Telefonda "Vibrasiya" və ya "Səssiz" rejimi aktiv olsa belə, cihaz maksimum səs həcmi ilə siqnal verəcək. "Başla" (Start) düyməsini basın.
- "İtirilib" rejimi (Lost mode)
Smartfonu bloklamaq üçün əlavə PIN-kod quraşdırılacaq, həmçinin sizin yazdığınız məlumat ekranda göstəriləcək.
Kənar şəxslər cihazı söndürə və sizin şifrələrinizdən istifadə edə bilməyəcəklər.
Cihazı bloklamaq üçün təyin etdiyiniz PIN-kodu mütləq yadda saxlayın və yazıya alın.
Bu PIN-kod ekran kilidini əvəz etmir, əlavə bir mühafizədir. Cihazı tapsanız və ya geri qaytarsanız, «İtirilib» rejimini yalnız bu PIN-kod ilə söndürə bilərsiniz. Rejim söndürüldükdən sonra cihazdan istifadə etmək üçün adi kilid üsulunu (PIN-kod, şifrə, qrafik açar) daxil etməli və ya biometrik məlumatı skan etməlisiniz.
Cihazı geri qaytarmısınızsa, lakin «İtirilib» rejiminin PIN-kodunu unutmusunuzsa, köhnə kodu sıfırlayıb yeni kod təyin edə və onunla cihazın kilidini aça bilərsiniz.
PIN-kodu yenidən təyin etmək üçün cihaz internetə qoşulmuş olmalı və smartthingsfind.samsung.com saytında müəyyən edilməlidir.
Cihazda təyyarə rejimi aktivdirsə, onu söndürmək üçün təcili zəng edin: telefon təyyarə rejimindən çıxacaq və mobil internetə və ya əvvəllər istifadə olunmuş Wi-Fi şəbəkəsinə qoşula biləcək.
- smartthingsfind.samsung.com saytına Samsung hesabınızın məlumatları ilə daxil olun.
- Soldakı siyahıdan lazımi cihazı seçin.
- "İtirilib" rejiminə (Lock mode) klikləyin..
- "Aktivləşdir" (Lock) düyməsini basın.
- Cihazı bloklamaq üçün yeni PIN-kod təyin edin.
- Dəyişikliyi təsdiqləmək üçün yenidən "Aktivləşdir" (Lock) düyməsini basın.
- Samsung hesabınızın şifrəsini daxil edin və ekrandakı təlimatları izləyin.
Əməliyyat başa çatdıqdan sonra indicə təyin etdiyiniz yeni PIN-kod ilə cihazın kilidini aça biləcəksiniz.
- Yerini izləyin (Track location)
İtirilmiş telefonun yerini hər 15 dəqiqədən bir yoxlayın.
- Məlumatları silin (Erase data)
Telefondakı və SD kartdakı bütün məlumatlar bərpaolunmaz şəkildə silinəcək. Telefonun ayarları da sıfırlanacaq və siz artıq onu idarə edə bilməyəcəksiniz.
"Təmizlə" (Erase) düyməsini basın.
- Cihazın işləmə müddətini uzadın (Extend battery life)
Cihazın batareya ilə işləmə müddətini artırmaq üçün maksimum enerjiyə qənaət rejimi aktivləşdirilir.
"Uzat" (Extend) düyməsini basın.
* Cihaz uzun müddət şəbəkəyə qoşulmursa, cihaz yenidən şəbəkədə göründükdə xəbər verən "Aşkarlanma barədə bildiriş" funksiyasını aktivləşdirə bilərsiniz.
- "Aşkarlanma barədə bildiriş" düyməsini aktivləşdirin.
- Aşkarlanma barədə bildirişin göndəriləcəyi e-poçtu yazın və "Aktivləşdir" düyməsini basın.
"Android-i uzaqdan idarəetmə" xidməti vasitəsilə cihazı internetdə necə tapmaq olar
Təəssüf ki, cihaz söndürülübsə və ya internetə qoşulu deyilsə, yerləşdiyi yer göstərilməyəcək.
Samsung smartfonunun itirilməsi və ya oğurlanması xoşagəlməz haldır, lakin SmartThings Find və «Android-i uzaqdan idarəetmə» kimi müasir xidmətlər sayəsində cihazınızı tapmaq və qorumaq üçün bütün imkanlarınız var.
Tövsiyələr Samsung şirkəti tərəfindən təqdim edilib və yoxlanılıb.
Şərhiniz üçün təşəkkür edirik!
Bütün sualları cavablandırın.