Özəlliklər
Əsas məqamlara nəzər yetirin
Kompakt. İstifadəyə hazır
Galaxy Tab S10 Lite qalınlığı sadəcə 6.6 mm təşkil edən, yüngül çəkili nazik planşetdir. Bu xüsusiyyətlər sayəsində onu asanlıqla çantanızda, bel çantanızda və ya əlinizdə daşıya bilərsiniz. Bu böyük ekranlı planşet, təxmin edildiyi qədər gözəl görünən üç dəbli rəngdə təqdim olunub: Boz, Gümüşü və Coralred. İstər danışın, istərsə də evdə istirahət edin, bu yüngül çəkili planşet həyat tərzinizə uyğun istifadə üçün və onu asanlıqla daşıya biləcəyiniz tərzdə hazırlanıb.2
Vizyonunuz qədər parlaq. Düşüncələriniz qədər geniş
Galaxy Tab S10 Lite videolara, fotoşəkillərə və s. baxdığınız, kitab, məqalə və s. oxuduğunuz və ya kontent yaratdığınız zaman rahat vərəqləməni və sürətli qarşılıqlı əlaqəni təmin edən 90 Hs yeniləmə tezlikli 10.9"-lük böyük displeylə təchiz olunub. Həmçinin, ekran SGS sertifikatlı mavi işığın azaldılması texnologiyası ilə təchiz olunub, bu da planşetə uzun müddət ərzində baxdığınız zaman gözlərə düşən yükü azaltmağa kömək edir. İstər ən sevdiyiniz kontenti paylaşın, istərsə də layihələri redaktə edin. Bu displey görüntünü parlaq və aydın şəkildə qoruyub saxlayır.3
Daha çox şey edə biləcəyiniz güc. Hər şeyi yerləşdirə biləcəyiniz yaddaş
Kontent paylaşdığınız, brauzerdə işlədiyiniz və ya bir neçə funksiyadan istifadə etdiyiniz zaman 8 GB yaddaş sayəsində, cihaz rahat şəkildə işləməyə davam edir. Cihazınızda 256 GB-dək daxili yaddaş var və bu yaddaş, microSD yaddaş kartının köməyi ilə, 2 TB-dək artırıla bilər. Qələmin də dəstəkləndiyi bu planşet düşüncələrin təsbit olunmasını və işin effektiv şəkildə görülməsini asanlaşdırır, sizə fasiləsiz kontent yaratmaq və hər şeyi bir yerdə saxlamaq üçün ehtiyac duyduğunuz qədər yaddaş və sürət verir.4
S Pen-in köməyi ilə sürətlə yazın. Riyazi misallar anında həll edilir
Çətin bir riyaziyyat düsturu ilə bağlı çətinlik çəkirsiniz? Sadəcə onu S Pen ilə yazın və Solve Math sizin üçün cavabı avtomatik olaraq hesablayacaq. Bu planşet, riyazi misalları, tətbiqlər arasında keçid etmədən və ya diqqətinizi yayındırmadan, sürətlə həll etməyə imkan verərək, dərsləri daha da asanlaşdırır. İstər məslə həll edin, istər tənliklər üzərində iş görün, bu funksiya sizə öyrənməyə və irəli getməyə kömək edir.5
S Pen ilə yazını istədiyiniz kimi yazın
Yazı Köməyi əlyazı ilə yazılmış qeydləri sürətlə səliqəli hala gətirməyə imkan verir və sizin işiniz qüsursuz görünür. Siz sürətlə əyri xətləri düzəldə, intervalları sabit hala gətirə, hərfləri eyni formaya sala və hərflərin formasında düzəliş edə bilərsiniz. S Pen-in köməyi ilə düşüncələrinizi sürətlə qeyd edin, dərs zamanı qeydlər aparın və ya müstəqil şəkildə şəkil çəkin. Əlyazı ilə yazmaq çox asandır.6
Bir toxunuş. AI-nin açarı
Xüsusi Galaxy AI düyməsinə basın və ehtiyacınız olduğu zaman dərhal smart köməyə keçid əldə edin. Sadəcə bir toxunuşla siz, qısa bir zamanda hər hansı sualın cavabını, faydalı məsləhət və ya real vaxt rejimində dəstək almaq üçün sevimli AI yardımçınızı işə sala bilərsiniz. Barmaqlarınızın uclarına çox yaxın olan AI funksiyasının köməyi ilə Galaxy Tab S10 Lite cihazınızda tapşırıqlar daha asan və sürətli yerinə yetirilir.7
Object Eraser ilə sürətli redaktə
Object Eraser ilə fotoşəkillərinizdə diqqəti yayındıran fon elementlərini və ya arzuolunmaz obyektləri silin. Sadəcə S Pen-in köməyi ilə, silmək istədiyiniz sahəni dairəyə alın və həmin sahə yox çıxacaq. Siz, əlavə redaktə tətbiqləri və ya mürəkkəb hərəkətlər olmadan, təmiz, peşəkar görüntü yarada bilərsiniz. Fotoşəkildə təsadüfən düşmüş obyektlərdə və şəxslərdən tutmuş artıq fona qədər – Object Eraser sizin şəkillərinizdə diqqəti yayındıran hər şeyi yox edir.8
Bütün günü hərəkətdə qala bilmək üçün Super Sürətli enerjidoldurma
8,000 mAs akkumulyatorla cihazınızı daha uzun müddət işlədin. Bu planşet işinizin, dərslərinizin və əyləncənizin fasiləsiz davam etməsi üçün nəzərdə tutulub. Təkrar enerjidoldurma vaxtı gəldikdə, Super Sürətli Enerjidoldurma akkumulyatora çox sürətlə enerji verəcək və siz gözləməli olmayacaqsınız. Bütün tapşırıqlarınızın öhdəsindən gələn etibarlı enerjidoldurma cihazı sayəsində, sürətlə enerji yığan bu planşet başınızı itirdiyiniz səhərlər sıx qrafik və ya uzun yayımlar üçün mükəmməl seçimdir.9
Sevdiyiniz Galaxy aksessuarlarına uyğun
Galaxy Tab S10 Lite bir sıra planşet aksessuarları ilə mükəmməl şəkildə işləyir. Bura Klaviaturalı Kitab Örtük, Klaviaturalı İncə Kitab Örtük, Smart Kitab Örtük və Yansıtma əleyhinə ekran qoruyucusu da daxildir. Bu müvafiq opsiyalar sizə daha rahat şəkildə mətn yığmağa, cihazdan əlsiz istifadə etməyə və , əlavə aydınlığın təmin edilməsi ilə, ekranınızı qorumağa kömək edə bilər. Beləliklə, siz funksiyaları ehtiyaclarınıza uyğun şəkildə tənzimləyə biləcəksiniz.10
Galaxy Spotlight tətbiqləri. Peşəkar kimi yaradın
Peşəkar səviyyəli tətbiqlərlə Galaxy Tab S10 Lite cihazında daha çox yaradıcılıq imkanı kəşf edin. Clip Studio Paint, Goodnotes, LumaFusion, Notion, Noteshelf 3, ArcSite, Sketchbook və Picsart sizi ilhamlandıracaq.
Tez-tez Verilən Suallar
Yeni Galaxy Tab S10 Lite cihazını qutudan çıxardığınızda oradan qeydlərin və yaradıcı tapşırıqların dəqiqliklə təsbit edilməsi üçün S Pen, tənzimləmələrlə bağlı giriş təlimatlar, enerjidoldurma və qoşulma üçün SIM/microSD kart yeri üçün iynə və USB Type-C kabeli də çıxır. 12
Bəli, Galaxy Tab S10 Lite həm S Pen-i, həm də uyğun Klaviaturalı Kitab Örtüklərini dəstəkləyir. S Pen qutuya daxildir və dəqiqliklə yazı yazmağa, şəkil çəkməyə və qeydlər aparmağa imkan verir. Galaxy Tab S10 Lite həmçinin Samsung Klaviaturalı Kitab Örtüyü və Klaviaturalı İncə Kitab Örtüyünü dəstəkləyir və Planşetinizi iş üçün hazır cihaza çevirir. Əlavə operativlik və müdafiə üçün siz Smart Kitab Örtüyündən istifadə edə bilərsiniz. Klaviaturalı Kitab Örtüyü çevik görüntü bucaqları və işıq yansımasını azaltmağa kömək edən Yansıtma əleyhinə ekran qoruyucusu təklif edir. 13
Bəli, Galaxy Tab S10 Lite iş görmək və əyləncə üçün nəzərdə tutulan universal planşetdir. Cihaz qeydlərin aparılması, şəkillərin çəkilməsi və ya riyazi misalların asanlıqla həll edilməsi üçün nəzərdə tutulan S Pen ilə birlikdə təqdim olunur. Onun böyük 10.9"-lük displeyi rahat görüntünü təmin edir. Ölçüləri 254.3 × 165.8 × 6.6 mm, çəkisi isə, təxminən 524 qr təşkil edir. Akkumulyatorun uzunömürlülüyü və səlis işləməsi sayəsində, bu cihaz gündəlik tapşırıqlar və istirahət üçün mükəmməl seçimdir. 14
Galaxy Tab S10 Lite 8,000 mAs akkumulyatora malikdir. Video oynatma müddəti 16 saat təşkil edir. Buna görə siz, tez-tez enerji doldurmadan, videolara baxa, brauzerdə işləyə və ya iş görə bilərsiniz. Enerji doldurmaq vaxtı yaxınlaşdıqda, 25 Vt Super Sürətli Enerjidoldurma cihazı təxminən 120 dəqiqə ərzində akkumulyatoru 0%-dən 100%-dək doldura bilir. Buna görə siz, uzun müddət gözləmədən, planşetinizdən istifadə edə bilərsiniz. 15
Galaxy Tab S10 Lite 7-ci nəslə qədər Android ƏS yeniləməsi alır və, bundan əlavə, qlobal buraxılış tarixindən etibarən 7 il ərzində təhlükəsizlik yeniləmələri alır. Uzunmüddətli proqram təminatı dəstəyi planşetinizin təhlükəsizliyini, aktuallığını və zaman keçdikcə, ən son funksiyalara uyğunluğunu təmin etməyə kömək edir. 16
Bəli, siz, Smart Switch-dən istifadə edərək, sürətlə və asanlıqla iOS verilənlərinizi Galaxy Tab S10 Lite cihazına köçürə bilərsiniz.Smart Switch verilənlərin bir cihazdan digərinə köçürülməsini asanlaşdıran, bununla da kontaktlarınızı, fotoşəkillərinizi, videolarınızı, qeydlərinizi, təqvim tədbirlərinizi və s. asanlıqla köçürməyə imkan verən alətdir. Siz, Smart Switch tətbiqindən istifadə edərək, yeni Galaxy Tab S10 Lite cihazınızı kabelin köməyi ilə və ya simsiz texnologiyalarla köhnə cihazınıza qoşa bilərsiniz. 17
Hazırda Yazı Köməyi funksiyasında Ərəb, Alman, İngilis (Avstraliya), İngilis (Böyük Britaniya), İngilis (Amerika Birləşmiş Ştatları), İngilis (Hindistan), İspan (İspaniya), İspan (Meksika), İspan (Amerika Birləşmiş Ştatları), Fransız (Kanada), Fransız (Fransa), Hind, İndoneziya, İtalyan, Yapon, Niderland, Polyak, Portuqal (Braziliya), Portuqal (Portuqaliya), Rumın, Rus, İsveç, Tay, Türk, Vyetnam, Çin (Çin materik), Çin (Honkonq), Çin (Tayvan), Koreya dilləri dəstəklənir.
Xüsusiyyətlər
-
Ekran Ölçüsü
10.9" (277.0mm)
-
Arxa Kamera - İcazə
8.0 MP
-
Çəki (q)
524
-
Prosessorun Sürəti
2.4 GHs, 2 GHs
-
Prosessorun Sürəti
2.4 GHs, 2 GHs
-
Prosessorun Növü
Səkkiz Nüvəli
-
Ekran Ölçüsü
10.9" (277.0mm)
-
Ekran Ölçüsü
277.0mm (10.9")
-
Ekranın İcazəsi
2112 x 1320 (WUXGA+)
-
Ekranın Növü
TFT
-
Ekranın Rəng Dərinliyi
16 milyon
-
Var
-
Arxa Kamera - İcazə
8.0 MP
-
Arxa Kamera - Avtofokus
Var
-
Ön Kamera - İcazə
5.0 MP
-
Arxa Kamera - Fləş
Yoxdur
-
Video Yazma İcazəsi
FHD (1920 x 1080) @30 kadr/san.
-
Yaddaş_(GB)
6
-
Yaddaş yeri (GB)
128
-
Mövcud Yaddaş yeri (GB)
104.0
-
External Storage Support
MikroSD (2 TB-a qədər)
-
USB Versiyası
USB 2.0
-
Naviqasiya Sistemi
GPS, Glonass, Beidou, Galileo, QZSS
-
Qulaqlıq Girişi
USB Type-C
-
MHL
Yoxdur
-
Wi-Fi
802.11a/b/g/n/ac/ax 2.4GHs+5GHs, HE80, MIMO, 1024-QAM
-
Wi-Fi Birbaşa
Var
-
Bluetooth Versiyası
Bluetooth v5.3
-
NFC
Yoxdur
-
Bluetooth Profilləri
A2DP, AVRCP, DI, HFP, HID, HOGP, HSP, OPP, PAN, PBAP
-
PC ilə sinxronizasiya
Smart Switch (PC versiyası)
-
Android
-
Form Faktor
Planşet
-
Akselerometr, Gyro Sensoru, Geomaqnit Sensoru, Hall Sensoru, İşıq Sensoru
-
Ölçülər (HxExD, mm)
165.8 x 254.3 x 6.6
-
Çəki (q)
524
-
Video İzləmə Müddəti (Saat, Naqilsiz)
Maks. 16
-
Batareya Həcmi (mAh, Tipik)
8000
-
Çıxarılan Batareya
Yoxdur
-
Video Formatı
MP4, M4V, 3GP, 3G2, AVI, FLV, MKV, WEBM
-
Video İcazəsi
UHD 4K (3840 x 2160) @30 kadr/san.
-
Audio Formatı
MP3, M4A, 3GA, AAC, OGG, OGA, WAV, AMR, AWB, FLAC, MID, MIDI, XMF, MXMF, IMY, RTTTL, RTX, OTA
-
Gear Dəstəyi
Galaxy Buds Core, Galaxy Buds3 Pro, Galaxy Buds2 Pro, Galaxy Buds Pro, Galaxy Buds Live, Galaxy Buds+, Galaxy Buds3, Galaxy Buds2, Galaxy Buds, Galaxy Buds FE
-
Mobil TV
Yoxdur
-
SmartThings Support
Bəli
-
Təhlükəsizlik Yeniləmə Müddəti (tarixədək etibarlıdır)
31 AVQUST 2032
TSS
- Viruslar Android-ə necə daxil olur və onları necə silmək olar Android-də antivirusa ehtiyacınız varmı?
- Qrafik açarı, pin kodu və ya şifrəni unutduğun halda, Samsung Galaxy-nin kilidini necə açmaq olar
- Samsung Galaxy-də verilənlər necə sıfırlanır (hard reset, factory reset)
- Samsung Galaxy proqram təminatını necə yeniləmək olar
- Samsung Galaxy-nin batareyasının enerjisi tez bitirsə, nə etmək lazımdır
Məhsul üçün dəstək
Yaxınlıqdakı dükanları axtar.
Cihazın yerləşmə məlumatları istifadə ediləcək.
Son baxılanlar