Seçiminizi edin
Multiple Voice Assistants
Samsung Smart televizorlarında siz Bixby, Alexa və Google Assistant arasında seçim edə bilərsiniz. Beləliklə, siz indi sevimli məzmununuzu oxutmaq, cavablar almaq və hətta televizorunuzu və evinizdəki digər qoşulu cihazları idarə etmək üçün televizorunuzla danışa bilərsiniz.
* Qoşulmuş cihazların səslə idarə edilməsi yalnız seçilmiş səs köməkçisi ilə uyğun gələn cihazlar üçün mümkündür.
Asan idarə
Seçdiyiniz səs köməkçisini quraşdırmaq ondan istifadə etmək qədər asandır. Sadəcə olaraq səsli köməkçi seçin və istəklərinizi həyata keçirmək üçün səsinizdən istifadə etməyə başlayın. Başqa birini sınamaq istəyirsiniz? İstənilən vaxt parametrlərdə keçid edin.
İntellektual yardım
Bu səs köməkçiləri o qədər ağıllıdır ki, müxtəlif situasiyalara müxtəılif reaksiya verə bilirlər. Məsələn, yuxu vaxtınız bitdikdə və siz səsin bir qədər artırılmasını istədikdə onlar sizinlə əlaqə saxlaya bilərlər. Səs əmrləriniz onların arzularıdır.
Bixby cavab verir
Bixby
Bixby-dən tövsiyələri göstərməsini, cəld başlıq axtarışları etməsini və ya qoşulmuş cihazları idarə etməsini xahiş edin. Bixby nəyi bəyəndiyinizi bilir və maraqlandığınız, lakin hazırda baxmadığınız şouları təklif etməklə onları qaçırmamağınızı təmin edir.
* Bu funksiya yalnız müəyyən dillərdə mövcuddur.
İşlərinizi həll etmək üçün Google ilə danışın
Google Assistant
Sevimli əyləncələrinizi asanlıqla axtarın və onlardan həzz alın. Suallarınızı verin və ekranda cavablara baxın. İşıqları söndürün və ağıllı ev cihazlarını idarə edin. Başlamaq üçün pultunuzdakı mikrofon düyməsini sıxmağınız kifayətdir.
* Google Google MMC-nin ticarət nişanıdır. * Bu məhsulun alındığı zaman xidmət hələ mövcud olmaya bilər. Planlara görə, xidmət bu ilin sonunda müəyyən ölkələrdə və dillərdə proqram təminatının yenilənməsi ilə əlçatan olacaq.
Nəzərinizdə saxlayın
* Smart xidmət və GUI model və regiona görə dəyişə bilər. * İstifadə etməzdən əvvəl Smart Hub Qaydaları və Şərtləri və Məxfilik Siyasəti ilə razılaşma tələb olunur. * Bəzi xidmətlər və ya tətbiqlərdən istifadə üçün abunəlik və ya birdəfəlik alış tələb olunur. * Faktiki məhsul və pult göstərilən şəkillərdən fərqli ola bilər. * Şəkillər simulyasiya edilib və yalnız illüstrasiya məqsədləri üçün nəzərdə tutulub. Məhsulun performansına təsir etməyən məhsulun görünüşü və dizayn xüsusiyyətləri xəbərdarlıq edilmədən dəyişdirilə bilər. |