Homofis tam hazırdır
Remote Access
Samsung Smart TV-yə sahibsinizsə, evdən işləmək daha asandır. Kompüteriniz ofisdə olsa belə, ona simsiz qoşulmaq üçün sadəcə Remote Access üzərinə klikləyin və işə qaldığınız yerdən davam edin. Əlavə olaraq simsiz klaviaturanı qoşaraq, xüsusilə Office 365-ə çıxış vasitəsilə dərhal işə başlaya bilərsiniz. Evinizi rahat və sərbəst iş yerinə çevirmək Samsung Smart TV ilə həqiqətən asandır.
* Televiziya və kompüter şəbəkəyə qoşulmalıdır. * Windows sistemində işləyən kompüterə uzaqdan qoşulma yalnız Windows 7 və ya daha sonrakı versiyalar üçün dəstəklənir. Əməliyyat sistemi Professional və ya daha yüksək versiya olmalıdır. * Mac üzərindən işləyən kompüterə uzaqdan qoşulma yalnız Mac OS X 10.5 və ya daha sonrakı versiyalar üçün dəstəklənir. * Siçan və klaviatura kimi PC aksesuarları ayrıca satılır. * Kompüter, Remote Access-ə uzaqdan bağlantılar qurmağa icazə verəcək şəkildə tənzimlənməlidir.
Eviniz həm də sinif otağınızdır
Eviniz həm məktəbiniz, həm də sinif otağınız olduqda, özünüzü dərsdə hiss etməyiniz və diqqətiniz yayınmadan tədris almağınız çox vacibdir. Özünüzü sinfinizdə olduğu kimi hiss edin və Samsung Smart TV ilə daha yaxşı öyrənin. Böyük ekran onlayn dərslərinizi sanki siz də oradaymışsınız kimi daha canlı edir. Eyni zamanda, daha yaxşı görüntü təmin etməklə bütün diqqətinizi mövzuya yönəltməyə kömək edir. Üstəlik, bulud əsaslı Office 365-ə asan çıxışla istər sinif yoldaşlarınızla qrup layihələri üzərində çalışın, istərsə də tapşırıqları yerinə yetirin, Samsung Smart TV-niz hər bir işinizi asanlaşdıracaq.
*Office 365-də fayllar üzərində işləmək üçün lazım olan "siçan" və klaviatura kimi aksesuarlar ayrıca satılır.
Nəzərinizdə saxlayın
* Smart xidmət və GUI model və regiona görə dəyişə bilər.
* İstifadə etməzdən əvvəl Smart Hub Qaydaları və Şərtləri və Məxfilik Siyasəti ilə razılaşma tələb olunur.
* Bəzi xidmətlər və ya tətbiqlərdən istifadə üçün abunəlik və ya birdəfəlik alış tələb olunur.
* Faktiki məhsul və pult göstərilən şəkillərdən fərqli ola bilər.
* Şəkillər simulyasiya edilib və yalnız illüstrasiya məqsədləri üçün nəzərdə tutulub. Məhsulun performansına təsir etməyən məhsulun görünüşü və dizayn xüsusiyyətləri xəbərdarlıq edilmədən dəyişdirilə bilər.