Görüntü sarı ilə qarışıq mavi rəngə boyanmış buzlağa bənzər əyri strukturların arasından keçərək yaxınlaşır. Görüntü çəhrayı və narıncı rəngli otlar və kollarla dolu möhtəşəm bir sahəyə çatır. Buludlar və dalğaların üzərindən havanın görüntüsünə keçilir. Buludlar qismən çəkilərək duman və burulğanlardan ibarət qeyri-adi mavi mənzərə ortaya çıxır.

Samsung Vision AI ekranları gündəlik həyatı
zənginləşdirən ağıllı həllərə çevirir.
Biz ekranların nə edə biləcəyini yenidən təyin edirik —
gündəlik təcrübələrinizi sadələşdirir, yaxşılaşdırır və gücləndiririk.

Samsung
Vision AI-nin əsası

  • One UI Tizen

    Qüsursuz və fərdiləşdirilmiş istifadəçi təcrübəsi, ən son əyləncə imkanları və 7 illik əməliyyat sistemi yeniləmələri.

    TV ekranında Samsung One UI Tizen ilə mövcud olan tətbiqlər, xidmətlər və yayım seçimləri göstərilir.
  • AI Processor

    Sürətli, ağıllı AI prosessoru AI xüsusiyyətləri ilə şəkil, səs və gündəlik həyatı keyfiyyətini artırır.

    Samsung NQ8 AI Gen3 prosessor çipi.

  • Samsung
    Knox Təhlükəsizlik

    Sizin təhlükəsizliyiniz. Qorunur. Gizlilik və təhlükəsizliyi qoruyan xüsusi həll.

    Qalxan formasında Samsung Knox Təhlükəsizlik loqosu.
7 illik yeni TV
təcrübələrindən ödənişsiz
şəkildə olaraq zövq alın
Qalın şrift ilə ’7 İl Ödənişsiz ƏS Yenilənməsi’ yazılmış metal nişan.
Hər anınızın keyfiyyətini artırın

Birinci sıranın təəssüratları

AI Upscaling

Samsung Vision AI gündəlik məzmununuzu kinematik məzmuna çevirir. AI Picture təsvirin möhtəşəm kəskinliyini və xırdalıqlarını
təmin edərək görüntü keyfiyyətini artırır. AI Sound kristal kimi təmiz dialoq və immersiv səs təcrübəsini təqdim edərək səsi həssas şəkildə tənzimləyir.
AI Optimization parametrləri ağıllı şəkildə məzmununuza və mühitinizə uyğun tənzimləyir.

Bir kişi və oğlan basketbol oynayır. AI, görüntüdəki bir neçə nöqtəni aşkar edərək, görüntü keyfiyyətini yaxşılaşdırır. Bu nöqtələrdən kiçik almaz hissəcikləri meydana çıxır və getdikcə ekranda yayılır. Mənzərə daha aydın və canlı olur. Görüntü uzaqlaşır və bunun televizor ekranında göstərilən bir səhnə olduğu aydın olur.

Birlikdə daha qeyri-adi

SmartThings

Ev heyvanlarına qayğı

Samsung Vision AI SmartThings-in yeni xüsusiyyətlərini
açaraq gündəlik həyat keyfiyyətinizi artırır. Uzaqda olarkən belə rahatlığınızı təmin edən
Ev heyvanlarına qayğı, ilə sevdiklərinizlə əlaqədə qalın.

Bir qadın açıq havada oturub. O, evdəki ev heyvanını izləyərək telefona baxıb gülümsəyir.
Qonaq otağında bir it televizor ekranında digər bir itin qarpızı dişlədiyi səhnəni izləyir. SmartThings loqosu.

Universal Jestlər

Samsung AI TV-lər həmçinin Galaxy Watch-un
Universal Jestlər funksiyasını tanıyır — məsələn, saatın çərçivəsini fırladaraq TV ekranını sürüşdürmək və ya əvvəlki ekrana qayıtmaq üçün yumruq şəklində hərəkət etmək kimi funksiyalar üçün sürətli və asan istifadə imkanı yaradır.

Bir qadın otağın o biri tərəfindən televizoru Galaxy Watch ilə idarə edir. O, qızın portağal yığdığı səhnədə pauza düyməsini basmaq üçün işarə edir.
İstifadəçinin Galaxy Watch Universal Jestlər funksiyasını sınadığı dörd fərqli görüntü: toxunduğu və saatına baxdığı anlar.
Bu sizin səhnənizdir

Fərdiləşdirilmiş təcrübələr

Generative Wallpaper

Bu gün əhvalın
necədir?
Səni nə cəlb edir?

Özünü vizual şəkildə ifadə etməyin yeni bir yolu da var. Hər gün televizorunuza əhvalınızı əks etdirən açar sözlər daxil edə bilərsiniz.
Generative Wallpaper funksiyası ilə televizorunuz həmin əhval-ruhiyyəyə uyğun gözoxşayan fonlar yaradacaq.

Bir qadın, ətrafında "Parti əhvalı", "Tənhalıq", "Təbiət", "Bayram sevinci", "Sakit zaman", "Dincəlin", "Nostalji", "Həyəcanlı", "Dekor", "Gününü dəyərləndir", "Məni ilhamlandır" və "Sakit" kimi yazılar olan balonlarla əhatə olunmuşdur. Balonlar mənzərələrin şəkilləri ilə əvəz olunur. AI tərəfindən yaradılmış, göyqurşağı və qarla örtülmüş dağların təsvir olunduğu bir görüntü seçilir.

  • Qarlı dağ zirvələrinin üzərindəki göy qurşağı. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Bitkilər və taxta dekorasiya ilə əhatə olunmuş açıq hovuz. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Çoxlu qayalıqlarla əhatə olunmuş qumlu çimərlik. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Suda bir qayıq və arxa planda dağlar olan sakit bir göl. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Çoxlu bitki və pəncərənin olduğu günəş düşən bir otaq. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Hovuzlu açıq terras. Arxa planda dağlarla birlikdə gün batımı mənzərəsi. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Zirvəsindən fişənglər və tüstü çıxan qarlı dağ mənzərəsi. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Suyun içində bitkilərlə dolu sakit bir bataqlıq. Arxa fonda dağlar görünür. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Gecə səmasını işıqlandıran parlaq fişənglərlə bəzədilmiş möhtəşəm bir katedral. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Yaşıl ağaclarla örtülmüş dağ silsiləsi. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.
  • Arxa fonda qarlı dağların göründüyü sakit bir göl. Alt hissədə 'AI tərəfindən yaradılmış məzmun' yazısı görünür.

Bixby

Bizim AI səs köməkçimiz sizə kömək etmək üçün buradadır

Sualınız və ya paylaşmaq istədiyiniz fikirlər varmı? Bixby, our bizim AI səs köməkçimiz sizə kömək etmək üçün buradadır. Samsung Vision AI ilə
konteksti daha yaxşı anlayır, söhbətləri daha axıcı edir və daha faydalı dəstək təklif edir.

Qonaq otağında bir qadın divardakı televizora baxaraq gülümsəyir. TV ekranında qayalıqlar və su olan açıq hava səhnəsi göstərilir və ekranda 'Bu gün Parisdə hava necədir?' sorğusu görünür.
Mətn qabarcığının içində 'Bu gün Parisdə hava necədir?' yazısı oxunur.
Mətn qabarcığının içində 'Bu gün Parisdə hava aydındır.' yazısı oxunur.
Mətn qabarcığının içində 'Orada məşhur bir yer varmı?' yazısı oxunur.
Mətn qabarcığının içində 'Paris Eyfel Qülləsi, Sena çayı və daha çox şeylərlə məşhurdur' yazısı oxunur.
Mətn qabarcığının içində 'Bunu YouTube-da tap' yazısı oxunur.

Ekranda canlı mavi abstrakt mənzərə olan TV görünür. Əsas TV-nin hər iki tərəfində olmaqla, ekranlarında canlı dizaynlar olan dörd başqa TV görünür.

Samsung AI TV-lərdə Vision AI ilə tanış olun

* Samsung Vision AI: Funksiyalar 2025-ci ilin birinci rübündən etibarən 2025 Neo QLED, OLED, QLED (Q6F modeli istisna olmaqla) və The Frame modellərində mövcuddur. Dəstəklənən modellər istifadə olunan funksiyadan asılı olaraq dəyişə bilər.

* Global No.1 TV: Mənbə–Omdia, Fevral-2025. Nəticələr Samsung tərəfindən təsdiq edilməyib. Bu nəticələrə istinad edilərkən üçüncü tərəflər risklərlə bağlı məsuliyyət daşıyır.

* Mövcud funksiyalar və məzmun modelə, ölkəyə/bölgəyə görə fərqlənə bilər və xəbərdarlıq edilmədən dəyişdirilə bilər.

* İllüstrativ məqsədlər üçün simulyasiya edilmiş təsvirlər. Qısaldılmış və simulyasiya edilmiş ardıcıllıqlar. Faktiki UI (İsifadəçi İnterfeysi) fərqli ola bilər.

  1. One UI Tizen: Kontent və xidmətlər, regiondan asılı olaraq dəyişə bilər və, məlumat verilmədən, dəyişir. Smart Hub Şərtləri və Qaydaları ilə Məxfilik Siyasətinə razılıq verilməsi istifadə etmədən əvvəl tələb olunur. Bəzi məzmun və xidmətlər qeydiyyat və abunəlik tələb edir. Samsung hesabına giriş tələb edir. Tizen ƏS yeniləmələri buraxılış ilindən başlayaraq 7 ilə qədər təmin ediləcək. Zəhmət olmasa, nəzərinizə çatdırırıq ki, bu yeniləmə televizorun aparat performansı, funksionallığını və davamlılığını əhatə etmir. Yenilənmiş funksiyalar spesifikasiya və modelə görə fərqlənə bilər. İnternetə qoşulma tələb olunur. Məlumat emalı haqqı tutula bilər.
  2. Samsung Knox Təhlükəsizlik: Samsung Knox Təhlükəsizlik, 2015-ci ildən etibarən Tizen® ilə işləyən Samsung televizorlarına tətbiq olunur. Proqram təminatının son versiyayadək yenilənməsi tələb olunur.
  3. AI Picture, AI Sound, AI Optimization: Baxış təcrübəsi məzmunun növü və formatından asılı olaraq dəyişə bilər. Upscaling texnologiyası Komputer bağlantısı və Oyun Rejimi üçün tətbiq olunmaya bilər.
  4. Ev heyvanlarına qayğı: Real vaxtda yayım Android OS 11.0 və yuxarı, ya da iOS 16.0 və yuxarı versiyalı mobil cihazlarda, həmçinin 2025 Samsung televizorları və sonrakı modellərdə dəstəklənir. Yalnız televizor söndürüləndə işləyir. Bu funksiyadan istifadə etmək üçün televizor enerji mənbəyinə qoşulmalıdır. Televizor və mobil cihaz bildirişləri göndərmək və qəbul etmək üçün eyni Samsung hesabı ilə SmartThings-ə qoşulmalıdır.
  5. Universal Jestlər: Mövcud tətbiqlər və xidmətlər fərqlənə bilər və xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Yalnız Galaxy Watch4 və sonrakı modellərdə, Wear ƏS 5 və daha yüksək versiyalarda dəstəklənir.
  6. Generative Wallpaper: Hər gün icazə verilən yaratma cəhdlərinin sayı məhdud ola bilər. TV ekranında göstərilən şəkil Generative Wallpaper funksiyası vasitəsilə yaradılmış AI ilə hazırlanmış təsvirlərdir. Bu funksiya OLED modellərində dəstəklənmir. Bu funksiya Çində dəstəklənmir.
  7. Bixby: Səsli əmrlər və çox mərhələli dialoqlar 10 dil üçün dəstəklənir (ABŞ/Birləşmiş Krallıq/Hindistan (en)/Almaniya/Fransa/İtaliya/İspaniya/Braziliya/Meksika/Koreya). Bütün ləhcələr, dialektlər və ifadələr tanış olmaya bilər. Q8F və yüksək modellər uzaq mənzilli mikrofonları dəstəkləyir. Q7F və yüksək modellər TV pultlarını dəstəkləyir. U8000F modeli üçün SmartThings mobil pultu tələb olunur.