Qida və Ev

Bayram stresini azaltmaq üçün 3 mahir evdarlıq üsulu

Bayrama hazırlıq təlaşı sizi düşündürməsin. Siz sadəcə bayram mövsümündən zövq alın.

Bayram elə bir əlamətdar andır ki, o, ailə üzvlərinin və dostların sıx əhatəsində qeyd olunur. Ancaq araşdırmalar göstərir ki, insanların 38%-i bütün bu mövsüm boyu yüksək stres altında qalır. *Yeni il partisindən tutmuş hədiyyə almağa qədər, düşünmək istəyəcəyiniz ən son şey Yeni il ziyafətinin məhz sizin öz evinizdə keçirilməsi fikri olacaq. Təkcə elə bu öhdəlik elə böyük məharət və çeviklik tələb edir ki, ala biləcəyiniz istənilən köməyə böyük ehtiyac duyacaqsınız. Samsung cihazlarının hər biri də (soyuducular, sobalar, qabyuyan maşınlar ) məhz bu məqsədlə dizayn edilib.

1
Sərin saxlayın

Əgər sizin mətbəxinizdə əşyalar bir-birinə sıx yerləşirsə, o zaman bütün əlçatan məkandan istifadə etmək vacibdir. Nə yaxşı ki, soyuducu Family Hub™ yerə qənaət məqsədilə dizayn olunub. Məsələn, SpaceMax™ Technology dondurucu kameralı soyuducuda işlədə biləcəyiniz yerin sahəsini daha da genişləndirir. Ancaq bu, sadəcə əlavə saxlanma yeri demək deyil. Family Hub™ imkan verir ki, siz həm əsas ekranda, həm də mobil telefonunuzda soyuducunun içindəkilərindən xəbərdar olasınız. Bu, xüsusilə son anda mağazaya getməli olduğunuz halda çox əlverişlidir.

2
Bişirin

Çox yəqin ki, bayramın ən gərgin anı "nə bişirim?" sualına cavab tapmaqdır. Xüsusilə söhbət böyük bir məclisdən gedirsə, siz qətiyyən buna çox vaxt sərf etmək istəmirsiniz. Bizim Samsung sobalar yemək bişirmək və süfrə açmaq işini xeyli dərəcədə sadələşdirmək üçün müxtəlif imkanlar təqdim edir. Bunlardan biri SmartThings funksiyası ilə öz şəxsi reseptlərinizi yaratmaq imkanıdır. Əgər siz usta aşpaz deyilsinizsə, bu funksiya sizin üçün çox möhtəşəm olacaq. Amma bəs əgər siz artıq mətbəxdə əsl peşəkarsınızsa? O zaman sizin üçün Dual Cook Flex funksiyası daha faydalı olacaq. Belə ki, o imkan verir ki, sobanın həm üst, həm də alt mərtəbəsindən istifadə etməklə eyni zamanda bir neçə yemək bişirəsiniz.

3
Əvvəldən sona kimi mükəmməl finiş

Artıq məclisiniz başa çatdı, bəs sonra? Bu qədər insana qulluq etdikdən sonra yır-yığış aparmaq asan iş deyil. Tək bir düyməyə basmaqla siz rahatlıqla ayaqlarınızı uzadıb dincələ bilərsiniz. Çünki artıq əminsiniz ki, daha heç vaxt əllərinizə rezin əlcək taxmalı olmayacaqsınız. Eyni zamanda, iri boşqabları zorla qabyuyana yerləşdrimək fikri də sizi narahat etməsin. Belə ki, Geniş Daxili Məkan bir tsikl ərzində daha çox qab yumağa imkan verir. Samsung qabyuyan maşınlar -dəki ekspress-yuma isə az sayda fincan və masa dəstlərinin yuyulmasını daha az vaxt və daha az enerji sərfi ilə kiçik bir məsələyə çevirir.

Instagramda mahir evdarlıqla bağlı məsləhətlər

Bu məsləhətlərin həyatda necə icra olunduğunu görmək istəyirsinizmi? İzləyin və görün ki, bu insanlar evdarlıq işini asanlaşdırmağı necə bacarıblar.

4

Başlamağa hazırsınız?

Soyuqqanlı olun və bayram məclislərinizi şıq şəkildə təşkil edin.

* 2006, Amerikan Psixoloqlar Birliyi

Digər hekayələri oxuyun