Qrafik açarı, pin kodu və ya şifrəni unutduğun halda, Samsung Galaxy-nin kilidini necə açmaq olar

Son yeniləmə tarixi : 23-09-2025

Bu məqalə, pin kodunuzu, şifrənizi və ya qrafik açarınızı unutduğunuz halda smartfonun və ya planşetin kilidini açmağa kömək edəcək.

Samsung Galaxy-nin ekranının kilidini aça bilmirsinizsə, hər şeydən öncə, aşağıdakı göstərişləri yerinə yetirin:

1 Cihazınızda hansı növ kilidin istifadə edildiyini dəqiqləşdirin:
  • Barmaq izi;
  • PİN kod, şifrə və ya qrafik açar.

Cihazda barmaq izi ilə kilid aktivdir və işləmirsə, barmaq izi ilə eyni zamanda təyin etdiyiniz PIN kodu, şifrəni və ya qrafik açarı daxil etmək cihazın kilidini açmaq üçün kifayət edir. 

Bundan sonra barmaq izini təkrar təyin etmək mümkün olacaq.

PİN kod, şifrə və ya qrafik açarı daxil edərkən, smartfonun kilidi açılmırsa, aşağıdakı tövsiyəyə keçin.

2 Cihazı söndürüb- işə salın.

Bəzən əməliyyat sistemində PİN kod, şifrə və ya qrafik açar tanınarkən, xəta baş verə bilər, onları düzgün daxil etsəniz belə.

Nasazlıqları aradan qaldırmaq üçün cihazı məcburi qaydada söndürüb- işə salın:

  • Eyni zamanda İşəsalma və Səsartırma düymələrini on saniyə ərzində basıb saxlayın (daha erkən çıxmış modellərdə yalnız İşəsalma düyməsi basılıb saxlanmalıdır). Telefon xəbərdarlıq etmədən və dərhal sönüb- işə düşür.
  • Telefonun sönməsi və təkrar işə düşməsi menyusunu görürsünüzsə, deməli, düymələr lazım olan müddət ərzində basılıb saxlanmayıb.

Smartfonu söndürüb- işə saldıqdan sonra problem həll olunmadığı halda, aşağıdakı tövsiyəyə keçin.

3 Əvvəlki üsullar fayda vermədiyi halda, verilənləri sıfırlayın – siz cihazdan bütün faylları və tənzimləmələri, onlarla birlikdə, qrafik açarı, pin kodu, şifrəni və ya barmaq izini də silmiş olacaqsınız.

Verilənlər sıfırlandıqdan sonra telefonun açılması müəyyən vaxt apara bilər. Bəzən bunun üçün bir saata yaxın vaxt tələb oluna bilər.

Özünüz verilənləri sıfırlaya bilmirsinizsə, rəsmi servis mərkəzlərindən birinə yaxınlaşa bilərsiniz.


Əgər Samsung Galaxy cihazınızın qrafik açarını, PIN kodunu və ya şifrəsini unutmusunuzsa, ən sadə və təhlükəsiz yol 'Find My Mobile' xidmətindən istifadə edərək kilidi uzaqdan açmaqdır; əgər bu mümkün deyilsə, cihazın bərpası rejimi (Recovery Mode) vasitəsilə fabriki parametrlərə qaytarmaq, lakin diqqətli olun, çünki bu proses bütün məlumatlarınızı siləcək.

Tövsiyələr Samsung tərəfindən təqdim olunur və yoxlanılır.

Şərhiniz üçün təşəkkür edirik!