Sadəcə olaraq televizoru yandırın və sizi yeniliklər dünyasına aparacaq böyük bir dünyanın kanalları arasında gəzməyə başlayın. Samsung TV Plus-un təklifləri çoxdur, sadəcə arxanıza söykənin və həzz alın.

Ödənişsiz TV,
qeydsiz-şərtsiz!

Samsung TV Plus sizə ən yaxşı xəbərlərə, idmana, əyləncəyə və daha çox şeyə dərhal çıxış imkanı verir. O, 100% pulsuzdur və heç bir yükləmə, qeydiyyat, kredit kartları, abunəlik və ya əlavə cihazlar tələb etmir.

Müxtəlif canlı TV
kanallarını pulsuz izləyin.

Baxmaq istədiyinizi asanlıqla tapın

Kanallar arasında naviqasiya asandır. Samsung TV Plus-u seçin, efirdə indi nə olduğunu və ya bundan sonra nə olacağını görmək üçün Bələdçini seçin.

Samsung TV Plus artıq sizin Samsung televizorunuzdadır.

FAQ

  • Samsung TV Plus nədir?

    Televizorunuz Samsung TV Plus ilə birlikdə təqdim olunur – Samsung-un pulsuz və reklam dəstəkli Smart TV video xidməti xəbərlərə, idmana, əyləncəyə və s. ani girişi təmin edir. Yükləmə, əlavə cihaz və ya kredit kartı tələb olunmur.
  • Samsung TV Plus 100% pulsuzdur. Biz "qeyd-şərtsiz" dedikdə, məhz bunu nəzərdə tuturuq. Abunə yox, yeni ödənişlər yox, kredit kartı yox, qeydiyyat yox, yükləmə və ya əlavə cihazlar tələb olunmur, sadəcə pulsuz TV.
  • Samsung TV Plus hər kəs üçün pulsuz TV məzmunu təqdim edir: abunəli TV-dən imtina etmək istəyən istifadəçilər, yemək həvəskarları, səyahətçilər, idman aludəçiləri, oyunçular, xəbər həvəskarları və s. Nəyə baxmaq istəyirsinizsə, sizi onunla əhatə edirik.
    Maraqlarınıza uyğun heç nə tapmırsınız? Problem deyil. Sevdiyinizi izləyə bilməyiniz üçün hər zaman siyahımıza yeni kanallar əlavə edirik.
    Tam kanal siyahısına burada baxın.
  • Samsung TV Plus əldə etmək asandır. Seçimləriniz bunlardır:

    - Seyrə başlamaq üçün televizorunuzu yandırın. Siz dərhal izləməyə başlayasınız deyə, Samsung TV Plus avtomatik olaraq işə düşür.

    - TV ekranınızın aşağı hissəsində yerləşən tətbiqlər panelindən istifadə edərək Samsung TV Plus-a keçin. Təcrübənin başlaması üçün sadəcə olaraq Samsung TV Plus tətbiqinə klikləyin.
  • Samsung TV Plus ani girişi təmin edir, odur ki, siz televizora baxmaq üçün əziyyət çəkməyəcəksiniz. Samsung TV Plus-dan maksimum yararlanmaq üçün bir neçə ipucu:

    İndi yayımlanan və ya daha sonra yayımlanacaq proqramları necə görə bilərəm? Bələdçi ilə siz indi nə baş verdiyini və ya bundan sonra daha nələrin olacağını görə bilərsiniz.

    Qeyd: Siz Samsung Smart Pultunda CH düyməsini sıxmaqla və ya standart pultda GUIDE düyməsini sıxmaqla Bələdçiyə daxil ola bilərsiniz.

    Kanalı necə tez dəyişə bilərəm? Kanalı dəyişmək üçün CH-ni yuxarı və ya aşağı basın.
  • Bu, Samsung TV Plus-da ən populyar kanalları önə çıxaran Samsung TV Plus-un tövsiyə etdiyi kanalların siyahısıdır.
  • Samsung TV Plus geniş çeşiddə proqram təklif edir və demək olar ki, hər kəs özü üçün maraqlı bir şey tapa bilir. Baxmadığınız kanalları silmək istəyirsinizsə və ya hazırda bu kanallardan hər hansı birinin sizə lazım olmadığına qərar vermisinizsə, Samsung TV Plus kanallarının hamısını silə bilərsiniz.

    Qeyd: Bütün kanalları silsəniz, yeni kanallar əlavə olunana qədər Samsung TV Plus proqramı avtomatik işə düşməyəcək. Samsung TV Plus-a vaxtaşırı yeni kanallar əlavə olunur, ona görə də onları görmək istəmirsinizsə, bu prosesi təkrarlamalı olacaqsınız.

    1. Televizorunuzun pultunda Home düyməsini basın, Samsung TV Plus-a keçin, kursoru proqramın üzərinə gətirin, Kanal Siyahısını seçin, sonra Kanalları Redaktə Et seçimini edin.

    2. Bayraq ilə fərqləndirmək məqsədilə kanalları seçin və sonra kanalları Samsung TV Plus Kanal siyahısından silmək üçün Sil bölməsini seçin. Bütün Kanallar bölməsinin yanında bayrağı qeyd etsəniz, bütün kanallar bir anda seçiləcək.
  • Samsung TV Plus televizorunuzun inteqrasiya olunmuş funksiyasıdır və onu tam olaraq silmək mümkün deyil. Bununla belə, bütün kanalları silsəniz, yeni kanal əlavə olunmayınca Samsung TV Plus televizorunuzda görünməyəcək. Dövri olaraq yeni kanallar əlavə olunur və Samsung TV Plus-ı görmək istəmirsinizsə, onları silməlisiniz. Siz həmçinin Samsung TV Plus tətbiqini televizorunuzun Əsas ekranından silə bilərsiniz. Sadəcə onu seçin, Aşağı düyməsini basın və sonra Sil > Sil seçin.

    Qeyd: Smart Hub sıfırlamasını həyata keçirərək Samsung TV Plus kanallarını bərpa edə bilərsiniz. Lakin bu, sizi bütün tətbiqlərdən çıxaracaq, ona görə də siz bütün giriş məlumatlarınıza və TV-nizin PIN koduna malik olduğunuzdan əmin olmalısınız (defolt olaraq 0000-dır). Tənzimləmələrə keçin və sonra Dəstək bölməsini seçin. Özünüdiaqnostika bölməsini seçin və sıfırlamanı yerinə yetirmək üçün Smart Hub Sıfırlama seçin.

Nəzərinizdə saxlayın

* Smart xidmət və GUI model və regiona görə dəyişə bilər.

* İstifadə etməzdən əvvəl Smart Hub Qaydaları və Şərtləri və Məxfilik Siyasəti ilə razılaşma tələb olunur.

* Bəzi xidmətlər və ya tətbiqlərdən istifadə üçün abunəlik və ya birdəfəlik alış tələb olunur.

* Faktiki məhsul və pult göstərilən şəkillərdən fərqli ola bilər.

* Şəkillər simulyasiya edilib və yalnız illüstrasiya məqsədləri üçün nəzərdə tutulub. Məhsulun performansına təsir etməyən məhsulun görünüşü və dizayn xüsusiyyətləri xəbərdarlıq edilmədən dəyişdirilə bilər.