Əyləncə

Mətbəxdə keçirilən vaxtı azaltmağım və yeni həyata başlamağım haqqında hekayəm

Şəxsi meal prep təcrübəsi — stressiz.

Tarix: 14.04.2025 | ~ 8 dəq. oxu
Müəllif: Vasiliy İmayev. O, qidalanma rejimini qaydaya salmağa qərar verib və indi yeməkləri meal prep prinsipi ilə — bir həftəlik yeməyi əvvəlcədən hazırlayır.

Səhərdən axşama qədər işlədiyin zaman sonsuz qəlyanaltılara qədər düşmək çətin olmur, gündəlik rasion isə, supermarket və kafelərdən təsadüfi məhsulların seçilməsinə çevrilir. Mən də bir vaxtlar «çatdırdığın qədər ye» prinsipi ilə yaşayırdım. Ta ki, məhsulların siyahısını tərtib etməyə və bir gün ərzində bir həftəlik yemək bişirməyə başlayana qədər.

Kalorilərin hesablanmasına necə başladım

Hələ bir neçə il əvvəl mən qidalanma barədə çox da düşünmürdüm: ayaqüstə səhər yeməyi yeyir, qeyri-müntəzəm qidalanır və tez-tez evdən kənar yemək yeyirdim. Lakin sonra hər şey üst-üstə düşdü: bir gün mən restoranlardakı müntəzəm nahar və şam yeməklərinə nə qədər pul xərclədiyimi hesabladım, həmçinin, qidalanmağıma nəzarət etmək qərarına gəldim və kalorilərimi hesabladım.

Kafedə rasiona diqqət etmək çətin olur: hətta sağlam qida sifariş versən belə, desert üçün yer həmişə var. Kaloriləri nəzərə almaq üçün isə, ofisiantdan texnoloji kartı istəmək lazımdır. Özünü bir az pis vəziyyətdə hiss edirsən, xüsusilə, həmkarlarınla naharda.

Evdə yemək bişirmək ideyası məndə məhz belə yarandı.

meal prep* nədir və mən niyə bir həftə öncədən yemək hazırlamağa başladım

Yeməklərin əsas hissəsini özün və birdəfəlik bütün həftə üçün hazırladığın zaman qidalanmaya nəzarət etmək daha asan olur. Odur ki, bazar günlərində mən kiçik kulinariya marafonu keçirirəm: məhsulları hazırlayır, onları konteynerlərə və vakuum paketlərinə yerləşdirir, altından qeydlər edir və soyuducuya yığışdırıram.

Mənim bir neçə məqsədim var: zülal normama riayət etmək, daha çox müxtəlif meyvə-tərəvəz yemək və rasiondan ətin miqdarını azaltmaq, onu balıqla əvəz etmək. Bundan əlavə, həftədə bir dəfə yeni təam dadmağa çalışıram.

Bu yanaşmanın ən rahat tərəfi qida dəyərinin aydın olması və vaxta qənaətdir. Bazar günü dörd saat ərzində mən bir həftəlik yeməklərimi yığır və bazar ertəsindən cümə gününə qədər yeməklərin bişirilməsinə vaxt sərf etmirəm. Həftə içi günlərdə hazır yeməkləri çıxarmaq, qızdırmaq və kalorilərin hesablanması üçün yeməyi tətbiqə əlavə etmək kifayət edir.

İki nəfərlik qidalanmanı necə təşkil etmək olar

Mən birdəfəlik özüm və sevgilim üçün yemək hazırlayıram. Buna görə burada sadəcə nə bişirəcəyini düşünmək deyil, əvvəlcədən hər şeyi almaq da əhəmiyyət kəsb edir. Adətən, mən məhsulları bazar günü səhər-səhər alır, daha sonra isə, dərhal yeməkləri bişirməyə başlayıram.

Ümumilikdə rasion aşağıdakı kimi olur: böyük qazanda şorba (3-4 günlük), bir neçə əsas yemək (məsələn, tərəvəzli toyuq, raqu və ya balıq; hər biri, təxminən 1-1.5 kq) və özümlə rahatlıqla götürə biləcəyim sadə doyumsuz sneklər. Şorbanı və ikinci yeməyin bir hissəsini mən soyuducuya qoyuram ki, onları iş həftəsinin əvvəlində yeyim. Həftənin ikinci yarısı üçün porsiyaları isə, vakuum paketlərinə qoyur və dondurmaya yerləşdirirəm ki, soyuducuda yer tutmasın. Həftənin ortasında hazırlanmış bu yeməkləri soyuducuya yerləşdirmək olar ki, mülayim rejimdə donu açılsın və təzə qalsın. Yemək bişirmə zamanı darıxmamaq üçün isə, mən sevdiyim podkastı və ya musiqini qoşuram –– birbaşa BESPOKE AI soyuducumun ekranında.

Mən yarım ildən bir az çoxdur ki, bu rejimdə yaşayıram. Aşağıda bunun bir neçə nəticəsini qeyd edirəm. Hər şeydən öncə, qidalanma daha fərqli və faydalı olub. Gündəlik menyuda daha çox meyvə-tərəvəz var. İndi onlar hazır yeməklərin olduğu konteynerlərdə həmişə var və soyuducuda faydasız şəkildə qalmır. Bundan əlavə, məhsulları tullamaq vərdişi yox olub: alınmış hər şey vaxtında istifadə olunur. Yeməklər bezdirmir, çünki hər həftə mən menyuya yeni yemək daxil etməyə çalışıram.

Bir həftəlik qidalanmanın təşkili ilə bağlı 5 tövsiyə

Yarım il ərzində mən bütöv bir sistem tərtib etmişəm. Prosesləri asanlaşdırmağa və əsəblərinizi qoruyub saxlamağa kömək edəcək tövsiyələri sizinlə paylaşıram.


  1. 1. Siyahı ilə tutuşdurma aparıram
    Alış-verişdən öncə ətraflı siyahı tərtib edirəm: kaloriləri nəzərə alaraq, iki nəfər üçün nəyin və nə qədər lazım olduğunu təxmin edirəm. Adətən, bunun üçün 1 kq tərəvəz, bir neçə şam yeməyi üçün balıq, porsiya şəklində yarmalar, yumurta, qəlyanaltı üçün bir az qoz-fındıq və meyvə lazım olur. Elə mağazada siyahı ilə tutuşdurma aparıram ki, artıq heç nə götürməyim və heç nə yaddan çıxmasın.

    Dəqiqliklə heç nəyi yaddan çıxarmamağıma v artıq heç nə yığmamağıma mənə soyuducu kömək edir: BESPOKE AI* süni intellekti kameradakı məhsulları tanıyır, onların yararlılıq müddətinə nəzarət edir və smartfonda alış-veriş siyahıma lazım olanları özü əlavə edir. Mən onunla SmartThings tətbiqi vasitəsilə ünsiyyət qururam. O, mağazadan nəyin alınmalı olduğunu xatırladır və, yeni yemək istədikdə, mövcud məhsullardan resept təklif edə bilər.

  2. 2. Tərəvəzlər əlavə edirəm
    Tərəvəzləri az bişirməyə çalışıram. Mikrodalğalı sobada qızdırıldıqdan sonra, onlar xırçıltılı olmağa davam edir. Burada isə, mənim imdadıma turşu yetişir: limon şirəsi, sirkə və ya laym tərəvəzlərin yararlılıq müddətini artırmağa kömək edir.

    Fərqlilik üçün fermentləşdirilmiş kələm hazırlayıram. 1 kq kələmə 20 qr dəniz duzu götürür, zirə toxumu əlavə edir, üç həftədən sonra isə, ideal qarnir əldə edirəm.

    Avokadonu iki yerə bölürəm. İkinci yarısını saxlayıram ki, rəngi tündləşməsin, çəyirdəyini mütləq saxlayıram.

  3. 3. Yeməklərin altında qeydlər edirəm
    Hazırladıqdan sonra yeməkləri porsiya şəklində ayrı-ayrı konteynerlərə yerləşdirirəm. Konteynerlərin üzərinə adın və hazırlanma tarixinin qeyd edildiyi etiketlər yapışdırıram. Beləliklə, heç bir şeyi səhv salmırsan və soyuducunun dərinliyində olanları unutmursan. Konteynerin qapağını bağlamazdan öncə, yeməyin soyuması əhəmiyyət kəsb edir, əks halda, konteynerdə kondensat əmələ gələcək və yeməyin xırçıltısını azaldacaq.

  4. 4. Prosesi təkrarlana bilən prosesə çevirirəm
    Mətbəx tərəzisi ilə yemək bişirmək daha rahatdır: beləliklə, yeməklərin dadını müntəzəm olaraq təkrarlamaq mümkün olur, həmçinin, kalorilərə nəzarət edirsənsə, porsiyalara nəzarət etmək daha asan olur. Qida termometri isə, balıq və ətin hazırlıq dərəcəsini öyrənməyə kömək edir ki, yeməklər həddindən artıq quru olmasın.

  5. 5. Qəlyanaltıları unutmuram
    İşdə yüksək kalorili sneklərə uzanmamaq üçün, mən həmişə özümlə porsiya bankalarında qablaşdırılmış giləmeyvə və qoz-fındıq, kəsmik və ya bir az şokolad götürürəm.

Mətbəxdə süni intellekt necə kömək edir

Yararlılıq müddətlərinə nəzarət edir
AI Vision Inside* texnologiyalı BESPOKE AI soyuducusu sizin əvəzinizə məhsulların yararlılıq müddətlərinə nəzarət edə bilər.

Sistem quraşdırılmış kameranın köməyi ilə məhsulları tanıyır və dərhal onlar üçün yararlılıq müddəti təyin etməyi təklif edir ki, qalmış pizza dilimini yeyib bitirmək və ya qalan nanə dəstəsini istifadə etmək barədə vaxtında xatırlatma verə bilsin.

Alış-veriş siyahısı tərtib edir
Süni intellektin köməyi ilə, siz sevimli yoqurtunuzun bitdiyini unutmayacaqsınız. SmartThings tətbiqində soyuducunun içindəkiləri barədə məlumatlara əsasən, mağazada aça biləcəyiniz və lazım olan hər şeyi ala biləcəyiniz alış-veriş siyahısı tərtib olunur.

Yeni reseptlər təklif edir
Qalan ispanaq və ya rukkoladan nə hazırlayacağınızı bilmirsinizsə, tövsiyə üçün Sİ-ə müraciət edin. Soyuducu qoşulduğu zaman anket doldurduğunuz halda, o, nəyə üstünlük verdiyinizdən asılı olaraq, yeni reseptlər tövsiyə edəcək.

Əhval-ruhiyyəni qaldırır
Yemək bişirmə zamanı darıxmamaq üçün sadəcə 9 düymluq AI Home sensor ekranında musiqi və ya podkast qoşun.

Mənim menyum nədən ibarətdir

İndi mən kalorilərə nəzarət etməyə davam edirəm və çalışıram ki, gün ərzində limitim 2 800 kkal-dan artıq olmasın. Bir həftəlik standart menyumda bazar ertəsi, çərşənbə və cümə günləri, habelə, çərşənbə axşamı və cümə axşamı günləri yeməklər təkrarlanır.

Menyu

Səhər yeməyi

Nahar

Şam yeməyi

Bazar ertəsi


3 yumurtadan pomidorlu (bəzən isə, ispanaqlı və yaşıl soğanlı) omlet

 

Yarım avokado


Qırmızı giləmeyvəli yunan yoqurtu


Təxminən 900 kkal

Qızardılmış qızılbalıq, hek və ya başqa balıq (200 qr)

 

Hazır qonur düyü və ya bişirilmiş makaronlar (150 qr)

 

Brokkoli və ya kök (250 г), 15 qr zeytun yağı 

 

Təxminən 700 kkal

Qızardılmış toyuq döş əti (200 qr)

 

Yaşıl salat, bolqar bibəri və xiyar (ümumilikdə 300 qr)

 

Bir ovuc badam (30 qr)

 

Tünd şokolad (30 qr)

 

Alma və portağal (400 qr) 

 

Təxminən 1200 kkal

Çərşənbə axşamı

Kəsmik (200 qr)

 

Təzə giləmeyvələr (150 qr)

 

Qoz-fındıq (20 qr)

 

Banan

 

Avokadolu tost

 

Təxminən 900 kkal

Qızardılmış hind quşu (200 qr)

 

Kartof (200 qr)

 

Brüssel kələmi (200 qr)

 

Zeytun yağı, 15 qr 

 

Təxminən 700 kkal

Qızardılmış mal əti və ya steyk (200 qr)

 

Pomidor-xiyar salatı (250 qr)

 

Kərəviz (100 qr)

 

Yunan qabağı (100 qr)

 

Zeytun yağı, 15 qr

 

Şokolad (20 qr)

 

Armud (150 qr)

 

Təxminən 1200 kkal

Çərşənbə

3 yumurtadan pomidorlu (bəzən isə, ispanaqlı və yaşıl soğanlı) omlet

 

Yarım avokado

 

Qırmızı giləmeyvəli yunan yoqurtu

 

Təxminən 900 kkal

Qızardılmış qızılbalıq, hek və ya başqa balıq (200 qr)

 

Hazır qonur düyü və ya bişirilmiş makaronlar (150 qr)

 

Brokkoli və ya kök (250 г), 15 qr zeytun yağı 

 

Təxminən 700 kkal

Qızardılmış toyuq döş əti (200 qr)

 

Yaşıl salat, bolqar bibəri və xiyar (ümumilikdə 300 qr)

 

Bir ovuc badam (30 qr)

 

Tünd şokolad (30 qr)

 

Alma və portağal (400 qr)

 

Təxminən 1200 kkal

Cümə axşamı

Kəsmik (200 qr)

 

Təzə giləmeyvələr (150 qr)

 

Qoz-fındıq (20 qr)

 

Banan

 

Avokadolu tost

 

Təxminən 900 kkal

Qızardılmış hind quşu (200 qr)

 

Kartof (200 qr)

 

Brüssel kələmi (200 qr)

 

Zeytun yağı, 15 qr 

 

Təxminən 700 kkal

Qızardılmış mal əti və ya steyk (200 qr)

 

Pomidor-xiyar salatı (250 qr)

 

Kərəviz (100 qr)

 

Yunan qabağı (100 qr)

 

Zeytun yağı, 15 qr

 

Şokolad (20 qr)

 

Armud (150 qr)

 

Təxminən 1200 kkal

Cümə

3 yumurtadan pomidorlu (bəzən isə, ispanaqlı və yaşıl soğanlı) omlet

 

Yarım avokado

 

Qırmızı giləmeyvəli yunan yoqurtu

 

Təxminən 900 kkal

Qızardılmış qızılbalıq, hek və ya başqa balıq (200 qr)

 

Hazır qonur düyü və ya bişirilmiş makaronlar (150 qr)

 

Brokkoli və ya kök (250 г), 15 qr zeytun yağı 

 

Təxminən 700 kkal

Qızardılmış toyuq döş əti (200 qr)

 

Yaşıl salat, bolqar bibəri və xiyar (ümumilikdə 300 qr)

 

Bir ovuc badam (30 qr)

 

Tünd şokolad (30 qr)

 

Alma və portağal (400 qr) 

 

Təxminən 1200 kkal

Şənbə

İki yumurtadan qayğanaq

 

Yarım avokado

 

Tost

 

Çiyələkli yoqurt

 

Təxminən 900 kkal

Dəniz məhsullu pasta (200 qr)

 

Çerri pomidorları

 

Reyhan

 

Zeytun yağı 

 

Təxminən 700 kkal

Qızardılmış qızılbalıq (200 qr)

 

Brokkoli və qulançar

 

Zeytun yağı Şokolad (20 qr)

 

Meyvə (200 qr)

 

Təxminən 1200 kkal

Bazar

Kəsmik (200 qr)

 

Giləmeyvələr (150 qr)

 

Qoz-fındıq (30 qr)

 

Banan 

 

Təxminən 900 kkal

Mal ətindən steyk (200 qr)

 

Qril-tərəvəzlər (badımcan, bibər, zucchini — ümumilikdə 250 qr)

 

Zeytun yağı

 

Təxminən 700 kkal

Toyuq əti (150 qr)

 

Pomidor, kahı, xiyar

 

Zeytun yağı

 

Şokolad (20 qr)

 

Təzə giləmeyvələr (100 qr)

 

Kök və kərəviz (200 qr) 

 

Təxminən 1200 kkal

Meal prep mənim həyatımı necə dəyişdi

Bir həftə öncədən yemək bişirmək son zamanlarda tətbiq etdiyim ən faydalı vərdişlərdən biri oldu. Bazar günü dörd saat sərf etməklə, mən iş günləri ərzində yemək bişirmə məsələsini tamamilə həll edirəm və bu, həqiqətən də vaxta qənaət edir –– həftədə təxminən beş-altı saat. Mən əvvəlcə bu vaxtı istənilən halda kafeyə getməyə, çatdırmanı gözləməyə və ya gündəlik yemək bişirməyə sərf edirdim. İndi bu vaxtı mən həqiqətən istədiyim şeylərə, məsələn, yaxınlarımla ünsiyyətə və istirahətə sərf edə bilərəm.

Bundan əlavə, bu yanaşma məni qəlyanaltılardan və xaotik qidalanmadan qurtardı: evdə və ofisdə həmişə hazır yemək olduğu zaman fastfuddan və ya çipslərdən qurtulmaq daha asan olur. Rasion sadəcə fərqli deyil, həmçinin, daha faydalı oldu: indi daha çox meyvə-tərəvəz yeyirəm, balıq əlavə edirəm, daima yeni reseptləri sınaqdan keçirirəm. Bütün bunlar əhval-ruhiyyəmə və özümü necə hiss etdiyimə öz təsirini göstərir –– enerji yaranır, yeməkdən sonra ağırlıq yox olur, qidalanma isə, artıq bir qayğı deyil, rahat rutinin bir hissəsidir.

Bütün ən maraqlı şeylər Instagram kanalında! Bütün ən maraqlı şeylər Instagram kanalında!

Samsung

@samsungaze ilə hamısını izləyin

Texnologiya | Yeni funkisyalar | Layfhaklar | Cəmiyyət

Mətbəx ən son texnologiya ilə

Digər hekayələri oxuyun