Layfxaklar

Android-də tətbiq nişanları necə və niyə dəyişdirilməlidir

Addım-addım təlimatlarla bütün metodlar

14.08.2026   |   ~9 dəq.

Telefonunuzun ana ekranına baxırsınız və tətbiq nişanları əvəzinə itinizi, sevdiyiniz mənzərəni və ya gülməli bir stiker görürsünüz. Bunun üçün - telefon parametrlərini xırda detallaradək öz istəyinizə uyğun tənzimləyə bilərsiniz. Və bunun üçün xüsusi superbacarıqlara ehtiyac yoxdur: sadəcə telefonunuzun parametrləri, iş masası üçün kənar tətbiqlər və ya qısa yol tətbiqləri vasitəsilə Android cihazınızdakı nişanları dəyişdirmək kifayətdir. Bunu necə edəcəyinizi və niyə bəyənəcəyinizi sizə izah edirik. Bu təlimat One UI 7 əməliyyat sistemi ilə işləyən Samsung Galaxy S26 Ultra və Samsung Galaxy A57 smartfonlarında sınaqdan keçirilmişdir.

Tətbiq nişanları niyə dəyişdirilməlidir?

Adətən, nişanları beş səbəbə görə dəyişirlər:

  • ● Estetika - interfeysin standart görünüşündən bezmisinizsə. Məsələn, minimalizm sevənlər üçün qaranlıq bir mövzunu aktivləşdirə və ya xüsusi bir stil qura bilərsiniz.
  • ● Rahatlıq — kontrastlı nişanlar tətbiqləri daha sürətli tapmağınıza kömək edir.
  • ● Məxfilik — bank tətbiqinizi kalkulyator və ya hava proqnozu kimi gizlədə bilərsiniz.
  • ● Fərdilik və fərdiləşdirmə — telefonunuzu zövqünüzə uyğunlaşdıra bilərsiniz.
  • ● Brendinq — ekran korporativ kimliyi dərhal əks etdirə bilər.

Samsung Galaxy smartfonlarında iş masasının görünüşünü cəmi bir neçə dəqiqəyə dəyişə bilərsiniz - sadəcə xüsusi Galaxy Themes tətbiqindəki nişan toplularından birini seçin. Aşağıda bunu necə edəcəyinizi ətraflı izah edəcəyik.

Android-də nişanları necə dəyişmək olar - bütün üsullara nəzər yetirək

Android-in daxili parametrlərindən istifadə etməklə nişanları necə dəyişmək olar

Bir çox Android smartfonlarında, kənar proqramları quraşdırmadan nişan toplusunu dəyişdirmək olar. İki yol vasitəsilə: iş masası parametrlərində və ya ayrıca Mövzular (Themes) tətbiqində.

Bu opsiyanın telefonunuzda mövcud olub-olmadığını yoxlamaq üçün iş masasında boş yerə toxunub saxlayın. Mövzular, Tərtibat, Nişanların stili və ya oxşar element görsəniz, onları əvəz edə bilərsiniz.

Samsung Galaxy smartfonlarında nişanları belə dəyişə bilərsiniz: İş masasını seçin → Mövzular → Nişanlar bölməsi → toplunu seçin → Yükləmək → Tətbiq etmək.

4

Bu, ən asan seçimdir, amma yeganə opsiya deyil. Bundan əlavə, onun məhdudiyyətləri var. Parametrlər yalnız Samsung Galaxy smartfonlarında standart tətbiq olan One UI Home iş masasında işləyəcək. Google Play-dən yüklənmiş tətbiqlər ilkin nişanlarını saxlaya bilər. Onları stikerlərlə əvəz etmək də daxil olmaqla, başqa yollarla da fərdiləşdirə bilərsiniz.

Samsung Galaxy smartfonunuzdakı nişanları stikerlərə necə çevirmək olar

One UI 7 və daha yeni versiyalı Samsung Galaxy smartfonlarında gizli bir xüsusiyyət var: istənilən şəkli tətbiq nişanının üzərinə "yapışdıra" bilərsiniz. İşarə görünməz hala gəlir və şəklə klikləməklə tətbiq işə salınır.

Bunu necə etmək olar:

1. Good Lock-u yükləyin - bu smartfon interfeysini fərdiləşdirmək üçün pulsuz Samsung tətbiqidir. Galaxy StoreGoogle Play-də mövcuddur.

2. Good Lock-u işə salın və Home Up modulunu yükləyin. Bu modul Smartfonun əsas ekranının parametrlərini tənzimləyir.

3. Home Up bölməsinə keçid edin və sürüşən düyməni çəkərək funksiyanı aktivləşdirin. Daha sonra Home screen-ə keçid edin, birinci sürüşən düyməni çəkin, bundan sonra DIY Home Screen funksiyasına keçid edin - bu funksiya vasitəsilə iş masasında işarələri tənzimləmək mümkündür.

4
Elə indi Samsung Galaxy smartfonlarından istifadə etmək istəyirsiniz?

4. İş masasına qayıdın və aşağıda fərdiləşdirmə bloku görünənə qədər saxlayın (Divar kağızı və stil, Mövzular, Vidjetlər, Parametrlər). Vidjetləri seçin, sonra stikerin arxasında gizlətmək istədiyiniz istənilən tətbiqin işarəsinə toxunun. Şəkli onun üzərinə qoyun.

Hazırdır! İndi işarənin yerinə seçdiyiniz stiker olacaq.

Kənar tətbiqdən istifadə etməklə bütün nişanları necə dəyişdirmək olar

İstənilən Android telefonunda işləyən universal üsul - iş masasının modifikasiyası üçün kənar tətbiqi yükləmək (əvvəl quraşdırılmış tətbiq əvəzinə işləyəcək). Bu proqram, Google Play-dən hazır nişan toplularını yükləməyə və onları bir kliklə bütün tətbiqlərə tətbiq etməyə imkan verir.

Bunu etmək lazımdır:

  1. 1. Google Play-dən istənilən uyğun iş masası tətbiqini — onlara "launchers" deyilir — quraşdırın. Quraşdırmadan sonra smartfon bu tətbiqdən standart olaraq istifadə etməyi təklif edəcək. Seçiminizi təsdiqləyin.
  2. 2. Parametrlərə keçid edin (adətən iş masasında uzun müddətli klik → Parametrlər).
  3. 3. Görünüş bölməsini tapın → Nişanların stili və ya Mövzunun işarəsi seçin.
  4. 4. Yüklənmiş nişanlar toplusunu seçin.
  5. 5. İş masasındakı və tətbiq panelindəki bütün nişanlar dəyişəcək.

Kənar iş masası tətbiqləri daha çox sərbəstlik təklif edir: paket daxilində fərdi nişanları dəyişdirə, nişan ölçüsünü dəqiq tənzimləyə bilərsiniz və Google Play-də isə geniş nişan topluları təklif edilir.

Lakin, burada smartfonun məlumatlarına zərər verməmək üçün tətbiqləri məsuliyyətlə seçmək vacibdir: etibarsız kənar tətbiqlər mesajlarınıza daxil ola, bank tətbiqi nişanını dəyişdirə və ya tətbiqlər daxilində geolokasiya məlumatlarını toplaya bilər. Smartfonun viruslardan təmiz olduğundan əmin olmaq istəyirsinizsə, bunu necə edəcəyinizi öyrənmək üçün məqaləni oxuyun.

İş masası tətbiqindən istifadə etməklə müəyyən bir proqram üçün nişanı necə dəyişdirmək olar

Əksər iş masası tətbiqlərində, digərlərinə təsir etmədən bir nişanı dəyişdirə bilərsiniz. Bunu etmək üçün iş masasında tətbiq nişanını klikləyərək saxlayın → Redaktə et və ya Dəyişdir seçin → nişanın üzərinə toxunun → qalereyadan və ya başqa bir topludan yeni şəkil seçin.

Bu üsul yalnız bir və ya bir neçə tətbiqin nişanını bəyənmədiyiniz zaman faydalı ola bilər.

Qısayollardan istifadə etməklə tətbiq nişanını necə dəyişdirmək olar

Kənar iş masası proqramını quraşdırmaq istəmirsinizsə, Any Studio-dan Icon Changer kimi qısa yol tətbiqlərindən istifadə etməklə bir və ya daha çox proqramın nişanını ayrıca dəyişə bilərsiniz. Qalereyanızdakı istənilən şəkil ilə iş masasında yeni bir qısayol yaradırlar.
Mahiyyət etibarı ilə, bu, bir "hiylədir": iş masasındakı proqram nişanının görünüşü yenilənəcək, lakin tətbiq daxilində nişanın dizaynı dəyişməyəcək - o bildirişlərdə və açılan pəncərələrdə eyni qalacaq.

Amma bu metod pulsuz və sadədir və istənilən Android-də işləyir.

Nə etmək lazımdır:

  1. 1. Qısayol tətbiqini Google Play-dən yükləyin.
  2. 2. Nişanını dəyişmək istədiyiniz tətbiqi seçin.
  3. 3. Qalereyadan yeni bir şəkil seçin.
  4. 4. Tətbiq iş masasında qısa yol yaradacaq.
  5. 5. Köhnə qısayolu silin və ya gizlədin.

Nişanı dəyişdirməyin müxtəlif yollarının müqayisəsi

Nə etmək istəyirsiniz?

Çətinlik

Bütün nişanlar dəyişəcək

Bir nişanı da dəyişmək mümkündür

Quraşdırılma tələb olunur

Dizayn mövzusunu tez dəyişmək (hamısı birdən)

Asanlıqla!

✅ Bəli (toplu şəkildə)

❌ Xeyr

Yox (daxili mövzular)

Yalnız bir nişanı dəyişmək

Asanlıqla!

❌ Xeyr

✅ Bəli

Bəli (xüsusi tətbiq)

Tam fərdiləşdirmə (ölçülər, şəbəkə, hər bir nişan ayrıca)

Orta

✅ Bəli (toplu şəkildə)

✅ Bəli (manual qaydada)

Bəli (yeni iş masası)

Əvəzetmədən sonra köhnə nişanı necə gizlətmək olar

İş masası tətbiqi və ya qısayol proqram vasitəsilə işarə yaradıldıqdan sorna nişanın dubllikatı yaradılacaq. İki eyni tətbiqin olmaması üçün birini yığışdırmaq tövsiyə olunur.

Android smartfonlarında köhnə nişanı sıxıb saxlayın → İş masasından yiğışdırmaq seçin (Silmək opsiyasını seçməyin!)

Cihazınızda bu opsiya yoxdursa, sadəcə orijinal tətbiqi son ekrandakı ayrı bir qovluğa köçürün.

Samsung Galaxy smartfonunuzda tətbiqi gizlətmək üçün:

  1. 1. İş masasında boş bir yerə klikləyin və saxlayın.
  2. 2. Parametrlər → Tətbiqləri əsas ekranda gizlətmək bölməsinə keçin.
  3. 3. Tətbiq panelində görmək istəmədiyiniz proqramları seçin.

4

Standart nişanları iş masasına necə qaytarmaq olar

Hamısı onları necə dəyişdirdiyinizdən asılıdır:

  • ● Kənar iş masası vasitəsilə → onu silin. Və ya parametrlərdə Standart nişanların mövzusunu seçin.
  • ● Qısayollar vasitəsilə → Yaradılmış qısayolları silin və orijinal tətbiqləri iş masasına qaytarın.

Parametrlər vasitəsilə nişanların ölçüsünü necə dəyişdirmək olar

Android smartfonlarının əksəriyyəti, nişanların ölçüsünü onların görünüşünü dəyişdirmədən dəyişməyə imkan verir:

İş masasının üstünə toxunub saxlayın → Parametrlər → Tətbiqin ölçüsü və ya Şəbəkə miqyası sürüşəm düyməni tapın. Adətən üç opsiya mövcuddur: iri nişanlara toxunmaq daha asandır, kiçik nişanlar isə ekranda yerə qənaət edir və daha çox tətbiqi yerləşdirməyə imkan verir.

Bu, konkret smartfon modelindən asılıdır.

4

Yalnız nişanları deyil, bütün iş masasını necə dəyişdirmək olar

Divar kağızınızı dəyişdirə, vidcetlər əlavə edə, açılan menyunu fərdiləşdirə və bir neçə kliklə tətbiqlər əlavə edə bilərsiniz. Bu barədə ayrı bir məqalədə ətraflı yazılmışdır.

Tez-tez verilən suallar (FAQ)

  • Öz şəkillərimi nişan qismində istifadə edə bilərəmmi?

    Bəli, kənar qısa yol tətbiqləri və bəzi iş masası tətbiqləri vasitəsilə qalereyanızdan şəkil seçə bilərsiniz. Əksər telefonlarda daxili parametrlər vasitəsilə - yox.
  • Android 16 və daha yeni versiyalarda: İş masasına toxunub saxlayın → Divar kağızı və Stil → Nişanlar → Tematik nişanları aktivləşdirin – bütün işarələr avtomatik olaraq mövzunun rənginə uyğunlaşacaq. Samsung Galaxy smartfonunda: Galaxy Store-dan Good Lock və Theme Park proqramlarını quraşdırın → Theme Park-da yeni mövzu yaradın → «Icon colour» seçin və istədiyiniz rəngi təyin edin.
  • Xeyr. Təsvir edilən bütün metodlar standart istifadəçi hüquqları ilə işləyir. Genişləndirilmiş giriş icazəsi yalnız tətbiqin daxilində nişanı dəyişdirmək üçün lazımdır (hər yerdə fərqli olması üçün).
  • Bu mümkündür, amma onları bərpa etmək asandır. Kənar iş masasından istifadə edirsinizsə, launcher parametrləri → Görünüş və ya İşarələr bölməsinə keçid edin → toplunuzu yenidən seçin. Telefonun daxili parametrlərindən istifadə edirsinizsə, bərpa üçün sadəcə nişanları ilk dəfə dəyişdirdiyiniz yerə yenidən daxil olun (məsələn, iş masasına toxunub saxlayın → Mövzular → Nişanlar bölməsi) və istədiyiniz toplunu yenidən tətbiq edin. Əvvəllər yüklədiyiniz toplular yox olmayacaq.

İş masasının unikal görünüşünü itirməkdən narahatsınızsa belə, proqram təminatınızı yeniləməyi təxirə salmayın. Bu məqalədə telefonunuzun yenilənməsinin məlumatlarınızın qorunmasının vacib bir hissəsi olduğunu izah edirik.

İstədiyiniz kimi fərdiləşdirin

Digər hekayələri oxuyun