Layfxaklar

Android smartfonlarında barmaq izi ilə girişi
necə tənzimləmək olar

Sadə və aydın təlimat.

18.05.2026   |   ~6 dəq.

Bir neçə dəqiqə və telefon sizi bir toxunuşla tanıyacaq.

Barmaq izi ilə kilidin açılması necə işləyir?

Siz barmaq izi ilə avtorizasiya olunduğunuz zaman smartfona quraşdırılmış skaner sizin unikal barmaq izinizi oxuyur, onu koda çevirir və şablonla müqayisə edir. Məlumat cihazın yaddaşının qorunan hissəsində saxlanılır. Bu, o deməkdir ki, sizin barmaq iziniz üçüncü şəxslərin əlinə keçməyəcək, həmçinin smartfondakı tətbiq və proqramlar sizin məlumatlarınıza giriş əldə etməyəcək.

Müasir smartfonlar sadəcə iki görüntünü müqayisə etmir, barmaq izindəki unikal nöqtələri müəyyən edir. Bu, qıfıl üçün dünyada yeganə açarı seçməyə bənzəyir. Fərq yalnız ondadır ki, proses bir saniyədən də az vaxt alır.

  • ● kod şablonla tam uyğun gəldikdə, telefonun kilidi açılır
  • ● uyğunsuzluq olduqda, sistem barmaq izini etibarsız hesab edir — telefon kilidli qalır

Barmaq izini oxuyan skanerlərin növləri hansılardır?

Optik. Ən sadə skanerlərdir. Kiçik fotoaparatı xatırladır.

Kapasitiv. Adətən, enerji (yandırma/söndürmə) düymələrində istifadə olunur. Barmaq izi şablonla müqayisə edildikdə, onlar barmağın fotoşəkilinə deyil, mikroskopik kondensatorların məlumatlarına əsaslanır. Onlar qabarıq və çökək hissələrin — yəni barmaq izindəki xətlər və oyuqların kombinasiyalarını tanıyır.

Ultrasəs. Ən müasir skanerlərdir, kiçik sonarı xatırladır. Smartfon barmağın yumşaq yerinə ultrasəs impulsu göndərir və onun köməyi ilə barmaq izini tanıyır və onun dəqiq 3D görüntüsünü yaradır. Digər üsullardan fərqli olaraq, bu cür skanetmə əllər yaş olduqda belə işləyir.

Smartfonda barmaq izinin skan olunması necə yaranıb?

Bir kiloqramlıq telefon necə elastik
ekranlı smartfona çevrildi

İnsanı barmaq izi ilə identifikasiya etmək ideyası hələ XIX əsrdə yaranıb. Həmin dövrdə bu metod casusluq sxemlərində və kriminalistika sahəsində istifadə olunurdu, lakin kommersiya məqsədli istifadəyə hələ çox var idi.

1998-ci ildə bu texnologiyadan istifadə edən ilk cihaz həmin dövr üçün innovativ hesab olunan IBM Simon PC noutbukunun xarici kartı oldu. Ona böyük ölçülü optik skaner quraşdırılmışdı, çünki o vaxt hələ yığcam skanerlər mövcud deyildi.

Hər şey 2013-cü ildə dəyişdi. Həmin ildə barmaq izi skanerli ilk smartfon istehsal edildi. Bu, eksperimentlər və təkmilləşdirmələr dövrünün başlanğıcı oldu. 5 il sonra Samsung ultrasəs dalğalarından istifadə edən ekranaltı ultrasəs skanerini təqdim etdi.

Müasir Galaxy smartfonlarında telefona giriş açarı kimi üzünüz və ya barmaq iziniz istifadə oluna bilər: ilkin tənzimləmə zamanı cihaz onların rəqəmsal vektorunu yaradır, daha sonra isə kilidi açmağa cəhd edərkən əlamətləri müqayisə etmək üçün Galaxy AI-dən istifadə edir.

Android smartfonunda barmaq izi ilə kilidin açılmasını necə tənzimləmək olar?

Bütün Android smartfonlarında barmaq izi ilə girişin tənzimlənməsi oxşardır — sadəcə menyudakı bəzi bəndlərin adları fərqli ola bilər. Nə etmək lazımdır:

  1. 1. Smartfonun parametrlərinə daxil olun və Təhlükəsizlik bölməsini açın → Biometrik məlumatlar → Ekran kilidi və təhlükəsizlik və ya Müdafiə və məxfilik

  2. 2. Barmaq izi və ya Barmaq izi sensoru bölməsini seçin

  3. 3. Əlavə kilidləmə üsulunu təyin edin: PIN-kod, şifrə və ya qrafik açar. Bu, məcburi addımdır və ehtiyat giriş üsuluna ehtiyac yarana biləcək hallar üçün nəzərdə tutulur

  4. 4. Barmaq izi əlavə et və ya Yeni barmaq izi əlavə et bölməsini seçin. Smartfonunuz barmaq izinizi hər tərəfdən yaddaşında saxlayana qədər barmağınızı sensorun üzərinə qoyub hərəkət etdirin — ekrandakı göstərişlərə əməl edin

  5. 5. Barmaq izi tənzimləmələrini telefonun yaddaşında saxlamaq üçün Hazırdır düyməsinə basın. Kilidin açılması funksiyasından daha rahat istifadə etmək üçün dərhal digər barmağın izini də əlavə edə bilərsiniz

Galaxy smartfonunda barmaq izi ilə kilidin açılması funksiyasının tənzimlənməsi aşağıdakı qaydada aparılır:

Siz hər hansı səbəbdən ekranın barmaq izi ilə kilidinin açılması imkanını ləğv etmək istədiyiniz halda, aşağıdakı addımları yerinə yetirməlisiniz:

  1. 1. Smartfonun parametrlərinə daxil olun və yenidən Təhlükəsizlik bölməsini açın → Biometrik məlumatlar → Ekran kilidi və təhlükəsizlik və ya Müdafiə və məxfilik

  2. 2. Yeni kilidləmə üsulunu təyin edin: PIN-kod, şifrə və ya qrafik açar

Cihaz yenidən başladıldıqdan sonra smartfona barmaq izi ilə giriş funksiyasını necə tənzimləmək olar?

Bəzi smartfon sistemləri cihaz yenidən başladıldıqdan sonra barmaq izi ilə giriş funksiyasını aktivləşdirmək üçün ehtiyat giriş üsulundan — rəqəmli koddan və ya qrafik açardan istifadə etməyi tələb edir. Adətən, sadəcə şifrəni daxil etmək kifayət edir, lakin bəzi istifadəçilər daim biometrik girişdən istifadə etdikləri üçün şifrələrini unudurlar.

Telefonunuz bloklanıbsa və PIN-kodu xatırlamırsınızsa, narahat olmayın: cihazın əlavə çətinlik olmadan necə blokdan çıxarılacağını bu məqalədə izah etmişik.

Skaner barmaq izini niyə tanımaya bilər?

Skaner reaksiya vermirsə, ola bilər ki, onu sadəcə təmizləmək lazımdır. Su, toz, yağ və digər çirkləndiricilər barmaq izinin tanınmasına mane ola bilər.

Barmaq izinin tanınması ilə bağlı çətinliklər yarandığı halda, barmaq izini yenidən qeydiyyatdan keçirməyə cəhd edin.

Skaner yenə də toxunuşlara reaksiya vermədiyi halda, smartfon istehsalçısının servis mərkəzinə müraciət edin. Müvəqqəti olaraq isə ehtiyat kilidləmə üsulundan, məsələn, PIN-koddan istifadə edə bilərsiniz.

Smartfonun kilidin açılması zamanı təhlükəsizlik tədbirləri

Kənar şəxslərin yazışmalarınıza, bank məlumatlarınıza, fotoşəkillərinizə və digər şəxsi məlumatlarınıza giriş əldə etməməsi üçün təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.

  1. 1. Öz PIN-kodunuzu və ya qrafik açarınızı heç kimə bildirməyin.

  2. 2. Smartfonun parametrlərində ekran kilidi funksiyasını deaktiv etməyin.

  3. 3. İnsanların çox olduğu yerlərdə şifrəni daxil edərkən, ekranı əlinizlə örtün.

  4. 4. Həssas məlumatlara malik tətbiqlərdə — məsələn, mobil bankçılıq, e-poçt və messencerlərdə — iki mərhələli autentifikasiyadan istifadə edin.

Sizi istənilən vəziyyətdə tanıyacaqlar

Digər hekayələri oxuyun