YEMƏK VƏ EV

Qrildə nektarin ilə
mozarellalı salat

Qrildə bişmiş nektarinin şirinliyi, mozzarella pendirinin yumşaqlığı
və sitrus sousunun təravəti bir araya gələrək hər loxmada
yay fəsli kimi dad verir – yüngül, zərif və unudulmaz!

📝 İNGREDİYENTLƏR

· Mozarella topları
· Nektarin
· Rukola
· Çerri pomidor
· Sidr qozu
· Kahı
· Sitrus dressinq;
· Limon
· Bal
· Portağal
· Qarğıdalı yağı
· Duz, İstiot
· Musqat qozu

👨‍🍳 HAZIRLANMA QAYDASI



Hazırlanması: İlk öncə nektarini dilimləyib, qrilldə bişiririk. Daha sonra ən alt hissədən göyərtiləri düzürük(kahi və ya istəyə görə fərqli göyərtilər ola bilər), üzərinə cerry pomidor, qrilldə bişirilmiş nektarin və mozerella pendirini yığırıq. Ən sonda üzərinə daha öncə hazırladığımız sousu gəzdiririk.

Sousun hazırlanması: Limonu və portağalı sıxırıq
Sıxdığımız şirəyə bal və qarğıdalı yağı qatırıq.
Ədviyyat istəyə görə qatıla bilər(duz, istiot, musqat qozu vs)

İnci Həsənzadənin resepti (@imhungry.az)


Növbəti hekayələri oxu