YEMƏK VƏ EV
İçi doldurmuş toyuq filesi
Zərif ispanaqlı içlik və ətirli sousla tamamlanan İçi Doldurulmuş
Toyuq Filesi, ləzzəti ilə unudulmaz dad təcrübəsi vəd edir.
📝 İNGREDİYENTLƏR
Toyuq filesi üçün:
· 200 qram toyuq filesi (təmizlənmiş)
· Qarğıdalı yağı
· Duz, istiot
· Timyan
· Rosmarin
İçlik üçün:
· Soğan (doğranmış)
· Sarımsaq (əzilmiş)
· İspanaq
· Duz, istiot
· Zirinc
· Kərə yağı
· Kremli pendir (kremeto və ya oxşar)
Sous üçün:
· Qarğıdalı yağı
· Sarımsaq
· Timyan
· Hövsan soğanı (və ya şirin soğan)
· Tərəvəz prısa (yəni xırda doğranmış müxtəlif tərəvəzlər)
· Duz, istiot
Qarnir – Alma püresi üçün:
· Yaşıl alma (kub şəklində doğranmış)
· Qarğıdalı yağı
· Rosmarin
· Timyan
· Duz, istiot
Qarnir – Tərəvəzlər üçün:
· Qabaq
· Kök
· Körpə qarğıdalı
👨🍳 HAZIRLANMA QAYDASI
1. Toyuq filesi hazırlığı:
· Toyuq filesini təmizləyin.
· Üzərinə qarğıdalı yağı, duz, istiot, timyan və rosmarin əlavə edib marinad edin.
2. İçliyin hazırlanması:
· Tavada soğan və sarımsağı qovurun.
· Üzərinə ispanaq əlavə edin, duz, istiot və zirinc əlavə edin.
· Kərə yağı ilə dadlandırın.
· Qarışığı soyuduqdan sonra kremli pendir ilə qarışdırın.
· Hazırlanmış içliyi toyuğun içinə doldurun.
3. Toyuğun bişirilməsi:
· Doldurulmuş toyuq filesini 200°C-də 25–30 dəqiqə bişirin.
4. Alma püresi (qarnir) hazırlanması:
· Yaşıl almanı kub şəklində doğrayın.
· Üzərinə qarğıdalı yağı, rosmarin, timyan, duz və istiot əlavə edin.
· 200°C-də 20 dəqiqə sobada bişirin.
· Sobadan çıxardıqdan sonra blenderdən keçirin.
5. Tərəvəz qarniri:
· Kabacki, kök və körpə qarğıdalını hazırlayın.
· Bu tərəvəzləri buxarda 180°C-də təxminən 15 dəqiqə bişirin.
6. Sousun hazırlanması:
· Tavada qarğıdalı yağında hövsan soğanı, sarımsaq və tərəvəz prısa qovurun.
· Üzərinə timyan, duz və istiot əlavə edin.
· Son olaraq qaymaq əlavə edin və sous bir qədər qaynadıqdan sonra süzgəcdən keçirin.
Sadıq Kazımovun resepti (@sadigkazimov)